Şəxsi İnkişaf

XOŞBƏXTLİK HÖKMRANLIĞI

XOŞBƏXT OLMAĞI BACARIRSINIZ? Bu suala cavab axtarırıq…

XOŞBƏXTLİK HÖKMRANLIĞI

Bəlkə də ən böyük bədbəxtlik, daima xoşbəxtlik arxasınca qaçmağımızdır. Bizim üçün xoşbəxtlik anlayışı uğurlu karyera, çoxlu pul və böyük bir evdir. Fransız filosofu Pascal Bruckner “L'euphorie Perpétuelle” adlı kitabında xoşbəxtliyin hökmranlığından bəhs edir. Uğursuzluğun, yalnızlığın, xəstəliyin dəyərsizləşdirildiyi bir cəmiyyətdə, xoşbəxtlik arzusu insanları daima axtarışda olmağa məcbur edir.
Əslində içimizdəki səs xoşbəxtliyi başqa yerlərdə axtarmağımızı desə də, dövrümüzə ayaq uydurmaq üçün yarış atı kimi qaçırıq. 19-cu əsrdə yaşamış İngilis filosofu John Stuart Millin sözlərinə görə ” Özünüzdən xoşbəxt olub-olmadığınızı soruşursunuzsa, deməli xoşbəxt deyilsiniz”. Xəyalımızda canlandırdığımız xoşbəxtliyin arxasınca qaçırıq. Halbuki, Montesquieunun dedi kimi ” Xoşbəxtlik çatacağımız bir stansiya deyil, bir səyahətdir”.

XOŞBƏXTLİK BAŞQA YERDƏ DEYİL, İÇİNİZDƏDİR

Trend Groupun 2011-ci ildə apardığı araşdırma bu sonsuz və yorucu xoşbəxtlik axtarışında bir ümid işığı olduğunu, artıq içimizdəki səsə qulaq asmağa başladığımızı göstərir. Şirkət 24 ildə 1500 insanla “Mədəniyyətlərarası kodlar” adlı araşdırmasında  işrirakçılardan xoşbəxtlik haqqında fikrini soruşur.Onlara 100 fəqli kart verib, içində xoşbəxtliyi təsvir edən şəkilləri seçmələrini istəyir. Sonda  xoşbəxtlik; pul, 12dən vurmaq, maşın, oyun, dəniz,  qaçmaq kimi şəkillərin olduğu kartlarla tərif edilir. Bu araşdırma insanların mənəvi dəyərlərə  tamamilə üz çevirmədiklərini göstərir.
 Kaliforniya Universitetinin Professoru, “The How of Happiness” kitabının yazıçısı Sonja Lyubomirsky xoşbəxtliyin düşüncələrimizə bağlı olduğunu deyir: “Xoşbəxtlik bizim onu tapmağımızı gözləmir. Başqa bir yerdə olmamağının səbəbi, daxilimizdə olmağıdır. Şablon səslənsə də xoşbəxtlik əhvalınızdan asılıdır. Beləliklə, sabah, sonrakı gün və ömrümüzün axırına kimi hər gün xoşbəxt olmaq istəyirsinizsə ilk öncə əhvalınızı düzəldərək bunu bacara bilərsiniz.”

“XOŞBƏXTLİK İNSANIN ÖZÜNDƏ BAŞLAYAR”
Şəxsi inkişaf mütəxəssisi Mümin Sekman, variant çoxluğunun insanı xoşbəxt etmədiyini söyləyir. “Xoşbəxtliyin, həzz, dinclik, rahatlıq  və özünü yaxşı hiss etmək olduğunu düşünürəm. Xoşbəxtlik axtaranlar iki yerə bölünür. Birinci qrup: “Hər kəs xoşbəxtliyin memarıdır, ona görə də özünüzü xoşbəxt  etmək mübarizəsi daxilən olmalıdır.” deyir. “İkinci qrup isə xoşbəxt olmağı bir məqsəd halına gətirməyin insanı narahat etdiyini, onun arxasınca qaçdıqda uzaqlaşdığını, insanın xoşbəxt olub-olmadığını düşünməyə vaxtı olmayacaq qədər bir həyat yaşamalı olduğunu deyir. Mən də xoşbəxtlik mərkəzli deyil, uğur mərkəzli düşündüyüm üçün ikinci qrupun fikrini təsdiqləyirəm.

Bir çox akademik araşdırmalara görə insanlar alternativ variantlar olmayanda daha xoşbəxt olurlar. Çünki daha çox variantlar olanda, seçe bilmədikləri üçün narahat  olurlar. Xoşbəxtlik insanların özlərinə olan münasibəti ilə başlayar, başqaları ilə olan münasibətiylə isə böyüyər. İçinizdə yarada bilmədiyiniz xoşbəxtlikliyi başqa yerdə axtarmayın”.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa