Şəxsi İnkişaf

XOŞBƏXTLİK İDEOLOGİYASI VƏ TEXNOLOGİYA BƏDBƏXTLİYI

XOŞBƏXT OLMAĞI BACARIRSINIZ?

Bu suala cavab axtarırıq…

Kapitalizmin qızıl dövrü olan 1945-1975-ci illərdə xoşbəxtlik ideologiyasi ilk dəfə olaraq texnologiyanın tövhələri ilə birlikdə anılmağa başlandı. O dövrlərdə televiziyanın demokratikləşməsi ilə bərabər iqtisadi və texnoloji inkişaf hələ də sürətlə inkişaf edir.Postmodern bir dövrdə ən yaxşını, ən sürətlini, ən inkişaf etmiş və ən lüks olanı axtarırıq. Onu tapana kimi xoşbəxt olmuruq, tapdığımız an isə qısamüddətli xoşbəxtlik yaşayırıq. Sonra isə yerini yeni istəklər alır.Fransız sosioloq Jacques Ellul, “Xoşbəxtlik İdeologiyası” adlı konsepti ilə insanın texnologiyadan umduğu xoşbəxtlik uğruna azadlığını qurban verdiyini deyir. Ellule görə xoşbəxtlik ideologiyası, davamlı olaraq yeni ehtiyaclar təlqin edən reklamların yaratdığı iqtisadi artım ilə özünü göstərir. Beləliklə, insanlar öz həyatlarını ardı kəsilməyən ehtiyacları qarşılamaqla keçirirlər. Xərcləmək üçün də daima işləmək lazımdır. Ellulun bu təsbiti günümüzün reallığıdı. Fransız sosioloq Jean Baudrillardin “İstehlakçı cəmiyyət” adlı layihəsi ilə günlük xoşbəxtlik ardınca qaçan, anında bundan razı qalmaq istəyən, məzmundan daha çox formaya önəm verən postmodern bir istehlakçını tanımaq üçün bir layihədir.

XOŞBƏXTLİK ANLAYIŞINI DƏYİŞDİRMƏK

Texnologiyanın dayanmadan  istehsal etdiyi oyuncaqlara sahib olmaq üçün materialist bir xoşbəxtliyin arxasınca qaçırıq. Bu zaman daha çox işləyir və stress keçiririk.  Bakırköy Ruhi Əsəb və Psixiatriya Xəstəlikləri Xəstəxanasının baş psixiatrı Dr. Kemal Sayar, “Niyə rifahın bu qədər yaxşılaşmasına baxmayaraq, xoşbəxtlikdən daha çox depressiv hallar yaşanır?” tiplii suallar verir və ” Bizim sahib olduğumuz şeylər bir müddətdən sonra ruhumuza sahib olur. Biz içimizdəki boşluğu daha çox xəcləyərək dolduracağımızı düşünürük.Bu isə tam əksinə içimizdəki boşluğu daha da böyüdür” cavabını verir. Professor Sedat Özkan, “Xoşbəxt olmadığını düşünən insanların xoşbəxtlik anlayışında bir problem var və ya onlar tənbəldirlər.” deyə düşünür. Onun sözlərinə görə, insanlar birinci xoşbəxtliyin nə olduğunu qavramalı, sonra da ona çatmaq üçün çalışmalıdı.”Əvvəllər kənddə yaşayan və ömrünü 20 kvadratmetr sahədə keçirən insanlar da xoşbəxt idi” deyən Prof. Dr. Özkan, xoşbəxt olmağın öyrənə bilinəcək bir şey olduğunu deyərkən, bir tərəfdən də insanın onu bədbəxt edən reallıqlarla da üzləşməli olduğunu vurğulayır.

“ÖZÜNÜZÜ XOŞBƏXT OLMAĞA MƏCBUR ETMƏYİN”

Two Women Sitting on White Bench

Filosof Alain de Botton xoşbəxtliklə bağlı düşüncələrini  ELLE Türkiyə üçün xüsusi olaraq paylaşdı:
“Xoşbəxtlik, qazandığımız uğurdan sonrakı 10 dəqiqədir. Nə qədər xoşbəxt olduğumuza, özümüzü başqaları ilə müqayisə edərək qərar veririk. Bu da bədbəxtçilik yaradır.
Məncə, xoşbəxtlik bir anlıqdır və təxmini on beş dəqiqə davam edir. Bununla bağlı məsləhətlərimi sizinlə paylaşa bilərəm: 'Özünüzü xoşbəxt olmağa məcbur etməyin. Həyatın çətin və xoşbəxtliyin bir istisna olduğunu qəbul edin'. Uşaqlarım və kitab satmaq məni xoşbəxt edir. Yeni kitabımın çox satılanlar arasında olduğunu biləndən, yəni 15 dəqiqədir xoşbəxtəm”.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa