Biznes ledi

Uğurlu iş qadını olmağın sınanılmış 11 yolu

Məşhur iş qadını Anne Sweeneydən uğur qazanmaq istəyən gənc qadınlara tövsiyələr:

Uğurun anlamını özünüz üçün müəyyən edin və yaşamaqdan qürur duyduğunuz 1 həyat inşa edin

 

Uğurlu qadınlar sahib olduqları uğuru bir gündə qazanmayıblar. Onlara bəzi vərdişləri, hədəflərinə çatmaqda çox böyük kömək olub. Siz də öz həyatınızda bu nəticəni əldə etmək istəyirsinizsə uğurlu qadınların bu vərdişlərindən faydalana bilərsiniz.

1) Özlərini inkişaf etdirirlər

Uğurlu  qadınlar biliyin real güc olduğunu bilirlər. Onlar maliyyə, iş, satış, istehsal kimi sahələrlə bağlı məlumat əldə etmək üçün ayrıca vaxt ayırırlar. Boş zamanlarını öyrənərək keçirirlər.

2) Qarşılarına məqsəd qoyurlar və bu məqsədə çatmaq üçün əllərindən gələni edirlər

Uğurlu qadınlar, hədəflərinin böyük və ya kiçik olmağından asılı olmayaraq əllərindən gələni edirlər. Müəyyən bir hədəfin olmağı qadın həyatı üçün önəmlidir. Çünki bu  onlara  istiqamət verir  və məsuliyyət hiss etdirir. Bu hiss bir qadının uğurunun təməlində olan motivasiyadır.

3) Planlı şəkildə yaşayarlar

Uzunmüddətli müvəffəqiyyətlərin bir çoxu nizam-intizamlı olmaqdan keçir. Planlı olmaq və vaxtın düzgün idarə edilməsi qadınlar üçün çox önəmlidir.

4) Güclü bir dəstəyə sahibdirlər

Ən güclü qadınlar belə bəzən özünü boğulmuş hiss edə bilər. Məsuliyyətli olmaq və işlərdə balansı qorumaq heç də asan deyil. İnsan psixologiyasına mənfi təsir göstərərək  stress yaşada bilər. Uğurlu qadınlar, onlara dəyər verən və bu stressi aradan qaldırmaqda onlara kömək olan ailə üzvlərinə və dostlarına çox bağlıdırlar. Çünk onlar ən güclü dəstəklərindən biridir.

5) Şəxsi rutinleri var

Uğurlu qadınların gün ərzində işləyəcəyi və özünə ayıracağı vaxt bəllidir. Onlar idman, alış-veriş və ya hobbilərinə ayıracaqları vaxtı çox yaxşı nizamlayırlar. Bu gündəlik və həftəlik rutinlər hədəflərinizə sadiq qalmağınıza kömək olacaq.

6) Özlərinə meydan oxuyurlar

Uğursuzluqlar uğurlu qadınları məqsədlərindən uzaqlaşdırmaz. Çünki uğursuzluqlar, onlar üçün uğura gedən yolun bir hissəsidir. Onlar etdikləri səhvlərlə təcrübə  topladıqlarını düşünürlər. Uğursuzluqları bir qorxu kimi deyil fürsət kimi görürlər. Ona görə hər fürsətdə özlərinə meydan oxuyurlar.

7) Özlərinə vaxt ayırırlar

Uğurlu qadınlar gündəlik həyatlarında da özlərinə vaxt ayırırlar. Bura yoqa, yağlı boya, meditasiya və s. kimi fərqli sahələr də daxil ola bilər. Bu fəaliyyətlərlə təkbaşına məşğul olmağınız sizin üçün daha səmərəli olar.

8) Tez-tez yeniliklər təcrübədən keçirərlər

Dəyişikliklərin həyatın duzu-bibəri olduğunu çox yaxşı bilən qadınlar, monotonluqdan çıxmaq və həyatı rəngarəng yaşamaq istəyirlər. Bu kiçik dəyişikliklər onlara yeni nəfəs və ruh verir. Siz də nahar üçün fərqli bir yerə getmək və ya evə alternativ bir yoldan qayıtmaq kimi çox bəsit dəyişikliklər ile başlaya bilərsiniz.

9) Özlərini başqaları ilə müqayisə etməzlər

Uğurlu qadınlar başqa qadınları rəqib olaraq görmək yerinə onları potensial dost və iş ortaqları olaraq görürlər. Başqa qadınlar haqqında müsbət düşünməyə çalışırlar.

10) İnsanların ilham qaynağı olurlar

Uğurlu qadınlar uğura gedən yolda başqalarının köməyinə ehtiyacları olacaqlarını bilirlər. Buna görə də yardım əlini mümkün olduqca başqalarına da uzadırlar. Çünkü eyni insanlar başqa bir gün yaxşılıqla qayıda bilərlər.  Uğurlu qadınlar bunun bir hissəsi olmaqdan məmnun olarlar.

11) Lider ruhludurlar

İnsan lider ruhlu doğulmur. Onlar hər dəfə daha çox məsuliyyətli olmağa çalışırlar ve bu onları lider ruhlu edən  en önəmli faktorlardan biridir.

Uğurlu qadınlar sahib olduqları bu adətlər ilə ortaq bir vizyon yaradır . Bu vizyonu daha yaxından tanımaq və bir parçası olmaq üçün önəmli bir fürsətdir!

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa