Qarderob

Victoria Beckham – 20 göz qamaşdıran rəng uyumu

Rəng-ahəngi kraliçası geyim üzərində müxtəlif rəng çalarlarını uzlaşdırmaq üzrə əsl ustadır.

Victoria Beckham –  eyni bir obrazda həm çalar, həm də tempratur baxımından ən zidd rəng tonlarının ahəngini yaratmaq üzrə mahir sənətkardır. Onu əbəs yerə “colorblock” kraliçası adlandırmırlar, stilistlər iddia edir ki, britaniyalı tərz ikonasının çıxışları əsasında  rəng ahəngləri üzrə dərslik hazırlamaq belə mümkündür. Bu uyumlar daim trenddə olacaq və tam hədəfə düşəcək. Bu gün Victoria məşhur futbolçunun həyat yoldaşı, dörd uşaq anası və dumanlı Albionun ən istedadlı dizaynerlərindən biridir – o, yeni başlayan streetstile (küçətərzi) ulduzları, bloqqer və dəb-influencerləri üçün əsl izlənməli rol modelidir.

Victorianın sirri çox sadədir

O, heç zaman özünə xəyanət etmir, eksperimentlərdən qorxmur və ona nəyin yaraşdığını çox dəqiq bilir. Geyimdə parlaq rənglərə üstünlük verdikdə, xanım  Beckham geyimin kəsimində klassik tərzə və lakonikliyə meyl edir. Onun sevimliləri sırasında palazzo stilində şalvarlar, dəbdəbəli ipək köynəklər, əyinə dar oturən donlar, trençlər, müxtəlif rəngli qayıqşəkilli başmaqlar və iri klatçlar yer alır.

Bütün bunların əhəngi ona təkrarsız və füsunkar görkəm bəxş edir.

1. Mavi köykək + qırmızı şalvar

2. Beyj bleyzer + mavi şalvar + al qırmızı klatç

3. Zefiri-çəhrayı libas və mavi qayıqşəkilli başmaqlar

4. Kirşan rəngli köynək + sərt boz kostyum

5. Nud palto + zolaqlı köynək + kəhrəba şalvar

6. Açıq sarı ətək + tünd göy vodalazka

7. Leopard printli don + mavi klatç və səma mavisi ayaqqabılar

8. Açıq bənövşəyi dama-dama don və marsal (bordo qırmızı ilə qəhvəyinin tonu) rəngi çanta

9. Çəhrayı zolaqlı ağ don və sarı başmaqlar

10. Qara şalvar və palto + beyj köynək, qırmızı ayaqqabı və zümrüd rəngində sırğalar

11. Nanə rəngi ətək, ağ köynək + lavanda rəngli başmaq

12.  Qamaşdırıcı göy şalvar + mərcan köynək

13. Xaki vodolazka + qara dəri ətək + bordo uzunboğaz çəkmə

14.  Ağ şalvar və köynək + qara palto + qırmızı klatç

15. İlan dərisi printli köynək + qırmızı şalvar

16. Qara cins və kahı (açıq yaşıl) bot

17. Darçın rəngi don və xaki çanta

18. Lavanda rəngi dəst və nanə rəngi çəkmə

19. Beyj sviter + qara ətək + bordo çanta + kəhrəba rəngi çəkmə

20. Qırmızı şalvar + al qırmızı klatç + rəngli zolaqlı qısa köynək

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa