Biznes ledi

Azərbaycanda xanımlar hakimiyyətdə nə qədər təmsil olunur? Araşdırma

2017-ci ilin fevral ayından Mehriban Əliyeva Azərbaycan Respublikasının vitse prezidentidir. Bu vəzifənin yaranma tarixi elə də qədim deyil. Belə ki, 18 iyul 2016-cı il prezident sərəncamı ilə Azərbaycanın Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycanın Referendum Bəyannaməsi imzalanmış, referendumdan sonra isə sözü gedən vəzifə yaranmışdır. Hazırda xanım Əliyeva Azərbaycanda siyasi güc baxımından qadınlar arasında ən geniş səlahiyyətli vəzifəyə sahibdir. 

Image result for mehriban aliyeva

Mehriban Əliyeva, AR vitse prezidenti

Amma Azərbayanda siyası güclü qadınların sayı bir əl barmağı sayından çox deyil. 

0/19 – Azərbaycanda baş nazir postu daxil olmaqla 19 nazir postu vardır ki, onlardan da heç birinin idarə edilməsi xanımlara etibar olunmayıb. 

1/15 – Nazirlər Kabinetinin tərkibində 15 komitə, xidmət və agentlik yer alıb ki, onlardan da yalnız birinin sədri xanımdır: Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Hicran Kamran qızı Hüseynova

Related image

Hicran Kamran qızı Hüseynova

0/4 – AR Baş Naziri Novruz ismayılovun dörd mavini vardır ki, onlardan da heç biri qadın deyil. 

4/22  Azərbaycan Prezident Administrasiyasında 4 xanım təmsil olunur.

2/9 Azərbaycan Konstitusiya məhkəməsinin 9 üzvü var ki, onlardan ikisi xanımdır, Sona Salmanova sədrin müavini,  Südabə Həsənova isə hakimdir. 2000-2005-ci illərdə o Konstitutsiya Məhkəməsinin sədri olub. 

7/21 Konstitutsiya məhkəməsinin 21 nəfərdən ibarət aparatı fəaliyyət göstərir ki, onlardanda 7-si qadındır. 

21/125  Azərbaycan Milli Məclisinin 125 deputatından 21-i xanımdır. Mehriban Əliyeva həm də Xəzər dairəsindən seçilmiş deputatdır. 

1/4 Milli məclisin 4 nəfərdən ibarət idarə heyətinin sədrinin müavini Bahar Muradovadır. 

Image result for bahar muradova

Bahar Muradova

Maraqlıdır ki, xanım deputatlar ya iqtidarda olan Yeni Azərbaycan partiyasını təmsil edir, ya da bitərəfdir. Müxalif partiyadan olan hər hansı bir xanım parlamentdə təmsil olunmur. Amma ölkədə xanım deputat deyəndə ağıla çox zaman sadəcə bir isim gəlir: Qənirə Paşayeva

Qənirə Paşayeva

1/65 Azərbaycan 9 şəhər və 57 rayon icra hakimlərindən cəmi bir nəfər qadındır: Abşeron rayonunun icra hakimiyyətinin başçısı, İradə Gülməmmədova. 

İradə Gülməmmədova

İradə Gülməmmədova

Bakı şəhəri rayonları içərisində də qadın icra başçısı qadın yoxdur. 

0/9 Mərkəzi Bankın istər idarə heyətində, istər də rəhbərliyində (direktor və müavinləri) xanım mövcud deyil, xanımlar sadəcə departament direktoru səviyyəsində təmsil olunub. 

0/4 Maliyyə Bazarlarına Nəzərət Palatasının idarə heyətində xanım təmsilçi yoxdur.  

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovadır, onun namizədliyi prezident tərəfindən irəli sürülüb və Milli Məclis tərəfindən təsdiqlənib.

Elmira Süleymanova

Elmira Süleymanova

 

Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək, təkliflərinizi mütləq bizə yazın.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa