Dekor

Siçan ilində Yeni il süfrəsinin olar-olmazları

Siçan ilində Yeni il süfrəsini necə hazırlamalı? 

Artıq 2019-cu  ili geridə qoyuruq. 2019-cu il donuz ili idi. Hər il olduğu kimi bəzilərinə düşərli olduğu halda bəzilərimizin 2020-ci ili səbirsizliklə gözləməsinə səbəb oldu. 2019 – Sarı Donuz ili ümumən Dovşan, Pələng və Qoyun illərinə düşərli, Əjdaha, At, Meymun, İt və Xoruz ilində doğulanlar üçün də düşərli sayılacaq kimi keçdi. Öküz, İlan və Siçan illərində anadan olanlar üçün isə çətin günləri vəd edirdi.

Bəs qarşıdan gələn 2020-ci il nə ilidir? Nə kimi hadisələri və sürprizləri gözləyək? Nələr edək ki, onun xoşuna gələk? Bayram süfrəsində hansı qidaları bol-bol edək ki, evimizdən bolluq və xoşbəxtlik əsirgəməsin?

2020-ci il ağ, metal siçan ilidir və uzun illərdəndir, çünki bu il Fevral 29 gün olacaq. Bu fakt isə bir çoxlarını ürküdür. Çünki bu ildə tarazlığın pozulacağını gözləyirlər. Hər il öz simvolunun xarakteristikasını daşıyır. Buradan belə qənaətə gəlmək olar ki, bu il yığımcıl, hərəkətli və zəhmətkeş olmaq tələb olunur. Siçanlar çox yaxşı üzgüçü, dırmaşan heyvanlar olaraq bilinir. 50 sm-ə qədər hündürlüyə sıçraya bilirlər. Bu onların bədənləri ilə müqayisədə çox böyük rəqəmdir. Bu il cəsarətli olmaq, yaxşı düşünülmüş risklərə getmək olar. İl maliyyə baxımından yaxşı olmağı vəd edir, çünki siçan bolluğu, zənginliyi sevir. 

Lakin görünür bu il hamımızda yuxulu əhval ruhiyyəyə rast gəlinə bilər. Axı siçanlar gün ərzində 12 saatdan çox yatırlar. Bundan əlavə siçanlar hər cür şəraitdə yaşaya bilən canlılardırlar. Buradan belə qənaətə gəlmək olar ki, bu il hər kəs olduğu yerə uyğunlaşa və yaşadığı yerlə bütünləşə biləcək. 

Siçanlar ətrafdakı səslərə qarşı çox həssasdır. İnsan qulağının heç vaxt eşidə bilməyəcəyi səsləri belə eşidə bilir və lazım olan anda həmin ərazidən anında qaça bilir. Yəni bu il hər kəs gözdə qulaqda olacaq ☺ 

Dünyanın hər yerində görülən siçanlar insanlar və qidaların çox olduğu yerlərdə məskən salmağa daha çox meyillidirlər. İnsanlar isə onlardan qurtulmaq üçün hər zaman müxtəlif yollara əl atırlar. Bunu etmək üçün ən çox onların yemədiyi qidaları və sevmədiyi qoxuları stifadə edirlər. 

Bəs tarlalara, evlərə, anbarlara dadanaraq insan ların qida məhsullarına ortaq olan, ehtiyyat halında saxlanılan qidaları tükədən, hər çeşit yeri gəmirən və hətta yolxucu xəstəliklərə səbəb olan siçan hansı qidaları sevmir, hansı qoxulardan qaçır?

İlk öncə qeyd edək ki, siçanların orqanizmi səslərə olduğu kimi qoxulara qarşı da bir o qədər həssasdır. Onların bir məkanı tərk etməsinə bir neçə spesifik qoxunun mövcudluğu kifayətdir. Bu qoxuların ən başında mazut, naftalin gəlir. Siçanlar bu iylərin olduğu yerlərdə görülmürlər. 

İkinci bilinməli olan qoxu isə soğan iyidir. Soğan və soğan iyi olan yerlərdən siçanlar həmişə qaçırlar. Bundan əlavə siçan kələmi də sevmir.

Spesifik olan, siçanların uzaq durduğu üçüncü qrup qoxulara isə nanə, reyhan, qərənfil, kəklikotu qoxuları daxildir.

Zənnimcə, bu qeyd olunanlardan daha çox xatırlanmalı olan qoxu isə pişik qoxusudur ☺

Bu Yeni il süfrəsində niyyətimiz heç də siçanı qaçırtmaq deyil.

Bəs siçanlar hansı qoxulara qarşı qoya bilmir? Yeni il süfrəmizdə hansı qidaların olmasına diqqət edək və yerləşdirməyi unutmayaq?

Yeni il süfrəsini bol və zəngin etməkdən çəkinməyin, bu, il sahibəsi olan Siçanların da ürəyincə olacaq, ekzotikadan isə yayının, siçanlar sadə tərkibli yeməkləri sevir. 

Demək olar ki, hər cür qida maddəsini yeyən siçanların da çox sevdikləri qidalar var. Çoxları onların qarşı qoya bilmədikləri qidanın pendir olduğunu düşünsə də, onlar əslində taxıl məhsullarına,  şokolad, qoz və fındığa daha çox düşkündürlər. 

Siçanlar düyünü çox sevir, xoşbəxtlikdən Azərbaycan mətbəxində düyündən ən dadlı plovlar hazırlanır. Yeni il süfrənizdə tərkibində düyü olan təam mütləq olsun. 

Siçanlar həddindən artıq yağlı əti həzm edə bilmirlər, ona görə də bayram süfrəsində yağlı ət və yağlı balıqdan, həmçinin kəskin qoxulu, hisə verilmiş ətlərdən uzaq olmaq məsləhətdir. Toyuq və yağsız ətdən rahatlıqla istifadə edə bilərsiniz. 

A Christmas tail: These are the the adorable images of a pair of rats who are more than happy to pose for the camera this Christmas.

Mütləqdir ki, süfrəmizdə pendir olsun, amma onu seçərkən də qoxusunun tünd olmamasına nəzarət edin. Pendiri doğranmış, kiçik tikələr şəklində süfrəyə verin. 

Siçanlar maye şəklində yeməkləri sevmir, ona görə də bu ilki Yeni il süfrəsində sulu təamlardan – şorbalardan yayına bilərsiniz. 

Həmçinin çox mürəkkəb, qarışıq tərkibli yeməklər, bol ədvalı yeməklərdən yayınmaq lazımdır. Öncə də qeyd etdik, siçanlar kəskin qoxuları xoşlamır.

Təvəzlərdən isə sadəcə kələmdən imtina edin, dovşandan fərqli olaraq siçanlar onu sevmir. Siçan gəmirici olduğu üçün Yeni il süfrəsində dənli bitkilərdən, həmçinin qoz, fındıq, püstə, şabalıd və badam ləpələrindən istifadə edin. 

Siçan ilini ən yaxşı şəkildə qəbul etmək üçün dessert də lazımdır. Tort, peçenye, keks və piroqlar, siçan fiqurlu müxtəlif şirniyyat və pirojnalar hazırlamaq olar. 

Yeməklərə tərtibat verərkən də siçan ilinin elementlərindən istifadə edin, tərəvəz və göyərtiyə bol yer verin. 

Olduqları yerdə taxıl, tərəvəz, meyvə və böcək kimi seçimləri qalmadığı halda heç bir qida dəyəri olmayan sərt məhsulları da qida olaraq istifadə edə bilirlər. Buna ən geniş yayılmış nümunə isə mebel və dəri əşyalarıdır. Bütün bunların olmasını istəmiriksə süfrəmiz bol olmalıdır.

Unutmayaq ki, bu ilki siçan ilinin rəngi ağ, elementi isə metaldır. Odur ki, süfrəmizdə bu rənglərin olmasına və bəzədilməyə xüsusi önəm verək.

Siçan ilində süfrəyə kəskin qoxulu şamlar düzmək olmaz, çünki siçanlar təbii qoxuları sevir və çox tünd iylər onları uzaq sala bilər. Süfrədə göy, yaşıl və gümüşü rəngdə aksessuarlardan istifadə edə bilərsiniz, şamların da rəngləri ağ, qızılı və göy rəngdə ola bilər.

Hər kəsə xoş yeni il diləyi ilə 🙂 

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa