Qarderob

Uzun boyunbağıları tərzinizə necə uyğunlaşdırmalısınız?

Uzun boyunbağılar əsla dəbdən düşməzlər və onları hər cür mövsümi qarderoba uyğunlaşdırmaq olur. Uzun boyunbağı darıxdırıcı bir sviterə və ya sadə bir libasa əsl parıltı gətirə bilər. Əslində, sizin zahiri obrazınıza naxış qatmaq üçün ən yaxşı tövsiyələrdən biridir!

How to wear long necklaces gualtier chanel

İlham almaq üçün trendləri diktə edən dizayn evlərinə nəzər sala bilərsiniz. Gördüyünüz təqdimatlar “Jean Paul Gaultier” və “Chanel”ə aiddir

Uzun boyunbağılar hər cür materialda və uzunluqda ola bilər. Əsasən sinənin mərkəzinə doğru uzanan bu boyunbağılar daha cəlbedici olur və qarşı tərəfin diqqətini özünə çəkir. Belə boyunbağıları xüsusi gecələr və ziyafətlər üçün seçmək olar. Eyni zamanda onlar ağ köynəklər və cins şalvarlar ilə də gözəl kombin yarada bilər. Uzun boyunbağılardan ciddi iş geyimlərinə azacıq xəfiflik qatmaq üçün də istifadə edə bilərsiniz. Xanımın sinəsi üstündə özünə yer edən zərif və uzun boyunbağı hər zaman həyəcanverici təsir göstərə bilər.

Longnecklacesfashion

Uzun mirvari boyunbağılar isə ötən əsrin 20-30-cu illərində moda ikonası Koko Şanel tərəfindən dəbə gətirildi və bu gün də öz aktuallıqlarını qoruyurlar. Müasir boyunbağılar hər növ mirvarilərdən və fərqli uzunluqlarda hazırlanır. Şanel bu gün də bir çox tərz sahiblərini ruhlandırmaqda davam edir. Tərz və dəblə ayaqlaşmağı öyrənmək mümkündür, amma bəzi insanların fitri istedada sahib olması danılmazdır.

howtowearlongnecklaces fashion style

Günümüzdə uzun boyunbağılar İbiza və ya festival adlanan tərzdə istifadə olunur, onları bohem və xippi libasları ilə uyğunlaşdırmaq mümkündür. Göründüyü kimi Koko Şanel tərzindən xeyli uzaqdır, daha yüngül, oynaq və şəndir. Yarpaq formasından, qəpiklərdən tutmuş, boyunbağını daşıyan insanın ovqatından və maraqlarından xəbər verən simvollara qədər, həmçinin müxtəlif təbii daşlardan daha çox istifadə olunur. Əksər hallarda bahalı materiallardan istifadə olunmur. Azadlıq və yeni dəbi əks etdirir. Müxtəlif ölçülərin, formaların və rənglərin qarışığı istifadə olunur.

Howtowearlongnecklacespearlsmikimotoseizes

Uzun boyunbağılar istənilən geyim forması ilə uyğunlaşdırıla bilər. Əminəm ki, internetdə müxtəlif yaxalı liblaslar – V şəkilli, oval, yarımdairə, dərin V, ürəkşəkilli, boğazlı köynəklər, sviterlər və s – hansı uzunluqda boyunbağı taxılmasına dair çoxsaylı təlimatlar var. Amma müasir dəb bütün qaydaları pozmağın və sərbəstliyin tərəfdarıdır. Yəni siz yoxlamalı, görməli və uzlaşdımağı bacarmalısınız. Aşağıdakı nümunədə olduğu kimi

longnecklacescelebritystyle

Rachel Zoe, Ashlee Simpson, Cheryl Cole, Heidi Klum, Anne Hathaway və Sarah Jessica Parker, hər biri uzun boyunbağı ilə bir tərz sahibidir

Fotolardan da gördüyünüz kimi boyunbağıları ən fərqli şəkildə kombin etmək olur.

Longnecklaceshowtowear

 

Uzun boyunbağılar – Daha çox kombin

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa