Motivasiya

Yeni il yeni zehin – 10 addımla mənfi düşüncələrinizi formatlayın

“İnsan beyni şəxsin düşüncəsi və inancı əsasında fəaliyyət göstərir. Xoşbəxt və ya bədbəxtliyi isə yaşanılan hadisələr deyil, göstərilən reaksiyalar yaradır. Nə düşünsək və nəyə inansaq beynimiz o istiqamətdə çalışır”.

Bu sözlər məşhur türkiyəli mütəxəssis psixoloq İhsan Öztəkinə məxsusdur. Onun sözlərinə görə, insanlar yaşadığı hadisələrin mənfi təsirlərindən fərqli düşüncə ilə xilas ola bilərlər. Psixoloq mənfi düşüncələri nəzarət altına alan “zehni detoks” barəsində vacib məqamlara toxunub.

Bəs bu detoks növü nədir?

Psixoloq ilk olaraq vurğulayıb ki, bu detoks keçmişi silib xatirələri yox etmək mənasını daşımır. Keçmişdə yaşanılan hər şey təcrübədir:

“O təcrübələr hələ də bizi əsəbləşdirirsə, məyus edirsə, təsirlərini dəyişdirməliyik. Ediləcək dəyişikliklə də bu gün və gələcəkdə baş verə biləcək hadisələrin mənfi təsirlərindən xilas olarıq. Başımıza gələn pis hadisələrin yaxşı tərəfinin fərqinə vararaq öz lehimizə çevirə bilərik”.

Beyninizi formatlayın

Bu gün bir problem yaşayırıqsa, bildiklərimizi tətbiq edə bilmiriksə, bu beynimizdəki kompüterdən istifadəni bacarmadığımız üçündür. Beynimizi də arada bir təmizləyib yenidən fəaliyyətə keçirməliyik.

Mütəxəssisin bəhs etdiyi “Zehini detoks”un faydaları və tətbiq üsullarını təqdim edirik:

Qəbul et

Prosesə qəbuletmə ilə başlaya bilərik. Ayrılıqlar, xəstəliklər, ölümlər həyatın gerçəyidir. Əlbəttə ki, sadalanan hadisələr bizi hüznləndirir. Lakin hüznlənmə müddətindən sonra bu vəziyyəti qəbul etmək lazımdır.

Bağışla

Bağışlamaq qəbul etməkdən sonrakı müddətdir. Münasibətinizin bitmiş olub-olmamasına baxmayaraq sizi məyus edən qohum, sevgili, dost və ya həyat yoldaşınız – kimliyindən asılı olmayaraq hamısını bağışlayın. Onu xatırladan kino, şəkil, əşya, hədiyyə, mesajlardan xilas olun. Bununla siz keçmişin sizdə saxladığı ağır yükdən, sağlamlığınıza dəymiş olan zərərdən xilas ola bilərsiniz.

Zehnindəki mənfilikləri yox et

İstifadə etdiyiniz cümlələrə diqqət edin. “Həyatımda hər şey pisliyə doğru gedir” kimi cümlələri istifadə etməkdən qaçının.

I Tried a 'Mind Cleanse' and It Was Just the Emotional Detox I Needed

Dəyişimə başla

Hər şeyin öz enerjisi mövcuddur. Dəyişiklik etmək istəyirsinizsə, buna öz evinizdən başlaya bilərsiniz. Sizə ağır gələn, yaxşı enerji almadığınız əşya və şəkillərdən xilas olun. Əgər işləyirsinizsə, həmin məkanda özünüzü daha yaxşı hiss edəcək fərqliliklər yarada bilərsiniz.

Kompüter ekranınızı da unutmayın. Telefonunuzda da özünüzü yaxşı hiss etdirəcək ekran şəkillərindən istifadə etməlisiniz.

Rənglərin gücünə inan

Hər kəsin özünü müsbət hiss etdiyi rənglər vardır. Ev dekorasiyalarından başlayaraq, paltar, aksessuar, saç, dırnaq boyasına qədər həyatınızın hər sahəsində sevdiyiniz rənglərdən istifadə edərək müsbət aura yarada bilərsiniz.

Fəlakət xarakterli ssenarilərdən uzaqlaşın.

Həyatınızı belə düşüncələr üzərində qurmayın. Ola biləcək ən pis ehtimalları belə düşünməkdən əl çəkin. Əgər belə bir insan olduğunuzu düşünürsünüzsə və “Ya belə olarsa” deyə qorxu dolu senarilər qurursunuzsa, bunlar dəyişiklik zamanı sizə çətinlik törədəcəkdir.

Keçmişdə mənfi düşünüb həyata keçməyən və ya gerçəkləşib həll edə bildiyiniz hadisələri ağlınıza gətirin. Bununla da mənfi ssenarilərin sizi qorxutmasına və həyatınızı mənfi istiqamətləndirməsinə fürsət yaratmayın.

Özünü günahkar elan etmə

Yaşadığınız hər hadisədə özünüzü günahkar elan etməyin. Özgüvən əksikliyinə bir də günahkarlıq duyğularını əlavə etməyin. Xətalar, çatışmazlıqlar, yanlışlıqlar hər birimizdə var. Vacib olan özünüzü günahlandırmadan bu çatışmazlıqların fərqində olub onları düzəltməkdir. Beləliklə, özünüzə olan güvən əksikliyini də bərpa etmiş olarsınız.

Müsbət tərəflərini gör

Müsbət tərəflərinizi görməzdən gəlib, mənfi tərəflərinizi qabartmaqdan çəkinin. “Bu mövzuda uğurluyam, bu sahədə özümlə qürur duyuram” deyə bilməlisiniz. Müvəffəqiyyətlərinizin digər səbəblərdən qaynaqlandığını düşünməyin. “Yüksək qiymət aldım, ancaq imtahan asan idi” fikrindən uzaqlaşın.

Women's White Top and Orange Floral Skirt

Yaxşı ya da mənfi düşüncələrdən uzaq durun

İnsanları və hadisələri yaxşı və ya pis kateqoriyada dəyərləndirməyin. Həyat “həmişə və ya heç vaxt” düşüncəsindən ibarət deyil. Qara və ağ rənglərin arasında digərləri də mövcuddur. Özünüzü və digər insanları bu şəkildə qəbul etmək dostluq münasibətlərinizdə sizə böyük avantaj yaradacaq.

Xəyalınız və hədəfləriniz olsun

Bu, hər zaman üçün keçərlidir. Həyatdakı hədəflərinizə dair xəyallar qurun. Beyniniz inandığınız bir şeyi gerçəkləşdirməyə meyilli proqramdır. Sizi xoşbəxt edəcək hadisələri zehninizdə yaşayın. Səbr və əzmlə bir müddət sonra bunlara nail olduğunuzu görəcəksiniz.

“Zehni detoks” ilə zehninizi yenidən proqramlayın

Bununla aşağıdakı yenilikləri əldə edəcəksiniz:

1 – Beyin ağır Beta dalğalarından, sakit və öyrədici Alfa dalğalarına keçid edir.

2 – Zehin və bədən dincəlir.

3 – Diqqəti cəmləməyi və öyrənməyi asanlaşdırır.

4 – Sağlam düşünməyi və hədəf təyin etməyi öyrədir.

5 – Motivasiyanı və yaradıcılığı artırır.

6 – Gərəksiz artıq düşüncə axınını kəsir.

7 – Enerjidən düzgün istifadəni öyrədir.

8 – Toksinlərdən xilas edir.

9 – Müsbət düşüncələri artırır.

10 – Dinclik yaradaraq maddələr mübadiləsini sürətləndirir

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa