Biznes ledi

Zara Hüseynova: “Öz tempini özün seç”

“ALZA” butiklərinin və “Wowoman” qadın platformasının təsisçisi, “Forbes” jurnalının 30 yaşdan aşağı “30 avropalı sosial sahibkar” siyahısında yer alan Zara Hüseynova həyatın nəbzini tutmaqla bağlı paylaşım edib: 

“24/7 işləyin, dünyanın dəyişən şeylər yaradın, milyonlar qazananın” – Silikon Vadi dünyaya car çəkir.

“Rahat olun, heç yerə tələsməyin, gündə cəmi 2-3 saat işləyin, harmoniya içində çalışan bir xanım biznesi yaradın” – RU netdə trenerlər və kouçlar belə paylaşımlar edir. 

Rəfiqəniz marketoloq kimi yeni işə düzəldiyi və nəbzini itirənə qədər dəridən-qabıqdan çıxdığı innovativ start up haqqında danışır

Sən isə bir neçə biznesi heç də əziyyət çəkmədən idarə edən biznes ledinin yazdığı postu oxumusan.  

Bəs, necə etməli, kimi dinləməli?

Dərindən nəfəs al və Özünü dinlə.

⠀Ömrümüzün fərqli dövrlərində bizə fərqli həyat tempi lazımdır, bizim prioritetlər və həyat şərtləri fərqlidir. Biz fərqliyik!⠀

18 yaşım olanda nənəm mənə deyərdi ki, “belə istirahət günləri bilmədən, hər gün 12-15 saat çalışma, arada bir dayan, can sağlığı hər şeydən önəmlidir”. Mən ona qulaq asırdımmı? Əlbəttə ki, xeyr. Mən yaradırdım, yanırdım, yıxılırdım, qalxırdım, əylənirdim. 

Bu dövr təxminən 23 yaşlarıma qədər davam etdi. Sonra isə, istər məni öldür, mən sutkalarla dayanmadan işləyə bilmirdim və istəmirdim də. Yəqin ki, böyümüşdüm. Şəxsiyyət kimi böyümüşdüm və məhsuldarlığın nə olduğunu daha yaxşı anlayırdım və bir peşəkar kimi böyümüşdüm, özümü, öz zamanımı və digər insanları dəfələrlə daha yaxşı idarə edə bilirdim. 

Bu və istənilən digər mövzularda da çoxlu kitab və bloqlar oxuyub, eyni xətalara düşməmək üçün səy göstərmək olar, yəni artıq müvəffəqiyyətli olanlardan öyrənmək üçün. Amma hər birimizin indi hansı məqamda olduğunu nəzərə alsaq, şəxsi və peşəkar nöqteyi nəzərdən, istənilən informasiya fərqli şəkildə qavranılacaq və fərqli hərəkətlərə sövq edəcək. 

Buna görə də, öz tempini özün seç. Bu gün fərqli, sabah fərqli və birisigün daha fərqli. 

Kiminlə və hara getmək istədiyini seç!

Qoy, dünya fırlansın, o öz ritmindədir, sən də öz ritmində.

Bu slaydşou üçün JavaScript lazımdır.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa