Mənim hekayəm

Özünü olduğu kimi sevməyi öyrənən Lizziedən həyat dərsi

Dünyadakı kimsəyə bənzəməyən yaşayışları ilə fərqlənən, buna baxmayaraq  həyatda böyük uğurlar qazanmış insanlar hər zaman başqalarına örnək olurlar. Bu yazıda sizə Lizzienin həm duyğulandrıcı həm də ilham verici uğur hekayəsindən bəhs edəcəyik. 

Uğur hekayəsi ilə yanaşı Lizzie, “dünyanın ən çirkin qadını” olaraq adlandırılmağı ilə də mübarizə aparırdı.

Lizzie Valasquez dünyada ondan başqa 2 insanda daha mövcud olan bir xəstəliklə dünyaya gəlib. Lizzie çəki ala bilmirdi və 28 kq-dan artmırdı. Lizzie bu barədə 3 kitab müəllifidir və hazırda dünyanın ən çox rəğbət qazanan motivasiya sözçülərindən biridir.

Texas şəhərində yaşayan Lizzie Velasquez, vücudunda yağ hüceyrəsi olmadan doğulub. Bu səbəbdən vücudu yağ toplamır və Lizzie əsla çəki ala bilmirdi. 26 yaşında və doğuşdan sahib olduğu nadir görülən xəstəlik səbəbindən məhz 28 kq ağırlığında idi.

Məktəbdən bəri isə heç bir çəki qazana bilmirdi. Həmçinin 20 dəqiqədə bir yediyi yeməklərə, şokoladlara, cipslərə baxmayaraq 4 yaşında olarkən sağ gözündə korluq meydana gəlmişdi. Bu müddətdə ən böyük dəstəkçisi isə ailəsi olub.

Lizzieden həyat dərsi

Bütün çətinliklərə baxmayaraq əsla həyatdan bezməyib və əl çəkməyib. Şən bir şəkildə isə gülərək, “Tək gözümün kor olması sayəsində görmək istəmədiyim insanların sol tərəfində duraraq onları görməyə bilər, kiçik olmağım sayəsində də fitnes salonunun reklamında oynaya bilərəm (baxın bu salonda çalışdım və indi bu haldayam…) deyirdi. 

Doğulduğu zaman həkimlər Lizzienin əsla danışmayacağını, yeriyə bilməyəcəyini söyləmişdilər. Amma ailəsi qızları üçün çalışmaqdan əl çəkməmişdi.

Lizzie uşaqlığından yeniyetməliyə qədər insanların onu xaric etməsinə məruz qalmışdı. Bir gün isə youtube-da “Dünyanın ən çirkin qadını” videosunda özünü görüb.  Ancaq məruz qaldığı sosial təzyiqə baxmayaraq həyatdan küsməyib.

O həyatında əsas vacib olan xüsusiyyətin daxili gözəllik olduğunu anlatmağa çalışıb.

Bu barədə yazdığı ilk kitab isə “Lizzie Velasquezin tarixçəsi” olub.

Ardından isə “Gözəl ol, özün ol” adlı kitabı nəşr etdirib. 

2015-ci ildə isə Lizzienin həyatından bəhs edən verilişə çəkilərək qonaq olub.

Lizzie bu barədə çalışmalarını hələ də davam etdirir.

Velasquez has published a memoir detailing her childhood and breakdown, Dare to be Kind.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa