Kino

Sizi motivasiya edəcək 7 xarici film – MÜTLƏQ İZLƏYİN

Film janrlarını adətən fərqli emosional hallarla və ya fərqli insanlarla assosiyasiya edirik. Siz də komediya, qorxu, romantika və ya aksiyon kimi fərqli janrları sevə bilərsiniz. Ancaq bu kateqoriyalardan heç birinə aid edə bilmədiyimiz filmlər də vardır. Belə ki, bu filmlər sizi güldürməz, ya da qorxutmaz. Olduqca pozitiv məqamları ilə sizi sadəcə motivasiya edər, həyat eşqinizi artırar.

Biz də bugünkü məqaləmizdə sizlər üçün həmin filmlərdən ibarət bir siyahı hazırlamışıq. Buyurun, tanış olun…

  1. The World’s Fastest Indian (2006) – IMDb: 7,8 (Ən sürətli Indian)

Gənclik xəyallarının yox olmasına izn verməyən bir adam… Anthony Hopkins, gerçək bir hekayə ilə qarşımızda, dünya rekordçusu olan velosiped yarışçısı Burt Munro rolunda. Həyatı boyunca klassik Hind motosikletlərini mükəmməlləşdirməyə çalışan Burt, dünyanın bir ucundan Amerikanın Yuta ştatında yerləşən Bonnevill duz göllərinə motosikletini sınaqdan keçirmək üçün yola çıxır. Qarşılaşdığı bütün çətinliklərə baxmayaraq, yeni sürət rekordunun sahibi olur. 1967 – ci ildə Munro tərəfindən qırılmış dünya rekordunu hələ keçə bilən olmayıb və əfsanə olaraq günümüzə qədər gəlib çatıb.

  1. The Straight Story (1999) – IMDb: 8,0 (Adi hekayə)

Qeyri-adi bir David Lynch filmi. Alvin Straight və kiçik qızı bir qəsəbədə yaşayır. Çox az pulları var və Alvin şəkər xəstəsidir. Avtomobil idarə edə bilmir, tək başına gəzə bilmir, ancaq sözə qulaq asmayan və inadcıl insandır. Bir telefon zəngi ilə 10 ildir görmədiyi qardaşının infarkt keçirdiyini öyrənir. Bundan sonra Alvin macərasına başlayır, həm də ot biçən maşın ilə… Kilometrlərlə yol, yeni insanlar, 6 həftəlik bir macəra…

  1. Coach Carter (2005) – IMDb: 7,3 (Məşqçi Karter)

Əvvəllər uğurlu basketbol oyunçusu olan Ken Karter, məzun olduğu Richmond Məktəbindən gələn təklifi qəbul edir.

Məşqçi Karter oyunçularının matçı qazanması ilə yanaşı, dərslərində də müvəffəqiyyət qazanmalarını istəyir. Bu səbəbdən də bütün oyunçularını qiymətlərini yüksəldəcəklərinə, sinifdə ön sıralarda oturacaqlarına və bütün dərslərə qatılacaqlarına dair müqavilə imzalamağa məcbur edir. Komanda yeni sezona çox uğurlu başlanğıc edir və hər şey yolunda getməkdədir. Ta ki, oyunçuların akademik göstəriciləri məlum olanadək…

  1. Gifted Hands: The Ben Carson Story (2009) – IMDb: 7,8 ( Bacarıqlı Əllər: Ben Karson Hekayəsi)

Filmdə bir uşağın həyatını xilas etməyə çalışan cərrahın uğur və itki ilə bağlı fikirləri əks olunur. Ümidin hələ də ölmədiyi tək yerdən bəhs edilir.

  1. One Chance (2013) – IMDb: 6,8 (Bir şans)

Film, Amerikanın məşhur yarışmalarından birinə qatılan Paul Potts – un uğur hekayəsindən bəhs edir.

  1. Goal! (2005) – IMDb: 6,7 (Qol!)

Futbol sevgisi ilə yaşayan bir gəncin drammatik həyatından bəhs edən film haqqında baş rolun ifaçısı Kuno Becker belə deyir:

“Futbolu sevmirsinizsə belə, bu filmi çox bəyənəcəksiniz. Çünki universal duyğuları əks etdirən hekayəsi var.”

  1. Begin Again (2013) – IMDb: 7,3 (Yenidən başlamaq)

Nyu Yorkda böyük bir musiqi şirkətinin qurucusu olan, ancaq uğurlu günləri geridə qalmış, üstəlik də ailəsi ilə problemlər yaşayan prodüser Dan Mulligan (Mark Ruffalo) şirkətdəki işindən də uzaqlaşdırılmışdır. Əhval-ruhiyyəsi olmadan getdiyi bir məkanda öz bəstələdiyi bir mahnını oxuyan İngilis Gretta James – in (Keira Knightley) ifasından olduqca təsirlənir və birlikdə bir albom çıxartmağı təklif edir. Ancaq səs yazma üçün studio tapa bilməyən cütlük, onlarla birlikdə olan bacarıqlı musiqiçilərlə birlikdə Nyu Yorkun bir çox açıq hava altında olan məkanlarında mahnılarını yazdırmağa başlayacaq və aralarında güclü bir bağlılıq yaranacaqdır.

Tamara Mustafayeva

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa