Motivasiya

Subaylığın üstünlüyünü göstərən 10 HƏQİQƏT

Subay olmağın üstünlükləri: Subaylıq Sultanlıqdırmı?

Evlənməyən insanlar daha çox uğur əldə edirlər

Aparılan araşdırmalara görə, insanlar subay vaxtı özlərini daha çox xoşbəxt hiss edirlər, nəinki evləndikdən sonra. Bu vəziyyət isə ağıla bir sualı gətirir. Niyə? 

Evlənməmiş insanlar evlilərə görə daha fərqli təcrübələrə sahibdirlər. Bu səbəbdən professor Kislev heç evlənməmiş, evli və evlənib boşanmış insanların həyatlarını araşdırıb.

Həmin araşdırmanın nəticələrini sizə təqdim edirik:

1) Subay insanlar evli insanlara nisbətən daha təhsillidir.

30-dan çox ölkədən əldə edilən nəticələrə əsasən evli insanlar elmə və təhsilə daha az zaman sərf edirlər:

Subaylar – 13 il

Boşananlar – 12,5 il

Evlilər – 12,2 il

2) Subay insanlar daha çox sosiallaşır.

Aparılan araşdırmaların nəticələrinə görə, heç evlənməmiş insanlar daha çox sosialdırlar. Hətta boşanmış insanlar belə evlilərdən daha çox sosialdır.

3) Yalnız insanların daha sağlam yemək vərdişləri vardır.

Professor Kislevin açıqlamalarına görə, meyvə və tərəvəzləri subay insanlar daha çox yeyir. Tənha insanlar öz rejimlərinə daha yaxşı diqqət edir, sevmədiyi yeməkləri paylaşmaq məcburiyyətində qalmırlar. 

4) Subay insanlar qərarlarını daha sərbəst formada verirlər

Evli insanların 25 faizi sərbəst olmağın daha vacib olduğunu vurğulayıb. Evli olmayan insanlar arasında bu göstərici 29 faizdir. 

5) Müvəffəqiyyət əldə etmək subay insanlar üçün olduqca vacibdir.

Aparılan sorğuda subay insanlar “Əgər evlənsəydik, əldə etdiyimiz uğura nail ola bilməzdik” fikirlərini söyləyiblər. 

Kislev evlənməmiş insanların digərləri ilə müqayisədə daha uğurlu olduğunu dilə gətirib. Həmçinin həmin insanlar iş həyatına daha diqqətlə yanaşırlar.

6) Subaylar sosial fəaliyyətlərdən daha çox zövq alır və xoşbəxt olurlar.

Bütün insanlar üçün sosial həyata bağlılıq xoşbəxtliklə əlaqəlidir. Dostları ilə gəzintiyə çıxa bilən və istədiyi kimi işlər görə bilən insanlar digər insanlara görə daha xoşbəxtdirlər.

7) Subay insanların düşüncə tərzi müasir zamanın tələbləri ilə daha asan ayaqlaşır

Dünya miqyasında da günümüzün dəyərləri daha çox materialist və fərd yönümlü istiqamətdə inkişaf edir. İnsanlar getdikcə müstəqillik, yaradıcılıq, əyləncə və yeni şeylər sınamağı daha çox dəyərli görürlər.  Bu dəyişiklik isə bəziləri üçün narahatlıq doğurur. Müstəqillik, əyləncə, yeni şeyləri sinamaq isə evlilərə o qədər də xas deyil, onlar stabilliyə daha çox önəm verir.

8) Subaylar etdikləri işdən çox məmnun olurlar.

Aparılan araşdırmalara görə, evli insanlarla müqayisədə subaylar, gördükləri işlərə daha çox zaman ayırıb incəliklə görürlər. Həmçinin onlar əhəmiyyətli və sevdikləri işlə məşğul olmağa daha meyilli olurlar. İşdən məmnuniyyət hissi subaylarda yüksəkdir. 

9) Subay insanlar təklikdə də xoşbəxtdir, özləri özlərinə bəs edirlər. 

Tək ikən xoşbəxt olmağı bacarmayan münasibətdə olduğu zaman da xoşbəxt olmayacaq. Subay insanlar öz vəziyyətlərindən, görünüşlərindən daha məmnundurlar, özləri ilə barışıqdırlar. Ona görə də neqativ hisslərə daha az qapılırlar.

10) Subay insanlar üçün özünü dəyərli və uğurlu hiss etmək vacib nüansdır.

Evli insanlarla müqayisədə subaylar öz duyğularıyla daha çox hərəkət edir və bu onlara daha çox xoşbəxtlik gətirir.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa