Gözəllik

“Xəstəliyimə görə məni lağa qoyurdular”- Winnie Harlow

Çətinliklərə baxmayaraq uğur qazanan Winnie Harlowun hekayəsi

Vitiligo nadir görülən, müalicəsi çox çətin olan dəri xəstəliklərindəndir. Aparılan araşdırmalara görə, hazırda 65 milyon insan bu xəstəlikdən əziyyət çəkir.

Əsl adı Chantelle Brown-Young olan, 25 yaşlı Winnie də bu xəstəlikdən əziyyət çəkən insanlardandır.

Winnie Harlow bu xəstəlikdən əziyyət çəkən ilk və tək model olub, lakin bu addımı ilə o, çoxlarına ümid oldu.  

Bu xanımın hekayəsi bir çoxları üçün örnək olaraq həyatlarına istiqamət vermişdir.

Belə ki, məhz bu xəstəlik səbəbindən Winnie kiçikliyindən bəri hər zaman lağa qoyulub:

“Həmişə insanlar məni lağa qoyub təhqir edirdilər. Zebra, inək və digər heyvan adları ilə mənə səslənirdilər. Məhz bu sözlər səbəbilə özümü öldürmək belə istədim”.

Modelin anası Lisa isə qızı barədə bu sözləri söyləyib:

“Winnie şirin, gözəl, cana yaxın bir gəncdir. Belə mənfi sözləri eşitdiyim zaman isə Allaha mənə yol göstərməsi üçün dua edərdim”.

Nəticədə Lisanın duaları qəbul oldu.

Ailənin qismətində Kanadadan Kaliforniyaya daşınmaq varmış. Bununla yanaşı artıq xəstəliyi barədə Winnie yeni qərarlar verməyə hazır idi. Belə ki, xəstəliyinin artıq həyatına bu qədər mənfi təsir etməyəcəyinə söz vermişdi. Bununla mübarizə yerinə xəstəliyini qəbullanmağa başlamışdı. Nəticədə isə neqativ enerjilərdən qismən də olsa xilas olmuş oldu.

Model, qərarlarının nəticəsində həyatında ciddi dəyişikliklərin olduğunu və digər insanların da xanımın gözəlliyinin fərqinə varmağa başladıqlarını vurğulamışdı. Qarşısına çıxan şanslardan biri isə məhz Amerikanın modeli olmaq üçün keçirilən yarış olub.

Image result for Chantelle Brown-Young

“Amerikanın yeni modeli olmaq istədim, çünki həyatım boyunca bunun xəyalını qurdum. Bütün maneələrə, qüsurlara baxmayaraq xəyallarımın arxasınca qaça biləcəyimi sübut etmək istədim”,-deyə Winnie söyləyib.

Bu ərəfədə isə valideynləri qızlarını dəstəkləyirdilər.

Anası, qızının işi barədə qürur duyduğunu bildirir:

“Bu gözəl lütf üçün Allaha şükr edirəm. Qızımın bu sıxıntılardan qurtulması və özünə güvəninin artmasına görə çox sevinirəm”.

Winnie modellikdən qalan əlavə zamanlarında bu xəstəlikdən əziyyət çəkənlər üçün sözçülük edirdi.

Winnie məhz bu xəstəlik səbəbiylə lağa qoyulan qadınların ilham qaynağı oldu. 

Model, həyatında hər şeyin yolunda getdiyini və bunun əsas səbəbinin originallıq olduğunu bildirir:

“Özümü sevirəm və bu sayədə bütün fürsətlər ayağıma gəlməyə başladı. Hər şey üçün Allaha şükr edirəm. Özünüzü sevməyi sınayın”.

Qeyd edək ki, vitiligo, müalicəsi olmayan və dünyada 1 faiz görülən, maddələr mübadiləsinin yanlış fəaliyyətindən qaynaqlanan narahatçılıqdır. Eyni xəstəlikdən vaxtilə pop müğənnisi Maykl Jakson da əziyyət çəkib.

Related image

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa