Həyat tərzi

Xoşbəxtlik üçün alış-verişə deyil, təcrübələrə pul xərcləyin

Qarajında son model BMW maşının olması bir çoxlarının ən böyük arzusudur, ancaq ailəliklə etdiyiniz hansısa gəzintini xatırlamaq maşına sahib olmaqdan daha çox xoşbəxt edəcək sizi.

Harris Group tərəfindən aparılan araşdırmaların nəticələrində, 20 və 30 yaşlardakı gənclərin nələrisə pulla almaq əvəzinə təcrübə qazanmağa daha çox diqqət etdiyi göstərilir.

Araşdırmaçılar, insanların xoşbəxt olmaq üçün hansı formada pul xərclədikləri barədə uzun illərdir mübahisə ediblər.

Çıxan nəticələrə görə, pulla alınan şeylərin, təcrübədən daha çox xoşbəxtlik gətirdiyidir. Ancaq Cornell Universitetinin psixologiya mütəxəssisi Thmas Giloviçin 20 il ərzində apardığı araşdırmanın nəticələri isə bunun tam əksini iddia edir.

Belə ki, o, bunların bir müddət insana xoşbəxtlik gətirdiyini bildirib.

Bəs nə üçün mənəvi doymaq adlandırılan təcrübə, maddi doymaq olaraq adlandırılan alış-verişdən daha çox xoşbəxtlik verir?

Hava şarında göylərə ucalmaq təcrübəsi

Pulla alınan məhsulların bəxş etdiyi xoşbəxtlik tez keçir

Giloviçə görə, xoşbəxtliyin ən böyük düşməni vərdiş etməkdir. Yəni xoşbəxt olmaq üçün istədiklərimizi pulla alırıq və özümüzü bir müddət xoşbəxt hiss edirik. Ancaq daha sonra bunlar bizi həyəcanlandırmır. Bunun əksinə isə təcrübələr, insanlığın bir parçası halına gəlir. Getdiyimiz yeni bir şəhər, gəzdiyimiz muzey, yediyimiz meyvə həyatımızın bir parçası olur.

“Təcrübələrimiz, insanlığımızın sahib olduğumuz maddi varlıqlardan daha çox bizə təsir göstərir. Yeni maşınımızı çox sevə bilərik. Ancaq hər halda bu maşın köməkçi vasitədir. Ancaq təcrübələr elə deyil. Maşın olmasa da təcrübələr bizimlədir. Təcrübələrin hamısı insanın xarakterini müəyyləşdirir”,-deyə mütəxəssis bildirib.

Təcrübələr həyatınıza məna qatır

Gündəlik fəaliyyətlərinizi sahib olduğunuz əşyalar deyil, bağlı olduğunuz mənalar təşkil edir.

Giloviç, maddi varlıqların sosial münasibətə təsir göstərmədiyini qeyd edir:

“Təcrübələri insanlarla birlikdə yaşayırıq və istifadə edirik. Ancaq bir müddət sonra bu təcrübə həyatımızın bir parçası olur və bunu başqalarına da izah edirik.

Yəni tanış olduğumuz biriylə danışdığımızı fərz edək. Getdiyimiz konsertlər, oxuduğumuz kitablar, gördüyümüz şəhərlər haqqında danışmaq səmimiyyətimizi daha tez artırır. Ancaq pulla aldığımız telefon, ətir, çanta, paltar kimi əşyalar dostluq münasibətinizi təcrübələr qədər dərinləşdirmir”.

Birlikdə əylənmək təcrübəsi

Mütəxəssisə görə, alınan bahalı telefon sahibini ilk zamanlar xoşbəxt edir. Zamanla isə bu adiləşir və zövq vermir. Həmin telefonun daha üst modeli çıxarıldığı zaman isə bu telefon anında adiləşir.

Çoxlu əşya sahibi olmaq xoşbəxtlik gətirməz

İstifadə etmədiyiniz əşyalarla dolu evinizin bir otağını düşünün. Bu qədər artıqlıq şüuraltınızda bəzi mənfi düşüncələrin toplanmasına səbəb olur. Bunun üçün daha xoş və sadə həyat yaşamaq üçün az əşya ilə kifayətlənmək kifayət edir.

Giloviçə görə, alış-veriş mövzusu xüsusilə qadınların incə yeridir. Məhz bu mövzuda insanlar özlərini digərləri ilə müqayisə edir. Məsələn, “onun var mənim nə üçün yoxdur?” kimi sualları özlərinə verirlər. Ancaq bu müqayisə zamanla insanları yorar və düzgün düşünməyə icazə verməz. Bu səbəbdən çoxluq insana xoşbəxtlik gətirməz.

Pulu təcrübəyə xərcləyin

Təcrübələr üçün xərclənən  pullar insana əşyaya xərclənən pulla müqayisədə qısqanclığı azaldaraq daha çox insanı xoşbəxt edir. Bu səbəbdən pulu, kurslara, kitablara, səfərlərə xərcləmək daha çox sevinc bəxş edir.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa