Şəxsi İnkişaf

Yay bitmədən karyera hədəflərinizi nəzərdən keçirin

1-ci yarımil geridə qaldı, yay isə artıq qapıdadır. Bu günə qədər keçirdiyiniz vaxtı nəzərə alıb adrenalin yaşamağın tam vaxtı deyilmi? Karyeranızın tükəndiyini hiss edirsinizsə, yenidən başlamaq sizin əlinizdədir!

Bu il üçün planlaşdırdığınız hədəflərinizdən nə qədər uzaqsınız? Payıza qədər hədəflərinizi gerçəkləşdirmək üçün nələr edə bilərsiniz? Bəs hədəfiniz yeni bir iş qurmaqdı yoxsa yeni iş axtarmaq? Bütün bu suallara verəcəyiniz cavablar, karyera hədəflərinizi nəzərdən keçirməyinizə, enerjinizi bu mövzulara sərf etməyinizə və hədəflərinizi inkişaf etdirməyininizə kömək olacaq.

Karyera planlarını dəyərləndirməyinizdə sizə kömək olacaq 7 önəmli addım:

Öncə hədəflərinizi yazın

Hədəflərinizi yazmağınız, özünüzə verdiyiniz sözdür. Planlarınızı qeyd etməməyiniz məsuliyyətdən qaçmağınız deməkdir. Ona görə də xatırlamağınız üçün hədəflərinizi yazmağı bir adət halına gətir.

Nə istədiyinizi dəqiqləşdirin

Sizin üçün nəyin önəmli olub-olmadığını düşünməyiniz üçün özünüzə vaxt verin. Hansı hədəflərin kritik, hansıların isə o qədər də önəmli olmadığını düşünün. Bir və iki nömrəli hədəflərinizi müəyyən edin və nail olduğunuz zaman bunların sizə uyğun olub-olmadığını düşünün.

İndiyə kimi olan uğurlarınızı düşünün

Qatıldığınız fəaliyyətləri, aldığınız tərifləri və bunların neçəsinin işəgötürənə çatdırıldığını düşünün. Neçə potensial müştəriyə yaxınlaşa bilmisiniz? Hədəfləriniz arasında olmasa da nail olduğunuz nələr var? Bütün bunları dəyərləndirin.

Prioritetləriniz kiçik hissələrə ayırın

Bəziləri hədəflərini nəzarətdə saxlamaq və daha da irəli aparmaq üçün həftə xatırladıcı qoyurlar. Bəziləri də planlarını dəqiqləşdirib, bunları yazır.

Səni motivasiya edən şeyləri önə çıxar

Bəzən hamımız niyə vəzifə artımı istədiyimizi və ya yəni bir müştəri ile əlaqə qurmağa çalışdığımızın altında olan səbəbləri unuduruq.Əgər bütün bunlar möhtəşəm bir tətil keçirmək və ya kiçik qardaşının məktəb xərclərini qarşılamağa görədirsə mənəvi bağlarınızı aydınlaşdırın.

Özünüzü mükafatlandırın

Əgər hədəflərinizə çatmısınızsa, bunu qeyd etməyin vaxtıdı. Ancaq bunu sosial şəbəkə vasitəsi ilə hər kəsə çatdırmağınız qeyd etmək sayılmır. Uğurunuzu sevdiyiniz insanlarla keçirərək qeyd etməlisiniz.

Fasilə verin

Artıq həyatınızda önəmli şeylərə yer verməyin zamanıdı. Dayanmadan işləmək, bir tərəfdən də karyera planı qurmaq sizi yora bilər.ona görə də bu yaz; dostların və əyləncənin dadını çıxarmaq üçün özünüzə bir həftə ayırın. Bu tətil, bütün enerjinizi geri qaytarmağa və yeni hədəflərə doğru sağlam addımlarla irəliləməyinizə kömək olacaq.

Bəzi insanlar, ilin ortasına kimi hədəflərinin bir çoxunu gerçəkləşdiyini deyir. Elə isə yeni hədəflər müəyyən etməyin vaxtıdır və ən əsas hədəflərinizi yüksək tutun. Bir çoxlarını, hədəflərinə çata bilməməkləri məyus edir. Bəlkə də onlar üçün uğura gedən yol, yaxşı bir komanda yoldaşı və karyera rəhbərindən keçir.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa