Şəxsi İnkişaf

Sizə  zərər verən inadınızdan 30 gündə azad olun

Həyatda bir şeyi  çox arzulamaq və onun ardınca getmək heç də pis bir şey deyil.Əksinə, öz arzularına, xəyallarına çatmaq üçün əziyyət çəkmək ən doğru yoldu.Ancaq bu əzminiz getdikcə inada çevrilərsə  sizin əleyhinizə olar.Arzuladığınız 1 şeye nail olmaq istədiyinizdə inadınız sizin yanlış qərarlar verməyinizə səbəb ola bilər.Bu səbəbdən də ilk növbədə inadınıza son qoymalısınız.

İnadınızdan nəcə əl çəkəcəyinizi  bilmirsinizsə, gündəlik həyatınızda edəcəyiniz kiçik dəyişikliklərlə bu problemdən azad ola bilərsiz.Bunun üçün sizə sadəcə  30 gün lazımdı. Bir şeyi başa çatdırmaq və ya ondan imtina etmək üçün az bir zaman olduğunu düşünməyin.Mütəxəssislərə görə öyrəşmə müddəti 21 gündür.

Hazırsınızsa başlayaq:

1. Hədəf taxtasına yazacaq hədəflərinizi dəqiq şəkildə müəyyənləşdirin.

Flat Lay Photography of Cup Filled With Coffee
Konkret nəticələr əldə etmək üçün hədəf seçməlisiniz. Gəlin birlikdə zəif cəhətlərinizə  nəzər salaq. Məsələn, maddi tərəfdən gündəlik həyatınızda balans yarada bilmirsiniz və ay sonunda vəziyyət daha da çox çətinləşir. Bir hədəf müəyyənləşdirin. Ona çatmaq üçün özünüzə vaxt və saat təyin edin. Lakin  bu müddət bir aydan az olmamalıdı .Bu mövzuda özünüzü güzəştə getməyin. Bununla bağlı hədəfinizi bir kağıza yazın və hər gün görə biləcəyiniz bir yerə  qoyun. Konkret bir hədəfinizin  olmağı sizə daha da kömək olacaq.

 2. Bu yolda sizə stimul verən 5 cümlə seçin

Yalnız passiv və hərəkətsiz qaldığınızda  inadınız sizdə neqativ hisslər yarada bilər. Sizi ən yaxşı tanıyan insan yenə də sizsiniz. Çünki hansı halda hərəkətə keçəcəyinizi, nə hiss etdiyinizi ən yaxşı siz bilirsiz. Pozitiv olsanız, ruhunuz da canlanar. Bu cəhətdən sizi motivasiya edən 5 cümlə yazın. Hansı ki bu yolda etmək istədiklərinizin və  xəyallarınızın göstəricisidir. Bizdən nümumə olaraq sizə 5 cümlə:

1. “Dünyanı hərəkətə keçirəcək insan ilk öncə özü hərəkətə keçsin.”  (Sokrat)

2.  “Həyata keçirilməyən fikirlərin heç bir dəyəri yoxdur.” (Hellen Keller) 

3. “Şans qapını döymürsə, bəlkə də qapı yoxdur. Bir qapı inşa edin.” (Milton Berle)

4. “Çox az şeyə sahib olmağınızın səbəbi, daha az iş görməyinizdir. (Samuel Smiles)

5. “Gözəl bir başlanğıc, işin yarısı deməkdir.” (Aristotel)

3) Sizi hədəflərinizə aparcaq hər şeyi qeyd edin

“Söz gedər, yazı qalar”. Hədəflərinizi yazmaq bu mövzunun üzərində durmağınıza və məsuliyyətli olmağınıza səbəb olacaq. Ən xırda detalı belə qeyd edin. Siyahıda önəmli olanları, sırasına uyğun şəklində yazın. Özünüzə qoyduğunuz vaxta kimi siyahını tamamlamağa çalışlın. Sonra sizə kiçik bir yol xəritəsi lazım olacaq.

Quote Calligraphy Under Cup of Lemon Tea


4) Maneələrin sizi daha da inadkar etməyinə icazə verməyin

Maneələr qarşısında çarəsiz qalmağınız sizi daha da aqressiv edir.Ilk öncə buna munasibətinizi dəyişdirin.Çunki yaşadığınız müddətdə çətinliklər hər zaman olacaq.Özünüzü buna hazırlayın.Hədəflərinizə çatmağa çalışarkən  nə kimi  çətinliklər yaşaya bilərsiniz? Büdcənizi idarə edə bilməməyinizin səbəbi nədi?Bunlardan başlaya bilərsiniz.Etdiyiniz səhvlər sizin daha da ziyana düşməyinizə səbəb olurdu.Bu problemlər bir növ sizin zəif nöqtənizdir.Əgər tez-tez alış-veriş edirsinizsə və ya daha çox çöldə yemək yeyirsinizsə bunları bir qədər azaldın.

5) Özünüzə xəyanət etməyin

Özünüzə etdiyiniz ən böyük haqsızlıq verdiyiniz sözə əməl etməməyinizdir.Unutmayın inadınız sizə ancaq zərər verə bilər. Ondan xilas olmaqla özünüzə yaxşılıq etmiş olacaqsınız. Artıq hərəkətə keçmək üçün bir plan və strategiyanız var. Bu yolda edə biləcəyiniz hər şeyi etdiniz və artıq həyata keçirməyə hazırsınız. Gözəl bir başlanğıc və özgüvəniniz sizə bu yolda stimul verəcək.  Uğurlar!

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa