Sağlam Həyat

Səhərlər yuxudan rahat oyanmağın yolları

Erkən saatlar və göy üzü qaranlıq. Durmağı çətinləşdirən əsas iki amil… Zəngli saat işə düşür, zəng çalır və bağlamaq üçün əlinizi uzadırsınız. Qısa bir ara verdikdən sonra oturar və yataqdan ayaqlarınızı sallayarsınız. Telefonunuza baxarsınız, ancaq tam olaraq oyana bilməzsiniz. 5 dəq deyə-deyə saniyələr, saatlar uzanar və oyanmaqda çətinlik çəkərsiniz. 

Time Dorks kitabının redaktoru John Zeratsky səhərlər asan və rahat durmağın üsullarını bir araya gətirib.

Beş il öncə səhərləri durmağı sevən biri olmağa qərar verdim. Öncələr yataqdan qalxmaq üçün mübarizə aparardım. Çox zaman iclaslara son anda çatardım. Bəzən bütün gün özümə gələ bilmirdim.

Buna baxmayaraq səhərlərin bəxş etdiyi effekt mənə çox təsir etdi. 

Gecələri çox çalışan biri olaraq səhər dura bilməyim üçün mənim yaxşı bir plana ehtiyacım olduğunu bilirdim. Bu səbəbdən digər inanlar üçün nəyi faydalı olduğunu araşdırmağa və öz üzərimdə yüngül təcrübələr etməyə qərar verdim. Bu, faydalı da oldu.  Bu plan erkən yatıb, səhər oyanmaqdan ibarət idi. Bu, dərhal müsbət effektini verdi.

Səhərlər erkən qalxmaq istəyənlərə mütəxxəssisin paylaşdığı dərsləri təqdim edirik:

Qəhvə, işıq və ediləcək fəaliyyətlər

Bunlar uğurlu səhər üçün əsas şərtdir. Qəhvə isə əsas içkidir. Əksər insan səhərlər gözlərini telefonlarına baxmaqla açırlar. Bu zaman telefona baxmaq tövsiyə edilmir. Telefona baxmaq əvəzinə zehninizin təbii surətdə oyanmasına icazə verin. Bu ərəfədə də gününüzü düşünün. Bəzən durduğunuz zaman hava qaranlıq ola bilər. Bu zaman oyanmaq çətinləşər. Evlərin bütün işığını yandırmaq oyanmağa  kömək edəcək əsas nüanslardandır. 

Ediləcək nələrinsə olması erkən oyanmaq sirrinin bir parçasıdır. Bunlar yoqa, idman kimi hərəkətlər ola bilər. Hətta çirkli qabları yumaq, paltarları ütüləmək və ya evi toplamaq günə daha erkən başlamağın səbəblərindən sayılır. 

Axşam işlərinizdə bəzi dəyişikliklər etməsəniz səhərlər oyanmaqda çətinlik çəkə bilərsiniz.

Nə qədər yuxuya ehtiyacınızın olduğunu və nə qədər yatdıqdan sonra özünüzü yaxşı hiss etdiyinizə əmin olun.

 Məsələn, 7-8 saat yatdıqdan sonra özünüzü necə hiss edirsiniz?

Qida və içkilərin yuxunuza necə təsir etdiyini öyrənin. 

Məsələn, axşamlar tünd şokolad yemək tövsiyə olunmur. Buna səbəb isə tərkibində yüksək dərəcədə kafeinin olmasıdır.

Bundan əlavə mən otaqdakı işıqları söndürüb lampaları yandırıram. Ən sevdiyim iş isə yatağı hazırlamaqdır:

“Hər gecə saat 19:00-da yataq otağındakı pərdələri bağlayıram. Dekorativ yastıqları çıxarıram və yatağı hazır hala gətirirəm.

Oyanmaq mənim üçün hər zaman asan olmadı, ancaq səhərləri sevməyi öyrəndim. Əksər səhərlər erkəndən durub duş aldım, paltarımı geyindim, yeridim, yeməyimi yedim, iki fincan qəhvə içirdim. Siz də bunu sınayın və səhərlər daha asan günə hazır olun”.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa