Kino

Netflixdə son illərin ən bəyənilən YENİ İL FİLMLƏRİ

Gəldik ilin ən səbirsizliklə gözlədiyimiz ayının son günlərinə. Axır ki, yeni ilə sayılı günlərin qaldığını deyə bilərik. Köhnə ilin son günlərini keçirmək və yeni ili qarşılamaq üçün səfərə çıxanlar da var, öz evində ailəsi ilə keçirməyi planlaşdıranlar da. Bəs, istər səfər əsnasında, istərsə də evdə izləyəcəyiniz bir-birindən maraqlı Yeni İl filmlərinin siyahısını hazırlamısınızmı? Əgər cavabınız müsbət deyilsə, o halda sizin üçün araşdırdığınız filmlərlə tanış olun. Xatırladaq ki, məqalədəki bütün filmlər Yeni il ruhunu ən gözəl şəkildə hiss edəcəyiniz, Netflix platformasında yayımlanan son illərin ən bəyənilən Yeni İl filmləridir.

1. A Christmas Prince

Image result for christmas prince cover photo"

Buraxılış ili: 17 Noyabr, 2017

Rejissor: Alex Zamm

Karyerasında yüksəlməyə çalışan istedadlı journalist Amber Moore Milad bayramından bir neçə gün əvvəl ölkə xaricinə, Aldovia vilayətinə yaxın günlərdə tac qoyma mərasimi keçiriləcək və atasının vəfatı səbəbilə taxta çıxacaq şahzadə Richard tərəfindən təşkil edilən mətbuat konfransını işıqlandırmaq üçün göndərilir.

Filmin treylerini izləmək üçün: //www.youtube.com/embed/tG4Fbj1B1bY

Qeyd: Filmi çox sevsəniz, sizə şad xəbər – filmin ikinci və üçüncü hissələri də yayımlanıb. 

2. The Princess Switch

Image result for The Princess Switch

Buraxılış ili: 16 Noyabr, 2018

Rejissor: Michael Rohl

Milad bayramından bir həftə əvvəl gənc hersoginya xarici görünüşcə ona bənzəyən Çikaqodan olan sadə bir qadınla öz yerini dəyişir və onlar əsl sevgini yeni həyatlarında tapırlar.

Filmin treylerini izləmək üçün: //www.youtube.com/embed/-WBhj57fHeI

3. The Spirit of Christmas

Image result for the spirit of christmas cover"

Buraxılış ili: 28 Noyabr, 2015

Rejissor: David Jackson

Gənc hüquqşunas qadın karyerasının ən çətin işi ilə məşğul olarkən hər il Milad bayramına 12 gün qalmış yenidən dünyaya qayıdan bir ruha aşiq olur və bununla da işləri özü üçün daha da çətinləşdirir.

Filmin treylerini izləmək üçün: //www.youtube.com/embed/JrwC1NdRZw8

4. The Christmas Chronicles

Image result for the christmas chronicles"

Buraxılış ili: 22 Noyabr, 2018

Rejissor: Clay Kaytis

Bacı-qardaş olan Kate və Teddy Milad bayramı ərəfəsində Şaxta Babanı oğurlamaq üçün plan qururlar. Plan istədikləri kimi getmədikdə isə gec olmamış bayramı xilas etmək üçün Saint Nick və onun elfləri ilə güclərini birləşdirirlər.

Filmin treylerini izləmək üçün: //www.youtube.com/embed/YaeDa_Uempk

5. Christmas Inheritance

Image result for christmas inheritance"

Buraxılış ili: 15 Dekabr, 2017

Rejissor: Ernie Barbarash

Şöhrətpərəst və iddialı varies Ellen Langford atasının biznesini miras ala bilməsi üçün xüsusi Milad təbrikini atasının keçmiş şərikinə çatdırmalıdır. Bunun üçün isə tanımadığı Snow Falls qəsəbəsinə getməli olur. Səfəri əsnasında qar tufanı ilə üzləşən və qaldığı oteldən çıxa bilməyən qadın burada əsl Milad sehrini tapır.

Ən sərfəli kredit üçün müraciət et

Filmin treylərini izləmək üçün: //www.youtube.com/embed/K4STcvndzbE

6. The Knight Before Christmas

Image result for The Knight Before Christmas"

Buraxılış ili: 21 Noyabr, 2019

Rejissor: Monika Mitchell

Orta əsrlərdən gələn bir cəngavər bu günün reallığında sevgiyə ümidi olmayan orta məktəb müəlliminə aşiq olur.

Filmin treylerini izləmək üçün: //www.youtube.com/embed/-JtwROpSVWc

7. Christmas Wedding Planner

Image result for Christmas Wedding Planner"

Buraxılış ili: Dekabr, 2017

Rejissor: Justin G. Dyck

Toy təşkilatçılığı ilə məşğul olan bir qadın bu dəfə öz əmisi qızının təmtəraqlı və xariquladə toyu üçün hazırlıqlar ərəfəsindəykən bütün planlarının çox yaraşıqlı gənc bir özəl xəfiyyə tərəfindən pozulmaq üzrə olduğundan xəbərsizdir.

Filmin treylerini izləmək üçün: //www.youtube.com/embed/HS9x40rE5Cs

8. How Sarah Got Her Wings

Image result for how sarah got her wings"

Buraxılış ili: 1 Noyabr, 2015

Rejissorlar: Edmund Entin, Gary Entin, Michael Landon Jr.

Sarahın cənnətə daxil olmaq üçün tək şansı var, dünyaya geri qayıdıb boşanmaq üzrə olan bir cütlüyün evliyini xilas etməlidir.

Filmin treylerini izləmək üçün: //www.youtube.com/embed/O9Icg-5GJAc

9. The Holiday Calendar

Image result for The Holiday Calendar"

Buraxılış ili: 2 Noyabr, 2018

Rejissor: Bradley Walsh

Gənc fotoqrafa Milad ərəfəsi ona gələcəyindən və həyatının sevgisindən xəbər verən əntiq Advent təqdimi miras qalır.

Filmin treylerini izləmək üçün: //www.youtube.com/embed/km7gv28_uX0

10. A Wish for Christmas

Image result for A Wish for Christmas"

Buraxılış ili: 2016

Rejissor: Christie Will

Milad bayramı təşəbbüsü üçün möhtəşəm ideyası oğurlanan Sara həmin əsnada iş başındadır. Bunun ardınca o, Şaxta Babadan özünü müdafiə edə bilməsi üçün cəsarət istəyir və ona düşündüklərini qorxusuzca dilə gətirməyi öyrənmək üçün 48 saat verilir.

Filmin treylerini izləmək üçün: //www.youtube.com/embed/eHq7u2x7I8Q

Həmçinin oxu: Mütləq izləməli olduğunuz 10 Yeni il filmi

Tamara Mustafayeva, Banco.az

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa