karyera

İş yerindəki münasibətlərdə özünü-qiymətləndirmənin rolu

Özünüqiymətləndirməni iş yerindəki münasibətlərə təsiri

Nataniel Brendenin “Özünüqiymətləndirmənin 6 prinsipi” kitabından seçmələr, hazırladı Ziya Ağazadə

İndi isə gəlin, özünüqiymətləndirməni iş yerindəki münasibətlərə təsiri ilə bağlı bir neçə nümunəni nəzərdən keçirək:

Təsəvvür edin ki, şirkətdə çalışan bir kişi öz işində irəli çəkilərək yeni vəzifə alır, amma o, yeni vəzifəsində qarşısına çıxacaq yeni tələblər və öhdəliklər barədə fikirləşən kimi onu vahimə basır, o həyəcanlanır və öz-özünə deyir: – “Mən fırıldaqçıyam. Bu vəzifə mənə görə deyil.”  Lap əvvəldən özünü uğursuzluğa məhkum olunmuş kimi hiss edərək o, yeni vəzifəsində həvəslə çalışmayacağını dərk edir. Beləliklə, o qeyri-iradi olaraq özünü öz gözündən salmağa başlayır -təşkil olunan görüşlərə hazırlıqsız gəlir, işçilərə qarşı əvvəl sərt, sonra isə qayğı və nəzakətlə davranır, rəhbərin iradlarıyla razılaşımayaraq yersiz olaraq özünü gülünc vəziyyətə qoyur və s. Hər şey gözlənilən kimi olur. O, vəzifəsini tərk edir və sonda öz-özünə deyir: “Bilirdim ki, bu baş tutan iş deyil”.

Özümə qəsd etdiyim zaman belə, öz idarəetməmi itirmirəm; mənə aydın olmayan bir naməlum məhvedici qüvvə tərəfindən yaranmış həyəcana düçar oluram. İdarəetmə nəzarətini itirmək qorxusu dözülməzdir, amma nə olur-olsun, bu qoxuya qalib gəlməliyəm.     

Rəhbər öz işçisi tərəfindən möhtəşəm bir ideya təklifində bulunur, amma həmin ideyanın niyə məhz onun deyil, işçisinin ağlına gəldiyi fikri ona heç cür sakitlik vermir. Bu zaman o, öz vəzifəsini itirmək və işçisinin onu əvəz etmək qorxusu ilə üzləşdiyini fikirləşir. Ona görə də rəhbər nəyin bahasına olursa-olsun, bu təklifin həyata keçməsinə imkan vermək istəmir.    

Rəhbər-işçi arasında bu cür paxıllıq hissləri yalnız öz mənliyi haqda dar düşüncənin mövcud olduğu şəraitdə yarana bilər. Sənin uğurun mənim məğlubiyyətimdir; sənin uğurunla barışsam, ətrafdakılar mənim zəif olduğumu hiss edəcəklər. Başqalarının uğuruna öz uğurun qədər sevinmək özünüqiymətləndirməyə bir işarədir.      

Şirkətin kişi əməkdaşı öz yeni rəhbəriylə tanış olarkən, onun qadın olduğunu biləndə çox həyəcanlanır və qəzəblənir. Bununla o, kişilik “qüdrətinin” zəifləməsinin şahidi olur. Və o, dərhal cinsi dominantlıq – “qadını öz yerinə oturmaq” barədə fikirləşir. Onun qorxu hissi bu cür şirkətdaxili münaqişəli vəziyyətlərdə davranışının hiyləgər və məkrli xsüsusiyyətindən xəbər verir. 

Yuxarıda qeyd olunan epizod, başqa işçiləri özündən asılı vəziyyətdə görmək baxımından özünüqiymətləndirmənin aşağı səviyyəsinə ən yaxşı nümunədir. Özünün kişilik “qüdrətini” “cinsi dominantlıq”la müqayisə edən kişi nəinki həmin qadından, hətta özünəinam hissini itirməkdən və ümumiyyətlə düşdüyü vəziyyətdən qorxur. 

Başqa işçiləri özündən asılı vəziyyətdə görmək istəyi özünüqiymətləndirmənin aşağı səviyyəsinə ən yaxşı nümunədir.

Tədqiqat və inkişaf laboratoriyasının rəhbərinə xəbər verilir ki, şirkətə digər bir firmadan istedadlı bir alim dəvət olunub. O isə belə fikirləşir ki, bəli! Rəhbərlik ondan narazıdır və ona görə belə bir addım atıb. O, öz reputasiyasını və statusunu itirəcəyindən narahat olmağa başlayır. Düşünür ki, onun şöbəsinə həmin yeni işçini rəhbər təyin edəcəklər. Bu düşüncələr onun kor-koranə olaraq negativizmə (hər cür xarici təsirə qarşı əbəs müqaviməti) qapılmasına və işinin itirilməsinə gətirib çıxarır. Və iradlarını ona nəzakətlə bildirdikdə belə, o nümayişkaranə özünü müdafiə etməyə qalxır və nəticədə öz işini itirir.           

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa