Münasibətlər

Sevgililər Günündə “Səni Sevirəm” deməyin 5 ən şirin resepti

Sevgililər günündə sevdiyiniz şəxsə verəcəyiniz hədiyyəni öz əllərinizlə hazırlayın.

Sevgililər günü bir-birinə dəyər verən insanlar üçün hər zaman fərqli və özəl bir gün hesab olunur. 14 Fevral dedikdə bir çox insanın ağlına ürək şəkilli şirniyyatlar, tortlar gəlir. 

Niyə də onu əlinizin dadı və qabiliyyəti ilə bir daha özünüzə heyran etməyəsiniz? Sevgi dolu bir şirniyyat ilə həm qəlbini, həm də mədəsini yenidən fəth etmiş olacaqsınız. Ona dadı damağından getməyəcək bir gün bəxş edin. 

Tanınmış qənnadıçı Rəhman Ələkbərov sizlər üçün 5 belə özəl resepti təqdim edir:

İçi sürprizli ürəkşəkilli peçenye

Sevgililer Gününde Seni Seviyorum demenin 5 tatlı tarifi

Ərzaqlar:

  • 2 yumurta
  • 125 qram kərə yağı
  • 1 stəkan pudra şəkəri
  • Yarım su stəkanı qatıq (1/2 stəkan)
  • 2,5 stəkan un
  • 6 xörək qaşığı kakao
  • 1 paket vanilin
  • 1 paket qabartma tozu
  • 1 paket piletka şokolad

Necə hazırlanır?

  • Kərə yağı, şəkər tozu, yumurta və qatığı dərin bir qabda mikserlə çırpın.
  • Un, kakao, vanil, qabartma tozunu isə ayrı qabda qarışdırın.
  • Unlu qarışımı ələyərək duru qarışığa əlavə edin və orta yumşaqlıqda xəmir əldə edənədək yoğurun.
  • Xəmiri bişirmə kağızının arasına qoyaraq oxlovun köməyi ilə incə şəkildə açın və biskvit qəlibi ilə kəsərək 48 parça xəmir əldə edin.
  • Kəsdiyiniz parçalardan 24 ədədinin ortasına şokolad hissəciklərini yerləşdirin. Qalan 24 parça ilə üzərlərini bağlayın və yüngülcə üzərinə basaraq yerləşdirin.
  • Forma verilən peçenyələri 10 dəqiqə soyuducuda gözlədin.
  • Öncədən isidilmiş 180 dərəcə sobada 25 dəqiqə kimi bişirin.

 

Gilas souslu keks

Sevgililer Gününde Seni Seviyorum demenin 5 tatlı tarifi

Ərzaqlar:

İçi üçün:

  • 1 kq süzmə 
  • 5 yumurta
  • 1 paket vanilinku pudinq
  • 150 qram şəkər tozu
  • Yarım stəkan duru yağ

Üzəri üçün:

175 qram un

  • 2 xörək qaşığı kərə yağı (otaq istiliyində gözlədin)
  • 1 yumurta
  • 100 qram şəkər tozu
  • 1 paket qabartma tozu

Gilas sousu üçün:

  • 400 qram gilas
  • 5 xörək qaşığı şəkər tozu
  • 1 xörək qaşığı nişasta

Hazırlanması:

  • Bir kasada un, kərə yağı, yumurta, toz şəkər, qabartma tozunu qarışdıraraq yoğurun.
  • Yoğrulan xəmirin üçdə ikisini oxlov ilə açın və altına bişirmə kağızı yerləşdirdiyiniz keks qabına yerləşdirin.
  • Qalan xəmiri iki hissəyə bölün, iki ədəd incə uzun rulon kimi hazırlayın və mərdanə ilə açaraq keks qabının kənarlarına əlinizlə yüngülcə basaraq yerləşdirin.
  • Çəngəl ilə basdıraraq üzərinə bəzəklər atın və üst resepti hazırlayana qədər soyuducuda gözlədin.
  • Üstü üçün isə bir qabda yumurta, şəkər tozu və duru yağı yaxşıca qarışdırın.
  • Üzərinə bir paket hazır toz vanilini əlavə edib qarışığa yedizdirin.
  • Toz pudinqi yaxşı qarışdırdıqdan sonra süzməni əlavə edin və qarışdırın.
  • Keks qəlibini soyuducudan çıxarın və qarışımı xəmirin üzərinə töküb üzərini düzəldin.
  • Öncədən isidilmiş 170 dərəcə sobada qapağını heç açmadan 1 saat bişirin.
  • 1 saat bişirdikdən sonra sobanı bağlayın və qapağını heç açmadan keksi 10 dəqiqə bu şəkildə gözlədin.
  • Daha sonra soyuducuda 2 saat gözlədin.
  • Bu arada bir sous tavasında gilas və şəkər tozunu, qarışdırın.
  • 2 xörək qaşığı su ilə sulandırılmış nişastanı üzərinə tökün və təkrarən qarışdırın.
  • Qatılaşmağa başladığı zaman altını keçirin və qazın üzərindən alın.
  • Keks soyuduqdan sonra gilas sousunu üzərinə tökün və servis edin.


Qırmızı məxməri tort resepti

Sevgililer Gününde Seni Seviyorum demenin 5 tatlı tarifi

Keks üçün:

  • 2,5 su stəkanı un
  • 1 çimdik duz
  • 125 qr kərə yağı
  • 1,5 stəkanı şəkər tozu
  • 3 ədəd orta boy yumurta
  • 1 paket vanilya və ya 1 şirniyyat qaşığı vanilyalı ekstrekti
  • 1 stəkan süd 
  • 2 xörək qaşığı qırmızı maye qida boyası və ya yarım çay qaşığı toz qida boyası
  • 1 şirniyyat qaşığı qabartma tozu
  • 1 çay qaşığı sirkə
  • 1 çay qaşığı soda

Kremi üçün:

  • 1 qutu qaymaq (200 ml)
  • 1 qutu labne pendir(200 qram) 
  • 1 paket qaymaq
  • 4 xörək qaşığı pudra şəkəri
  • 1 şirniyyat qaşığı vanilin ekstraktı və ya 1 paket toz vanilin
  • 1 qəhvə fincanı qədər süd

Necə hazırlanır?

Kremin hazırlanışı:

  • Qaymağı mikserlə qabaranadək çırpın.
  • 1 dəqiqə sonra südü əlavə edib çırpın.
  • Pendirin suyunu süzün. 10 dəqiqə qədər incə süzgəcdə buraxa bilərsiniz.
  • Pendiri mikserlə çırpın. 
  • Pendirə pudra şəkəri və vanilini əlavə edib qarışdırın.
  • Kremi pendirli qarışıma əlavə edib qarışdırın. Pendirli kremi soyuducuda gözlədin.
  • Biskvit hissəsi hazır olanda istifadə edin.

Tortun hazırlanması:

  • Sobanı 170 dərəcədə isidin. Un, duzu ələkdən keçirin və bir kənarda gözlədin.
  • Südü ilıqlandırın və içinə limon suyu əlavə edin. 15 dəqiqə kimi gözlədin.
  • Biskivit üçün kərə yağını mikser ilə ağaranadək çırpın. İçinə şəkər tozunu əlavə edin və çırpın.
  • Yumurtaları əlavə edin. Hər yumurta əlavə etdiyinizdə qarışdırın. Yumurta qarışdıqdan sonra isə digərini əlavə edin..
  • Vanil və qabartma tozunu qarışıma əlavə edin, qarışanadək çırpın. 
  • Südün içinə qırmızı qida boyasını qarışdırın. 
  • Qırmızı boyalı südü və ələnmiş un qarışımını 3 hissədə keks qarışığına əlavə edin.
  • Süd və unu keks qarışımına əlavə edin.
  • Daha sonra isə sodanın üzərinə sirkəni tökün, qabardığı zaman sürətlə keks qarışımına əlavə edin və taxta qaşıqla xəmir hazırlayın.
  • Biskiviti sobada orta rəfdə, 1 saat ərzində bişirin. Lazım olduqda 5-10 dəq daha çox saxlaya bilərsiniz.
  • Həmin Biskiviti üç bərabər hissəyə ayırın.
  • İlk kəsilən qatı rəndədən keçirib ovxalayın.
  • Pendirli kremin bir hissəsini ilk biskvit qatına yayın, ikinci biskiviti üzərinə yerləşdirib bir hissə kremdən yayın.
  • Üçüncü biskvit qatını yerləşdirin. Qalan kremin 1 stəkan qədərini bəzəmək üçün ayırıb digərini tortun kənarlarına və üzərinə çəkin.
  • Ovxalanan biskivit parçalarını tortun kənarlarına yapışdırın. Tortun ortasına bir ürək qəlib yerləşdirib içinə keks parçalarından doldurun.
  • Qəlibi alınca ortada qırmızı bir ürək yaranacaq.
  • Soyuducuda 3-4 saat qədər gözlədin. Daha sonra servis edə bilərsiniz.

Ürəkli, şokoladlı “love” keksi

Sevgililer Gününde Seni Seviyorum demenin 5 tatlı tarifi

Ərzaqlar:

  • Kərə yağı (110 qram)
  • Tünd şokolad (220 qram)
  • Un (3 xörək qaşığı)
  • Pudra şəkəri (3 xörək qaşığı)
  • 2 yumurta
  • 1 yumurta sarısı
  • vanil

Keks qəliblərini yağlamaq üçün:

  • Kərə yağı (1 xörək qaşığı)
  • Kakao (1 xörək qaşığı)

Necə hazırlanır?

  • Şokoladları kiçik hissəciklərə böldükdən sonra əriməsi üçün qabda qaynayan suyun olduğu qazanın içinə qoyun.
  • Daha sonra içinə kərə yağını da əlavə edin.
  • Kərə yağı da şokoladların içərisində əridikdən sonra yumurtaları və yumurta sarısını qarışıma əlavə edin.
  • Hazırlanan keks tərkibini bir taxta qaşıq köməkliyini ilə qarışdırın və içərisinə sıra ilə pudra şəkərini, unu və vanilyanı əlavə edin.
  • Qəlibi də kərə yağı ilə yağlayın.
  • Yağladıqdan sonra kek qəliblərinin kənarlarına kakao səpin.
    Qarışımı qaba tökün.
  • Öncədən isidilmiş 180 dərəcəlik sobada 12-15 dəqiqə bişirdikdən sonra keksinizi sobadan çıxarın.

Şans peçenye resepti

Sevgililer Gününde Seni Seviyorum demenin 5 tatlı tarifi

Ləvazimatlar:

  • 1 stəkan un
  • 1 stəkan pudra şəkəri
  • 3 yumurta
  • Yarım stəkan əridilmiş kərə yağı
  • Yağlı kağız

Hazırlanışı:

  • Öncə sobanı 180 dərəcə isidin. Soba isinən zaman bir qabın içərisinə yumurta ağını tökün. İstifadə edəcəyiniz qabın dərin olmasına diqqət edin. 
  • Qab içərisindəki yumurta ağlarını yaxşıca çırpın.
  • Daha sonra içərisinə ələnmiş unu və pudra şəkərini əlavə edib qarışdırın.
  • Yaxşıca qarışdıqdan sonra üzərinə kərə yağını əlavə edin.
  • Nuş olsun
Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa