Biznes ledi

Xəyalınızdakı kimi network qurmaq üçün 7 ipucu

Şəbəkəmizi genişləndirmək, təməl olaraq  başqalarıyla qarşılıqlı münasibətdə olmağı tələb edir amma əsas məsələ başqalarının fikirlərini nəzərə alaraq, ona uyğun  davranmaqdır.
Necə ən yaxşı network yaratmaq haqqında çoxlu yazılar var.  Ancaq onlar əsasən bir neçə nəfərin fikrinə əsasən yazılmışdır.

Ötən illərdə, bu sahədəki təməl faktorları araşdırmaq üçün dünyada 3400 yüksək vəzifədə çalışan insanlar arasında sorğu aparıldı. Sorğu iştirakçıları əsasən 30-59 yaş aralığında idi.Onlara Network yaratmaq ücün    20 önəmli faktordan ibarət siyahı verildi.Bunlar arasında ən önəmli olanlar işarələnməli idi. Sorğu nəticələrinə görə 7 önəmli faktoru sizinlə paylaşırıq:

1. Mükəmməl bir dinləyici  olduğunuzu qarşınızdakı insana hiss etdirmək

Siyahıda ən önəmli faktor kimi mükəmməl bir dinləyici olmaq qeyd olunub. Network yaratmaq movzusundakı ən böyük müvəffəqiyyət  nə qədər yaxşı bir dinləyici olmağımıza bağlıdır. Çünki bu eyni zamanda, qurduğumuz münasibətlərə verdiyimiz dəyərin göstəricisidir. Unutmayın, bir insanı dinləmədən onun nəyə ehtiyacı olduğunu bilmək olmaz və eyni zamanda kömək də edə bilmərik.


2. Gülərək pozitiv bir profil yaratmaq

İnsanların  sizdə önəm verdiyi digər bir xüsusiyyət də, baş verənlərə göstərdiyiniz reaksiyadır. Neqativ  davranışlı insanlar öz əhatələrində o qədər də sevilmirlər. Məhz buna görə pozitiv insanlarla  hər kəs münasibət qurmağa çalışır və bu sizi bir adam önə çəkir.


3. İş birliyi qura bilmək üçün uyumlu xarakterə sahib olmaq lazımdı

Nəticələrə əsasən ətrafındakı insanlarla iş birliyi qura bilən insanlar, daha asan Network yarada bilir. İş birliyi, başqalarına kömək etmək, faydalı bir mövzu paylaşmaq ola bilər. Bu mövzuda özünüzü təkmilləşdirmək, qarşınızdakı insana güvənərək münasibət qurmağa yol açar.

4. Sağlam münasibət üçün səmimiyyətə  inanmaq

Yaxşı dinləyici, pozitiv və yardımsevər bir insan ola bilərsiniz.Ancaq səmimiyyət yoxdursa,  uğurlu olma ehtimalınız azdı. Uğurlu bir Network olmaq üçün özünüz olmalısınız. Çünki sünilik bir yerə qədərdir.

5. İzləyici ve qətiyyətli olduğunuzu hiss etdirmək

Yeni bir fürsət xüsusi bir sözləşmə ya da bir iş tövsiyəsi… Mövzudan asılı olmayaraq sizi izləməyən biri üçün verdiyiniz məsləhətlər, bir müddətdən sonra sizə sıxıcı gələ bilər. Bir çoxları “Sərvət izləyicidədir” deyə düşünür. Bir çox şeyləri izləyərək, yeni insanlar tanıyıb, öz xəyallarınızı gerçəkləşdirə bilərsiniz.

6. Dürüstlüyünüzü qorumaq

Sorğuda iştirak edən bir iş adamı “İnsan nə qədər uğurlu olsa da, ona güvənməsəm, birlikdə iş qurmaram” deyə fikrini qeyd edib. Çünki insan güvənmədiyi birini yanına buraxmaz.

7. Qarşınızdakının rahat olmağı üçün səmimi davranmaq

Dediklərimiz və etdiklərimiz yaddan çıxa bilər amma həmin an qarşımızdakı insana hiss etdirdiklərimiz əsla unudulmaz. İnsanlara səmimi və olduğunuz kimi davransanız, onlar da özünü rahat hiss edər və beləliklə münasibətlər qurulmağa başlayar. Unutmayın, uğurlu network her zaman səmimiyyətdən yaranar.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa