Biznes ledi

Tereza Mey: “Topuqlu ayaqqabılarda daha yaxşı düşünürəm”

Böyük Britaniya parlamentinin sədri Tereza Meyden 25 sitat

Böyük Britaniya parlamentinin sədri Tereza Mey (Theresa May) tərəfindən söylənmiş 25 sitat, Britaniyanı Avropa ittifaqının tərkibindən çıxartmaq məhz onun zərif çiyinlərinə düşüb.

Tereza Mey – Dəmir Ledidən (Marqaret Tetçer) sonra, Britaniyanın baş naziri postunda yer alan ikinci qadındır. O, vəzifələrinin icrasına 2016-ci ildə, Devid Kemeronun istefasından sonra başlayıb, istefanın səbəbi isə Böyük Britaniya vətəndaşlarının Aİ-dən çıxması ilə bağlı səsvermə idi. Dünyanın ən nüfuzlu və güclü qadınlarından biridir. 

Parlamentə rəhbərlik etməzdən öncə 2010-2015-ci illərdə xanım Mey Daxili İşlər Nazirliyinin sədri olub və The Guardian jurnalının daxili siyasət məsələləri üzə müxbiri Alana Trevisin sözlərinə əsasən “o uğurlu DİN naziri” olub, onun dövründə cinayətkarlıq göstəriciləri aşağı düşüb, baxmayaraq ki, son üç il ərzində o polislərin sayını və onlara ayrılan büdcəni ixtisar edirmiş.

Belə yüksək postda olmasına baxmayaraq, Tereza Mey parlamentə leopard dizaynlı ayaqqabılar, diqqət çəkən bəzək əşyaları və Vivienne Westwood-dan asimmetrik top köynəklər geyinməkdən çəkinmir.

Tereza Meydən 25 sitat

  1. Mən bu telestudiyadan o telestudiyaya yollanmıram. Nahar vaxtı qeybət etmirəm. Parlament barlarında sərxoş olmuram. Mən öz işimlə məşğulam.
  2. Heç kəs üçün sirr deyil ki, mən topuqlu çəkmə geyinməyi sevirəm. Bu nə qadın kimi, nə də siyasətçi kimi haqqımda fikir yürütməyə icazə vermir. Amma qəzetlər başqa cür düşünür. Demək olar ki, mətbuatda hələdə elə bir yazı ya rəy tapılmaz ki, mənim mühafizəkarlar partiyasının konfransına leopard printli çəkmələr geydiyimi yada salmasın.
  3. Seçki qabağı kampaniya zamanı mən 1997-ci ildə çəkilmiş şəklimi görəndə düşündüm: “ Aman Allahım! Doğrudanmı mənim belə saç düzümüm olub? Belə göy kostyumum da? “
  4. Çevik iş qrafiki təkcə uşaqlı xanımlar üçün ideal deyil. Bu pensiyaya hazırlaşanlar üçün də yaxşı variantdır. Həmçinin çevik qrafik sayəsində insanların yaşlı və fiziki məhdudiyyəti olan insanlara kömək etmək imkanı yaranır.
  5. Mənim evimdə heç zaman Deliya Smitin kulinar kitabı (1970-ci ildə ilk dəfə Forbes Woman tərəfindən nəşr olunmuş məşhur kulinar kitab) olmayacaq. Orada hər şeyi xanım Smit elə dəqiqliklə və xırdalıqla göstərib ki, onlara əməl etsən yemək hazırlamaq işi dözülməz bir prosessə çevrilər.

 Tereza Meydən 25 sitat

Tereza Meyden Sitatlar

6. Əgər siz adi zəhmətkeş (fəhlə) ailəsindənsinizsə, onda həyat sizin üçün bir çox siyasətçilərin təsəvvür etdiyindən belə daha çətindir.

7. Mən, İndiana Cons kimi ilanları xoşlamıram. Amma bu iddia belə bir fikrə yol aça bilər: Bəs, onda mənim siyasətdə nə işim var?

8. Yoxsulluq problemini həll etmək – təhsildəki boşluqları aradan qaldırmaq deməkdir, bundan əlavə narkomaniya, qeyri əxlaqi və cəmiyyətə zidd davranış və borclarla bağlı problemlər ilə baş çıxartmaq lazımdır.

9. Topuqlu ayaqqabılarda daha yaxşı düşünürəm.

10. Mənim fəlsəfəmin məğzi belədir: etmək lazımdır, danışmaq yox.

11. Mənim bəxtim çox gətirib. Ərim məni çox dəstəkləyir və bundan əlavə o, öz karyerasını gerçəkləşdirə bildiyi üçün çox xoşbəxtdir.

12. Düşünürəm ki, istər siyasətdə, istərsə də biznesdə olan qadınlar özlərinə olduğu kimi görünmək sərbəstliyi verməlidir. Axı nəyə görə insanları ağıllı və paltar xoşlayan qruplarına bölürük? Nəyə görə biz onları qovuşdurmuruq.

13. Öz ambisiyalarını və şöhrətpərəstliyini təmin etməyə çalışan bir çox siyasətçilər yüksək vəzifələrə can atır. Mənim üçün siyasətdə olmaq səbəbi çox sadədir: Mən yepiskopun qızı və bölük mayorunun nəvəsiyəm. Cəmiyyətə xidmət etmək – mənim üçün ehtiyacdır.

14. Xristianlıq – mənim bir parçamdır. O mənim müxtəlif əşyalara qarşı münasibətimi və onları qavramamı formalaşdıran bir hissədir.

15. Əgər siz kasıb doğulmusunuzsa, orta hesabla digələrindən 10 il daha tez öləcəksiniz. Əgər siz qaradərilinizsə, onda cinayət –ədalət sistemi sizə qarşı daha sərt davranacaq, nəinki siz ağ dərili olanda. Əgər siz fəhlə sinfindən olan ağ oğlansınızsa, onda sizin universitetə düşmək üçün azmaz şansınız var.

16. Əgər siz özəl deyil, dövlət məktəbində oxuyursunuzsa, onda TOP peşələrə yiyələnməyə çox az ümid edə bilərsiniz. Əgər siz qadınsınızsa, siz yenə də kişilərdən daha az qazanırsınız.

Tereza Meyden Sitatlar

17. Avropa İttifaqını tərk edərək, biz özümüz üçün dünyada yeni daha cəsur və pozitiv rol yaradırıq. Biz Britaniyanı sadəcə nüfuzlu azlıqlar üçün deyil, bizim hər birimiz üçün işləyən bir ölkəyə çevirəcəyik.

18. Mənim təqdimat nitqim olduqca sadədir. Mən Tereza Meyem və mən düşünürəm ki, mən bu ölkənin baş naziri postuna ən yaxşı namizədəm.

19. İndi siyasətçilər olduqca mürəkkəb xarakterli qadınlarla iş görmək məcburiyyətində qalacaq.

20. Mən kitab-sevər uşaq idim. Məktəbə getməyi və çox oxumağı sevirdim.

21. Evin tək uşağı idim, qardaş və bacım, oynaya biləcəyim heç kəs yox idi. Əlbəttə mənim dostlarım var idi, amma mən çox vaxt tək dolaşmalı və bir çox işin öhdəsindən təkbaşına gəlməli olurdum.

22. Mən istəyirəm ki, Britaniya nəhəng ticarət ölkəsi olsun, həm evdə, həm də beynəlxalq arenada güclü olsun.

23. Düşünürəm ki, yalnız bir Marqaret Tetçer ola bilər. Mən rol modellərini izləyən insanlardan deyiləm. Mən sadəcə öz işimi yaxşı görməyə çalışıram.

24. Filip (ərim) mənə çiçəklər hədiyyə edir və bu çox xoşdur. Bundan əlavə o xırda şeylərə qarşı diqqətlidir. Mən işləyəndə gözlənilmədən mənə bir fincan çay gətirə bilər

25. Mən öz şəxsi həyatımı şəxsi olaraq, saxlamaq istəyirəm. Bizim uşaqlarımız olmadı. Ümid edirəm ki, buna görə heç kəs düşünmür ki, mən insanların dərdinə şərik ola, anlaya və onların qeydinə qala bilmirəm.

Tereza Mey: “Topuqlu ayaqqabılarda daha yaxşı düşünürəm”
1 Şərh

1 Comment

  1. Pingback: Dünyanı idarə edən qadınlar: Ən güclü 23 qadın diplomat və lider - 1Lady.az

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa