Motivasiya

Yenidən başla: Dəyişimə ruhlandıracaq gözəl fikir və sitatlar

Doğru zamanda və doğru yerdə söylənmiş bir fikir bəzən güc alıb hər şeyi yaxşıya doğru dəyişməyə təkan verir.

Həyat gözəldir, yaşamaq gözəldir, qarşımıza çıxan əngəllərə rəğmən həyat davam edir. Heç nə yerində dayanmır, insan daima inkişaf edir, biz dəyişir və böyüyürük. Zaman keçdikcə dəyişikliklərin labüd olduğunun fərqinə varırıq. Dəyişmək yeniliyə və yaxşılığa doğrudur. Heç kəs düz yolu ilk cəhddə tapmır və ümumiyyətlə düz yol nədir ki?

Biz tez-tez hərəkət istiqamətini dəyişməli oluruq, səhvlər edirik, səhvlərdən dərs alırıq və axtarışlara davam edirik, axtarırıq, axtarırıq… Bizim yolumuzu böhranlar – münasibətlərin qırılması, ayrılıqlar, itkilər, işdən xaric olunmalar, məyusluqlar, dostların uzaqlaşması, depressiyyalar, qəzalar, xəstəliklər, yaxınların ölümü və ya ümumiyyətlə qeyri-müəyyənliyin hökm sürdüyü mərhələlər müşayiət edir. Bir zaman gəlir ki, hər şeyin əvvəlki kimi olması mümkün olmur, ya da sən artıq buna tab gətirmirsən. Məhz bu zaman dəyişiklik etməli olduğun zamandır, deməli yeni nəsə yoxlamalısan.

Bu zaman sevdiyin kitablar, filmlər və ya onlardan olan sitatlar köməyinizə çata bilər. Onlar sizə xilaskar təbəssüm, enerji və yaxşılığa ümid bəxş edəcək. 

Dəyişimə ruhlandıracaq sitatlar

“İnsan sahilin gözdən itdiyi yerlərə getməyə cəsarət etmədən yeni okeanlar kəşf edə bilməz” – Andre Gide

“Mən məğlubiyyəti qəbul edə bilərəm. Hər kəs nədəsə uğursuz ola bilər. Amma mən cəhd etməməyi qəbul edə bilmərəm!” – Michael Jordan

“Heç vaxt açmadığın atəşlərin hər biri hədəfdən yayınıb” – Wayne Gretzky

“Heç nəyi dəyişmədən nəyinsə dəyişəcəyini gözləməyin” – Tony Robbins

“Həyatda edə biləcəyiniz ən böyük səhv davamlı olaraq səhv etmək qorxusu ilə yaşamaqdır” – Elbert Hubbard

Bir gün həyatınız film kimi gözününüz önündən keçəcək, seyr etməyə dəyəcək bir həyat yaşayın – Anonim

“Hər kəs dünyanı dəyişməyi diləyir, amma heç kəs özünü dəyişməyi hədəfləmir” – Lev Tolstoy

“Bu, hər zaman mümkünsüz görünür, o vaxta qədər ki, kimsə bunu edir – Nelson Mandela

“Həyatımızın yaşadığımız və hələ yaşanacaq bütün anlar ağaclarla və yarpaqlarla doludur və onlar daima dəyişir” – Virciniya Vulf

“Yaratdığımız dünya düşüncə prosesidir. Düşüncəmizi dəyişmədən dünyanı dəyişə bilmərik” – Albert Eynşteyn

“Bu gün yaşanacaq sıradan günlərdən biri deyil. Sonrakı günlərdə və həyatınızda baş verəcək hadisələr məhz bu gün atacağınız addımdan asılıdır”-  Ernest Heminquey

“Siz gerçəkdən yaşamağa başlayanda həyat gerçək sevgi axınına qərq olacaq, onda hər gün sanki ilk gündür, hər gün yeni bir həyatın başlanğıcıdır” – Alessandro d’Aveniya

“Sona çatanda insanlar onları başlanğıcda incidən qorxuları yada salıb gülürlər” – Paulo Koelyo

“Səhvlərə yetərincə erkən yol verib onlardan dərs çıxaran insanlar əhəmiyyətli üstünlük qazanırlar” – Uinston Çerçill

“İlk addımı at və anlayacaqsan ki, hər şey elə də qorxulu deyil” – Seneka

“Yalnız həddindən çox uzağa getməyə risk edənlər, bir insanın nə qədər uzağa gedə biləcəyini aşkar edə bilərlər” –  T.S. Eliot

“Yaxşı insanlar sizə xoşbəxtlik gətirəcək, pis insanlar isə sizi təcrübə ilə mükafatlandıracaq, daha betərlərindən dərs alacaq, daha yaxşılar isə xatirələr bəxş edəcəkdir. Hər birini dəyərləndirin” – Will Smith

“Unutnayın ki, minlərlə km məsafələrin qət edilməsi kiçik bir addımdan başlayır” – Anonim

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa