Motivasiya

Uğur nədir? Necə uğur qazanmaq olar?

Uğur nədir?

  • Çox lüks bir villada yaşamaqdır?
  • Hər kəsin sizi tanımasıdır?
  • Şəxsi təyyarəyə sahib olmaqdır?
  • Hamının qibtə ilə baxdığı lüks bir avtomobillə səyahət etməkdir?
  • Məşhur olmaqdır?
  • Çox varlı olmaqdır?
  • Çox sayda fanatların olmasıdır?
  • Arzu etdiyiniz universitetdən məzun olmaqdır?
  • Yaxşı maaşı olan işdə çalışmaqdır?
  • Öz işini qurmaqdır?
  • Yuxarıda qeyd edilənlərdən ən az üçünü əldə etməkdir?
  • Və ya hamısını?
  • Yoxsa heç biri?

Çox az insan öz həyatlarında uğur qazanmağın nə olduğu haqda fikirləşir. Amma hamımız uğur qazanmaq istəyirik. Uğur qazanmaq, onu hiss etmək və uğurlu bir həyat yaşamaq istəyirik. Amma əsl “uğur nədir?” deyə heç fikirləşmədən, daima pul, şöhrət, var-dövlət, iqtidar, təhsil, münasibətlər və bir sıra minlərlə şeyin arxasınca düşürük. 

Özümüzə bizim üçün “Uğur nədir?” sualını verməsək səhv istiqamətdə yol ala və başqasının uğur dediyi şeyin arxasında getmiş ola bilərik. Yanlış zirvəni fəth etdikdə isə “Bu, mənim arzu etdiyim yer deyildi!” deyə bilərik. Bununla isə biz arxasınca qaçdığınız hədəflərin əslində yanlış olduğunu görmək üçün həyatımızı boşuna sərf etmiş olarıq. 

Əsl uğur qazanmış insanlar, özləri üçün zirvəyə qalxmağın nə anlama gəldiyini qəti bir şəkildə müəyyən edənlərdir. Əgər onların yolundan getmək istəyiriksə, onda biz də zirvənin bizim üçün nədən ibarət olduğunu tam şəkildə dərk etməliyik.

Nə uğur deyil?

 

Uğurun nə olduğunu müəyyən etməmişdən əvvəl nəyin uğur olmadığını yaxşı başa düşmək lazımdır. Əksər insanlar uğuru varlı olmaq, mükəmməl münasibətə sahib olmaq, milyard dollarlıq iş qurmaq və ya sosial şəbəkələrdə çox sayda izləyənlərin olmasında görür.

Bir çoxlarının uğur dediklərində ağıllarına ilk olaraq məşhur insanlar gəlir. Məşhur insanlarda bir problem yoxdur, problem onlar kimi olmağın sizə uğur gətirəcəyini düşünməkdədir.  

Uşaqlıq və gənclik dövrlərində valideynlərimiz, müəllimlərimiz və dostlarımızdan uğur haqqında müxtəlif düşüncələr öyrənirik. Hamı bizim necə biri olmalı olduğumuz haqqında fikrə sahibdir. Başqalarının düşüncələrinə hörmət etməli olsaq da, bunu öz düşüncələrimiz kimi qəbul etməyə borclu deyilik. Heç kim özünün uğur haqqında olan düşüncələrini təkidlə bizə diqtə etməyə ixtiyarı yoxdur.

Uğurun yaxşı bir iş və ya yaxşı bir sosial statusun olması ilə ölçmək və bunu əldə etdikdə uğur qazanmış olacağımızı düşünmək asandır. Uğur anlayışımızı bir və ya iki uğurla dəyərləndirmiş olsaq, sonunda məyus ola bilərik. Bununla yanaşı, unutmaq lazım deyil ki, ən böyük uğurlar ən böyük uğursuzluqlardan doğar. 

 

Uğur nədir?

Başqalarının istəklərinə əsasən deyil, öz istəklərimizə əsasən hədəfimizi müəyyən etməliyik.

Bəzi insanlar başqa insanlara yardım etməyin onları xoşbəxt etdiyini görərlər və bu səbəblə də, onlar üçün uğur başqalarına həsr olunan bir həyat kimi görünə bilər. Bəziləri bir iş qurmağın və ya bir məhsul istehsal etməyin onları xoşbəxt etdiyini görər. Bəziləri təkliyi, bəziləri isə mütəmadi aktivliyi, fəaliyyəti üstün tutarlar.

Sadə olsa da, həqiqət budur: məni xoşbəxt edən şeyin, başqasını xoşbəxt etməməsi və ya əksinə olması çox normal və təbii bir haldır. Məsələn, mənim uğur anlayışım, çox ehtimal ki, sizinkinə oxşamır və bu da təbiidir. 

Özümüz üçün uğur anlayışına aydınlıq gətirmiş olmasaq və başqasının yolundan getməyə çalışsaq, sonda məyus olar və özümüzü uğursuz biri hiss edərik.

Uğura gedən yolda özümüzə ilk verməli olduğunuz sual budur: “Məni nə xoşbəxt edər?”

Bununla yanaşı, uğurlu olduğunuz sahələri bir çox tərəfdən başa düşmək də əhəmiyyətlidir. Belə ki, müəyyən bir hədəfə çatana qədər uğursuz olduğumuzu düşünsək, heç xoşbəxt ola da bilmərik. Uğurla əldə etdiyimiz hər şeyi tanımaq və qəbul etməliyik. 

Uğur həm bir məqsəd, həm də bir səfərdir. Hər bir məhək daşı, hər bir çatdığımız hədəf bir uğur simvoludur. Amma əldə etdiklərimizlə kifayətlənməyib, daha yaxşılarını istəyirik. 

Bizi xoşbəxt edəcək hədəflərimiz üçün bir üçün bir plan hazırlamalıyıq. Uğura gedən yol, böyük və qəti addımlar atmağı tələb edir. 

“Bəs yolumuzu necə tapmalıyıq?”

“Həqiqətən uğur qazanmaq üçün hansı addımları atmalıyıq?”

Bu suala cavab tapmaq üçün bir sıra sualları cavablandırmalıyıq:

  • Həyatım boyu nə etmək istəyirəm?
  • Kim olmaq istəyirəm?
  • Mənim üçün həqiqətən önəmli olan nədir?
  • Necə bir yaşayış tərzinin olması arzusundayam?
  • Məni ehtirasla alovlandıran şeylər nələrdir?
  • Öləndən sonra insanların mənim haqqında nə söyləməsini istəyirəm?

Bu sualların cavabları aydın olmalıdır. “Mənim üçün əsas önəmli şey xoşbəxt olmaqdır” kimi qeyri-müəyyən və ümumi cavablardan çəkinmək lazımdır. Açıq şəkildə görmürsünüzsə, bunun nə olduğunu, ne etdiyinizi və ya haraya getdiyinizi həqiqətən bilməyəcəksiniz. Bu, həm də uğur anlayışımız üçün də keçərlidir. 

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa