Motivasiya

Uğur qazanmağın 8 qızıl qaydası

“Müvəffəqiyyət davranış deyil, vərdişdir”

Bu sözlər qədim yunan filosofu Aristotelə məxsusdur. Xarici psixoloqlara görə, uğurun özünün gəlməyini gözləməkdənsə, bəzi hərəkətləri vərdiş halına gətirərək müvəffəqiyyət qazanmaq mümkündür.

Bəs uğura müvəffəq olmaq üçün hansı hərəkətlər vərdiş halına gətirilməlidir?

Həmin vacib məqamları təqdim edirik:

1. Hədəflərinizi gözünüzdə canlandırın (vizuallaşdırın) – Uşaqlıqdan hər kəs dayanmadan nələrisə xəyal edər və bunlar barədə düşünər. Ancaq yaş artdıqca xəyal gücü zəifləyər. 

Psixoloqlar isə xəyal etməyi gündəlik vərdiş halına gətirməyi tövsiyə edirlər. Bu davranış formasının atılan addımlar zamanı da effektli olacağı qeyd edilir.

Hədəflərinizin ağlınızda canlandımağın doğru və ya yanlış bir yolu yoxdur. Sadəcə hər axşam və səhər gözlərinizi bağlayıb həyatınızın necə olacağını və özünüzü xəyal edin. Bu hərəkət sizə hədəfinizin gerçəkləşməsinə sizi inandıracaq və özünüzə olan inamı artıraraq inkişaf etdirəcək.

ugur qazanmağın 8 qızıl qaydası

Hədəflərinizi gözünüzdə canlandırın (vizuallaşdırın)

2. Yaddaşınızı yeniləyin – Hər kəsin yadında saxladığı köhnə qalıqlar vardır. Hər hadisə baş verəndə isə yaşadıqlarınızı yenidən xatırlayırsınız. Bu isə görüşə getdiyiniz zaman özünüzə olan güvənin azalmasına səbəb olacaq. Bu da istənilməyən nəticə ilə sonlanacaq.

Bunun üçün ilk olaraq əvvəl yaşadıqlarınızın sizə yol açdığı maneələri düşünün. Beyninizdəkiləri yeniləyin və bunu vərdiş halına gətirin. Hər mövzuda özünüzə inanın və necə yaxşı ola biləcəyinizə güvənin.

3. Gündə 5 dəqiqə ayıraraq ideallarınızı kağıza tökün Xəyallarınızı gerçəkləşdirməyinizin daha başqa üsulları mövcuddur. Bunlardan biri gündə 5 dəqiqə oturaraq bu idealları bir kağıza yazmaqdır. Məsələn, aylıq nə qədər pul yığaraq istədiyinizin almağın mümkün ola biləcəyini qeyd edin.

4.Gedəcəyiniz görüşlərə 15 dəqiqə öncədən gedin – Bunu özünüzə qanun kimi qəbul edin və gedəcəyiniz yerə gecikməyin. Hansısa iş görüşünə gecikən adam məqsədlərinə gecikmiş olar. Həmçinin erkən getmək həmin yerə adaptasiya olmağınızda sizə kömək edəcək.

5. Rədd edildiyinizdə belə passiv olmayın – Hər kəs “Bəli” cavabını eşitmək üçün can atar. Ancaq sizi mükəmməl edəcək hərəkət aldığınız “xeyr” cavabı ilə mübarizə apara bilməkdir. Rədd edilmək bir çoxları üçün qorxunc vəziyyət olsa da bununla mübarizə etmək şərtdir. Bu da müvəffəqiyyətinizin qarşısını alar.

6. Diqqətinizi dağıdan hər şeyi nəzərinizdən qaldırınDiqqət dağıdıcı ünsürlər olduğu müddətcə diqqətinizi işlərinizə verməyiniz qeyri-mümkün olur. Bütün gün ərzində nələr etdiyinizi bir dəftərə yazın. Bir neçə gün sonra bütün yazılarınızı başdan sona qədər analiz edin. Lazımsız işləri siyahınızdan silin. Bununla da kariyeranızda irəlliləmə görəcəksiniz.

Flat Lay Photography of Person Holding Cookie and Pen Near Hello Board

İş masasında səliqə fikirlərinizdəki səlislikdən xəbər verir

Uğur, gündəlik yaşayış içərisində etməyi sevdiyiniz şeylərdən yaranır. Uğurlu ola bilmək üçün nə sevdiyinizi və özünüzdə necə bir insan olduğunuzu bilməyiniz gərəklidir. Həyatda səbrli olaraq özünə güvənmək vacibdir. Hədəflərinizi gerçəkləşdirmək üçün qorxularınızla üzləşməlisiniz. Əsas problem isə özünüzə güvənmədiyiniz zaman başlayar.

7. Özünüzə həssaslığı inkişaf etdirinEmma Seppalaya görə, insanın özünə bir dostuna göstərdiyi kimi münasibət bəsləməsi, şüurlu və kübar davranması insana məhsuldarlıq, çeviklik və yaxşılıq qazandırır. Böyük uğurlar və yaxşılıqlar əldə etmə istəyirsinizsə, zehninizi də bu vəziyyətə hazırlamağınız lazımdır. 

8. İşinizi maksimum dərəcədə aydın şəkildə həyata keçirməyə çalışınHər hansı bir işə başlamazdan əvvəl layihənizin sonda nə ilə nəticələnəciyini təxmin etməyə çalışın. Sadəcə iş xətrinə işləmək əvəzinə özünüzü peşəkarlaşdırmağa çalışın. Bu üsul bir çox hallarda mövcud nöqsanlardan xilas olmağa kömək edəcək. 

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa