Qoroskop

Siçan ilində bürclər hansı aylara diqqət etməlidir?

Yola saldığımız donuz ilinin uğurlu olmadığı siçan ili ilk öncə siçan ilində doğulanlara (1948, 1960, 1972, 1984, 1996, 2020) düşərli olmaqla yanaşı çoxlarımızın üzünü güldürəcək. 

Siçan bir çox ölkələrdə zənginliyin simvoludur. Bunu nəzərə alsaq, ümumən dünyada sürətlilik, xeyriyyəçilik və yığımcıllıq önəm daşıyacaq. İlin ilk 3 ayında yumşaq və mülayim enerjilər daha çox hiss ediləcək. Aprel-iyun ayları arasında isə ortalıq daha sürətli və bəzən isə daha çətin bir havaya bürünəcək. İyul-sentyabr, xüsusən də iyuldan başlayaraq kəskin dəyişikliklərin olması gözlənilir.

2020-ci ildə Oğlaq və Buğa bürcləri ilin şanslı bürclərindən sayılır. Dolça bürcünün nümayəndələri aprel ayından başlayaraq dəyişikliklərə hazır olmalıdır, Qoç bürcünün təmsilçiləri isə ilin ikinci yarısında, iyul- dekabr ayları arasında daha diqqətli olmalıdırlar.

Qoçlar. Duyğusal həyatlarında dəyişiklik dövrünə girəcəklər və radikal qərarlar ala bilər. Yanvar və noyabr aylarında olacaq ay tutulmalarına diqqət etmələri tövsiyə olunur. Bu, onları sərt təsirlərə məruz qalmaqdan qoruyar. 

Buğalar. Sentyabr və noyabr aylarında Mars planetinin mövqeyinə diqqət etsinlər. Çünki, bu onlara depressiv əhval-ruhiyyə gətirə bilər. Bununla bərabər səyahət və təhsillə əlaqədar vacib hadisələrın baş vermə ehtimalı vardır. 

Əkizlər. Əhval-ruhiyyə və karyera istisna olmaqla ümumilikdə şanslı bir il olacaq. Duyğusal tərəfdən əvvəlki illərlə müqayisədə daha çox çətinliklər gözlənilir. Yanvar və noyabr ayları daha hərəkətli keçəcək. Noyabr ayında ay tutulması onlara sərt dəyişiklik dövrü yaşada bilər.

Xərçənglər. Onları duyğusal, ailə və ev münasibətlərində daha məhsuldar dönəm gözləyir. Lakin hüquqi və qanunlarla əlaqədar işlərinə qarşı daha diqqətli addımlar atmalıdırlar. Yanvar ayındakı ay tutulması onlara çətinliklər yaradarkən, iyun ayındakı günəş tutulması onlara daha xoş və müsbət təsir göstərəcək.

Aslanlar. Yorucu keçən son bir neçə ilin ardından onlar üçün daha rahat və uyumlu bir il olacaq. Ortaqlıq və evlilik kimi mövzularda olacaq dəyişikliklərə müsbət tərəfdən baxmaq onları bir addım önə aparacaq. Sentyabr ayında olacaq təhsil, səyahət yolu ilə tanış olacağı insanları daha diqqətlə nəzərdən keçirməklərində fayda var. May ayı duyğusal baxımdan stressli olarkən iyul ayı onlara daha enerjili hiss etdirəcək.

Qızlar. Qız bürclərinin şəxsi həyatlarında  müsbətə doğru köklü dəyişikliklər olacaq. İş həyatlarında yaranacaq stress və yorğunluqların ğhdəsindən gəlmək üçün istirahətlərinə önəm verməli olacaqlar. May ayında ilk çətin təsirləri hiss edəcəklər. Hadisələrə daha dərinə getmədən baxsalar bu onlar üçün daha yaxşı olacaq. Noyabr ayı isə iş həyatlarında onlara müsbət dəyişiklər gətirir. Ailə həyatlarında isə müsbət dəyişiklikləri dekabr ayından gözləyə bilərlər. 

Tərəzilər. Ailə münasibətləri baxımından 2020 pozitiv bir il olmağı vəd edir. Tərəzilər bir çox məsələlərin öhdəsindən asanlıqla gələcək. Bu ilin iş və ailə arasında balansı qorumaqda fayda var. yanvar və noyabr aylarında daha diqqətli olmaq gərəkəcək. Gələn ilin dekabr ayı tərəzilər üçün müsbət hadisələr ilə yadda qalacaq. 

Əqrəblər. Bu il əqrəblər ilk öncə öz ailələri ilə əlaqədar sınaqdan keçəcəklər. Xüsusi ilə mart və aprel aylarında buna diqqət etməlidirlər. Həm də, aprel ayı evlilik mövzularında da çətinliklər gətirə bilər. Sentyabr və noyabr aylarında isə sağlamlıq baxımından çətin bir mərhələdənkeçə bilərlər. Bütün bunlara rəğmən, səyahət və təhsil baxımından şanslı olacaqlar. 

Oxatanlar. İş həyatı və maddi baxımdan 2020-ci il çox şanslı bir il olacaq. Qazancları artacaq, münasibətlərdə isə bir az çətinliklər ola bilər. Çox ani qərar və hərəkətlərdən uzaq durmaqda fayda var. Oxatan bürcləri bu il may və noyabr aylarında evlilik qərarı alarkən diqqətli olmalıdır. Aprel ayında enerjiləri aşağı düşəcək, xəstəliklərə qarşı isə həssas olacaqlar. Dekabr ayında oxatan bürcündə olacaq günəş tutulması və 2021-ci ilin gəlişi ilə onlar üçün daha uğurlu və bol şanslı bir dövr başlanacaq.

Oğlaqlar. Yupiterin bu bürcə gəlməsi ilə daha şanslı bir dönəmə girirlər. İstədikləri fürsətlər ayaqlarına gələcək. Ancaq bu il maddi cəhətdən dəyişikliklərin gələcəyi bir sonrakı iki ilin başlanğıcı olaraq görülə bilər. Duyğusal cəhətdən aprel ayında çətinliklərə məruz qala bilərlər. Daha çox soyuqqanlı olmaq lazım olacaq. Dekabr ayında daxili dünyaları da daha dayanıqlı olacaq.

Dolçalar. Dolçaların bu il altıncı hissləri daha da güclü olacaq. Bu il Saturn qısa müddətlik onların bürcündə olacaq və onları xırda bir sınaqdan keçirdəcək. May ayında daha sakit bir xarakter sərgiləsələr bu onların xeyrinə olacaq. Gözlənilməyən reaksiyalar ilə qarşılaşa bilərlər. İyun ayından etibarən enerjiləri yüksəlsə də, payız aylarında problemlərin həllində çətinlik çəkəcəklər. Dekabr ayında daha bol nəaliyyətli bir dövrə keçid alacaqlar. 

Balıqlar. Sosial çevrələrinin və dostluqların daha da möhkəmlənməsi üçün çox müsbət bir zaman olacaq. May və noyabr aylarında ailəvi mövzularda və münasibətlərdə bəzi çətinliklər arta bilər. Bu məsələlərdə Balıqlar həssas xarakterlərinin bu qeydinə qalmalı olacaqlar. Dostluq münasibətlərində şanslı bürclərdən olacaqlar. Yanvar ayında şanslarına güvənsələr də tədbiri əldən verməməli və tələskən olmamalıdırlar. İyun ayında isə sevgi münasibıtlərində çox şanslı olacaqlar. İl ərzində aktivlik və dəyişikliklər gözlənilir. 

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa