Təlimlər

Xanımların çoxdan gözlədiyi “WoWoman in ME”- 2 proqramına seçim başladı

Əziz xanımlar və cənablar,

Qarşılayın, ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə bizim artıq ən böyük və uğurlu tədbirimizi – “WoWoman in ME”  2nd Edition.
WoWoman xanımların ən çılğın, mümkünsüz görünən xəyallarının gerçəkləşməsi üçün yol göstərən, istiqamət verən platformadır.

WoWoman in Me

Xanımlara gündəlik həyatları və peşəkar karyeralarına sahibkarsayağı yanaşma tərzi ilə proaktiv lider olmağı öyrənməkdə lazım olan güvən, mühit və real imkanları təmin etmək üçün təşkil olunmuş xüsusi proqramdır.

📌Proqram nədən ibarətdir?

10 sessiya

📌Hər sessiya həftəsonları (Şənbə günləri 18:00-21:00, Bazar günləri 11:00-14:00) 3 saatlıq müddətə nəzərdə tutulur (dəqiq tarix aşağıda qeyd olunmuşdur)

25 mentor

📌Aparıcı yerli peşəkarlar 3 aylıq fərdi mentorluq müddətində məqsədlərinizə çatmaqda yardım etmək üçün öz zaman və enerjilərini sizlərə həsr edəcəklər

3 ay fərdi mentorluq

📌Fərdi proqram sonrası mentorluq fəaliyyətiniz və sizə gərəkən dəstəyi müzakirə etmək üçün mentorunuzla şəxsən və ya onlayn şəkildə görüş daxildir

1 möhtəşəm bağlanış konfransı

📌Noyabr ayının əvvəli qabaqcıl yerli və beynəlxalq spikerlərin iştirakı ilə 300 nəfər qonaqdan ibarət möhtəşəm bağlanış konfransı baş tutacaq.

Sizləri nələr gözləyir?

İnteraktiv sessiyalar💡

Klassik məktəbsayağı mühazirələr gözləməyin, daima hərəkətdə olacaq, öz daxilinizə qərq olacaq və hər addımınızda böyüyəcəksiniz

Tapşırıq və öhdəliklər

Hər sessiya sonrası bir həftə boyunca yerinə yetirilməsi gərəkən fərdi və ya komanda tapşırıqları və öhdəliklər veriləcəkdir

Əyləncə və yeni mühit

Həmfikirlərinizlə tanış olacaq, qabaqcıl yerli peşəkarlar tərəfindən mentor olunacaq və rəqs dərsləri və digər fəaliyyətlər daxil olmaqla bolluca əylənəcəksiniz.

Bu 5 həftəlik intensiv proqramdır. Daha yaxşı nəticələr əldə etmək üçün bütün dərslərdə iştirakınız tələb olunur.

Xəyal qur

Modul 1: 22 – 23 Sentyabr

Cəhd et

Modul 2: 29 – 30 Sentyabr

İnkişaf et

Modul 3: 6 – 7 Octyabr

Əhatəni genişləndir

Modul 4: 13 -14 Octyabr

İlhamlan

Modul 5: 20 – 21 Octyabr

İŞTİRAK HAQQI

Tərəfdaşlarmızın dəstəyi sayəsində bu möhtəşəm proqram sizlər üçün ÖDƏNİŞSİZDİR

📌Proqram kimlər üçündür?

  • Tələbələr və/və ya peşəkar karyeralarının erkən pillələrində olanlar
  • İngilis-dili səviyyəsi ən azı Intermediate olanlar
  • Öyrənmək, inkişaf etmək və təcrübələrini paylaşmağa hazır olanlar

Seçilmiş Azərbaycanın bölgələrindən 10 xanım üçün Bakıya yol xərci ödəniləcəkdir! Tətbiq et, öyrən və cəmiyyətimizə təsir yaradın.

❗TƏLƏBLƏR

📌10 dərsin hər birində, bağlanış konfransında və 3 aylıq mentorluqda, iştirakınız vacibdir.

📌Eyni zamanda həftə ərzində verilən qrup və ya fərdi tapşırıqları yerinə yetirmək lazımdır.

📌Qeydiyyat formu 13 Avqusta-dək açıqdır.

İştirakçıları qeydiyyat ərəfəsində seçəciyik, bu o deməkdir ki, nə qədər tez bir vaxta qeydiyyatdan keçsəz, bir o qədər şansınız artacaqdır. Nəticələr 13 avqustdan sonra açıqlanacaq.

Qeydiyyat linki : http://wowoman.org/wowomaninme2

Hər hansısa bir sualınız olsa bu nömrə ilə əlaqə saxlaya bilərsiniz : Gultan Asgarli +994 70 708 22 68

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa