Biznes ledi

Nəcib və zəngin: Xeyriyyəçiliyə ən çox yatırım edən 7 milyarder zövcəsi

Melinda Qeyts, Prisçilla Çan, Betti Mur və əsas işi xeyriyyəçilik olan və ailə fondlarına rəhbərlik edən digər milyarder xanımları.

ABŞ-da ən səxavətli xeyriyyəçilərin siyahısı demək olar ki, ancaq ər-arvad cütlüklərindən və ailə təşkilatlarından ibarətdir. Adətən, bu cütlüklərdə birgə yaradılmış xeyriyyə fondlarının işlərini milyarderlərin arvadları aparır: onlar fondun direktoru olur, maliyyələşdirmə layihələrini seçir, aparılacaq işin istiqamət və strategiyalarını müəyyən edirlər. Əsas işləri başqalarına kömək etmək olan yeddi zəngin və uğurlu qadının siyahısı budur.

Melinda Qeyts

Мелинда Гейтс

Xeyriyyəçi milyarder zövcələri

Xeyriyyəçiliyin əsas istiqamətləri: səhiyyə, yoxsulluqla mübarizə.

5 il ərzində bağışlanmış ümumi məbləğ: $9,9 mlrd.

Əmlakı: $109,6 mlrd.

50,7 milyard dollar dəyərində aktivə sahib olan Qeyts cütlüyünün yaratdığı Bill & Melinda Gates Foundation fondu — dünyanın artıq 20 ildir ki, mövcud olan ən böyük özəl xeyriyyə fondlarından biridir. Bu yaxınlarda təşkilat koronavirusa qarşı peyvənd hazırlamaq üçün 100 milyon dollar ayırmışdır. Fondun işində əsas rolu Melinda oynayır, çünki o, təşkilatın fəaliyyətinin istiqamətlərini özü seçir və onu böyük humanitar forumlarda özü təmsil edir. Fondun son yubileyi münasibəti ilə yazılmış açıq məktubda Melinda əri ilə onun iki qlobal məqsədinin olduğunu söyləmişdir: «Bill üçün əsas məsələ — iqlimin dəyişikliyi probleminin həllidir. Mənim üçün isə — gender bərabərliyidir». Melinda Qeytsin sözlərinə görə, gender bərabərliyi problemini həll edə bilmək üçün hökumətdə və maliyyə və səhiyyə sahələrində rəhbər vəzifələrdə çalışan qadınların sayını artırmaq lazımdır. O, gender bərabərsizliyi ilə mübarizə haqqında kitab da yazmış, həmçinin dünyanın ən yoxsul ölkələrində 120 milyon qadın üçün kontraseptivlərin paylanmasını təşkil etmişdir. Poliomielitin bu il aradan qaldırılması problemi də onun üçün qlobal məsələlərin arasındadır.

Merilin Saymons

Мэрилин Саймонс

Xeyriyyəçiliyin əsas istiqamətləri: elmi-texniki və mühəndislik-riyazi  araşdırmalar.

5 il ərzində bağışlanmış ümumi məbləğ: $1,65 mlrd.

Əmlakı: $21,6 mlrd.

Merilin və keçmiş riyaziyyat müəllimi olan milyarder Cim Saymonsun fondu 1994–cü ildə yaradılmışdı və əvvəlcə bu layihə ilə xanım Saymons məşğul olurdu. Cimin sözlərinə görə, lap başlanğıcda Merilin təşkilatın diqqətini nəyə yönəldəcəyindən əmin deyildi, lakin Cimin ixtisası və Merilinin biliklərə marağı ona gətirib çıxardı ki, ailə ilk növbədə elmi-texniki, mühəndislik-riyazi təqdiqatlara və təhsilə kömək etməyə başladı. Bundan əlavə, fond yüksək ixtisaslı riyaziyyat və təbiətşünaslıq müəllimlərinin peşəkar şəbəkəsini yaratmaq məqsədini daşıyan qeyri-kommersiya təşkilatı – Math for America-nı da maliyyələşdirir. Cim öz müsahibələrindən birində etiraf edir ki, xanımı olmadan bu fondların işinin öhdəsindən gəlmək ona çətin olardı.

Betti Mur

Бетти Мур

Xeyriyyəçiliyin əsas istiqamətləri: elm, ekologiya, təhsil.

5 il ərzində bağışlanmış ümumi məbləğ: $1,4 mlrd.

Əmlakı: $11,8 mlrd.

Qordon və Betti Mur fondunun təxminən 20 yaşı var. Son beş il ərzində onlar ətraf mühitin qorunması üzrə təşəbbüslərə və elmi tədqiqatlara təxminən 1,4 milyard dollar bağışlamış, eyni zamanda ali təhsilin inkişafına və teleskopların istehsalına da sponsorluq etmişlər. Bundan əlavə, cütlük San-Fransisko məhəllələrinin inkişafı layihələrinə də investisiya qoymuşlar. Əksər hallarda layihələri məhz Betti tapır və araşdırır, sonra onları əri ilə müzakirə edir və onlar birlikdə nəyin maliyyələşdirilməli olduğuna qərar verirdilər. 

Prisçilla Çan

Присцилла Чан

Xeyriyyəçiliyin əsas istiqamətləri: elm, təhsil, cinayət məhkəmə icraatı.

5 il ərzində bağışlanmış ümumi məbləğ: $1 mlrd.

Əmlakı: $81,8 mlrd.

2015-ci ildə əri Mark Zukerberqi Chan Zuckerberg Initiative xeyriyyə təşkilatını   yaratmağa, məhz Prisçilla təhrik etmişdi. O zaman onlar sosial şəbəkədəki səhmlərinin 99%-ni xeyriyyə işlərinə verməyi  qərarlaşdırmışdılar (hərçənd, bağışlanan məbləğin yalnız təxminən 1,2%-i bu məqsədə yönəldilmişdi). Artıq 2017-ci il üçün bağışlanmış ümumi məbləğ milyard dolları keçirdi. Təşkilat təhsilə, tibbi layihələrə və əhalinin həssas təbəqəsindən insanlara, ilk növbədə qanunla problemi olanlara yardım üçün pul ayırırdı. Fond həm də mənzil əldə etmək imkanlarını artırmağa çalışır və miqrasiya islahatlarını dəstəkləyirdi. Chan Zuckerberg Initiative əməkdaşlarının sözlərinə görə, fondun təşkilat işi ilə daimi əsasda Çanın özü məşğul olur. Prisçilla isə hər bir şagirdə kursu öz tempində mənimsəməyə imkan verən fərdi təhsil proqramını həyata keçirən East Palo Alto məktəbinə rəhbərlik edir.

Lora Arnold

Лора Арнольд

Xeyriyyəçi milyarder zövcələri

Xeyriyyəçiliyin əsas istiqamətləri: təhsil, cinayət məhkəmə icraatı, səhiyyə.

5 il ərzində bağışlanmış ümumi məbləğ: $1,2 mlrd

Əmlakı: $3,3 mlrd

Lora Arnold əri, hedc-fondun keçmiş müdiri Con Arnoldun pullarını düzgün yönləndirir. O, siması olduğu The Laura and John Arnold Foundation fondu apardığı araşdırmalar və hüquq müdafiəsi fəaliyyətinin köməyi ilə məhkəmə hakimiyyəti, səhiyyə və təhsil sahələrini dərindən öyrənir və inkişaf etdirməyə çalışır. Lora təşkilatın saytında fondun yardım etdiyi insanlarla və ekspertlərlə ünsiyyət qurduğu podkastinqi (verilişi) aparır, həmçinin ugurlu işlər barəsində danışır. Fondun nailiyyətlərinə məlumatların analizi vasitəsilə təqsirləndirilən şəxsin girov müqabilində sərbəst buraxılmasının məqsədəuyğun olub – olmadığını məhkəmə rəsmilərinə müəyyən etməyə imkan verən ictimai təhlükəsizliyin qiymətləndirilməsi metodu da daxildir. Bu vasitə artıq Arizona, Kentukki, Nyu-Cersi və Yuta ştatlarında da geniş istifadə olunur.

Barbara Dalio

Барбара Далио

Xeyriyyəçiliyin əsas istiqamətləri: təhsil, ekologiya, səhiyyə.

5 il ərzində bağışlanmış ümumi məbləğ: $576 milyon.

Əmlakı: $18,7 mlrd.

Barbara Bridgewater Associates investiya şirkətinin maliyyəçisi və təsisçisi olan əri Rey Dalio ilə birgə Dalio Philanthropies fondunu yaradıblar. Fondun fəaliyyəti çərçivəsində onlar okean tədqiqatlarına sponsorluq edir və psixi saglamlıq və rifahları üçün dəstəyə ehtiyacı olanlara yardım edirlər. Dalio Philanthropies təşkilatının fəaliyyətinin əsas istiqaməti — dövlət məktəblərində təhsilin inkişafıdır. Bu layihələrə Barbara cavabdehdir: o, strategiya üzərində işləyir, məktəbləri ziyarət edir, şagirdlərlə söhbət edir və mühazirələr keçirir. 

Kari Tuna

Кари Туна

Xeyriyyəçiliyin əsas istiqamətləri: səhiyyə, elm, cinayət məhkəmə icraatı.

5 il ərzində bağışlanmış ümumi məbləğ: $705 mln.

Əmlakı: $13,5 mlrd.

The Wall Street jurnalının keçmiş jurnalisti Facebook sosial şəbəkəsinin həmtəsisçisi Dastin Moskovitsə ərə getmiş və birlikdə onlar iki fondun əsasını qoymuşlar: Good Ventures və Open Philanthropy. Bu təşkilatlar əsasən səhiyyəyə, elmə və cinayət məhkəmə icraatı sahəsindəki islahatlara həsr olunmuş layihələrə pul ayırırdılar. Beləliklə, ailə 2014–cü ildən 2018–ci ilədək 125 milyon dolları malyariyaya qarşı mübarizə ilə məşgul olan QKT-yə, 63 mln. dolları — heyvandarlıq təsərrüfatının inkişafı üçün fermalara, 55 mln. dolları — inkişaf etmiş süni intellekt risklərini araşdıran elmi müəssisələrə və 50 mln. dolları isə — məhkəmə sistemindəki islahatların inkişafına bağışlamışdır. Open Philanthropy fondunda inkişaf strategiyasına və vəsaitlərin yönəldiləcəyi layihələrin seçilməsinə, məhz Tuna cavabdehlik daşıyır. O həm də Good Ventures üçün perspektiv layihələrin seçilməsində iştirak edir.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa