Qarderob

Zərif təvazökarlıq: JLO  qadın vücudunun gözəlliyini vurğulayan geyimdə

Latın amerikalı 49 yaşlı ulduz müğənni öz tərzinə bir qədər yad olan, qapalı dekolteli libas seçmişdir.  

2019-cu ilin yanvar ayında ekranlara Jennifer Lopezin baş rolda iştirakı ilə “Second Act” (İkinci cəhd)  filmi çıxacaq, filmin rejissoru isə “50 First Dates”, “The Longest Yard” kimi  filmləri ilə tanınan Peter Segaldır.

Beynəlxalq premyera ərəfəsində ulduz müğənni filmin təşviqi məqsədi ilə daha çox promo-çəkilişlərdə iştirak edir və öz obrazı üçün filmin baş qəhrəmanı Mayanın imicinə uyğun libaslar seçir, görünür ki, onların hər iksinin ortaq cəhətləri çoxdur.  Bu gün Nyu-Yorkda 49 yaşlı JLO səhnəyə qapalı dekoltesi olan tünd rəngli donda çıxıb, libas ətəyinin xüsusi formada biçimi müğənninin zərif belini və qamətli ayaqlarını vurğulayıb. Aksessuar qismində isə JLO sevimli Hermes çantası seçib, makiaj zamanı isə bej rəngli pomada ilə dodaqlar ön plana gəlib.

Xatırladaq ki,  “Second Act” filminin süjetinə əsasən, JLO Maya adlı xanımı canlandırır, o Medison Avenue butiklər şəbəkəsində özünə karyera qurmağa çalışır. Hadisələrin gedişi nəticəsində onun yolları yeni iş yoldaşları ilə kəsişməli olur, həmkarları heç bir nüfuzlu universitetdən məzun olmamış yeni əməkdaşa qarşı kifayət qədər skeptik yanaşırlar. Universitet məzunu olmadan karyera qurmaq arzusunda olanlar üçün gözəl motivasiya qaynağı ola biləcək komadiyadır.

JLO-dan başqa həm də filmdə Vanessa Anne Hudgens (“High School Musical”), Milo Ventimiglia (“Rocky Balboa”) və Dan Bucatinsky (“Under the Tuscan Sun”) kimi aktyorlar yer alıb.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa