Gözəllik

Sevgililər gününə ürəkləri fəth edən saç modelləri

İlin ən romantik və ən özəl günlərindən biri yaxınlaşır, xanımlar isə bu günə hazırlaşmaq üçün yenə də xoş bir həyəcana qapılıb. Saçlar əslində xanımın ən gözəl aksessuarıdır, elə bir kişi yoxdur ki, xanımın saçına diqqət etməsin, saçın gözəlliyi onu heyrətləndirməsin.

Sevgililər günündə həm gözəlliyiniz, həm də saçlarınız ilə ağılları başdan almaq istəyirsinizsə, bu yazı sizin üçündür.

Saçqıranlardan qurtulun!

Saçlarınızı saçqıranlardan təmizlətdirin, saçların ucunu azca kəsdirin. Bu, həm saçlarınızı daha sağlam göstərəcək, həm də istifadə edəcəyiniz saç modellərinin gözəlliyini daha yaxşı büruzə verməyə imkan verəcək. 

Kırıklardan kurtul

Fərqli aksessuarlara üz tutun!

Əvvəllər xanımlar sadəcə xüsusi günlərdə taclardan aksessuar kimi istifadə edirdi, indi isə fərqli tac modelləri gündəlik həyatımızda sıx-sıx rastlanır. Romantik, təbii daşlarla və ya mirvarilər ilə bəzədilmiş tacları dalğalı saçlar ilə istifadə edə bilərsiniz. 

Yeni aksesuarlar dene

Sevgililər günü üçün ehtiraslı bir ispan xanımı obrazına da müraciət edə, qırmızı və qaranın gözəl ahənginə üz tuta bilərsiniz. Qrmızı çiçəklərdən toxunmuş bir çələng və ya tac saç modelinizə unudulmaz və diqqətçəkici bir görünüş bəxş edəcək. İddialı olmaqdan çəkinməyin.

Bu il incilərin dəbdə olacağını daha öncə də vurğulamışdıq. Saçınızı adi “at quyruğu” modelində yığaraq, fərqli incilərdən istifadə etməklə onu daha gözoxşayan şəklə gətirə bilərsiniz. Su kimi axan, dalğalı saç modelinə zərif bir aksessuarla daha zərif görünüş bəxş edin. Həmçinin ürəkşəkilli metal bir aksessuardan da istifadə edib ürəkləri fəth edə bilərsiniz.

 

Romantik hörüklər

Qışın soyuğundan saçlarınızı qorumaq istəyirsinizsə, hörüklü modellərdən istifadə edin. Düzgün seçilmiş hörük modeli saçınızı qabarıq və elektriklənmiş görünüşdən xilas edəcək. Həmçinin hörüklər sizə daha romantık ab-hava bəxş edəcək. 

Romantik örgüler

Bu il hörüklərdə də ürək fıqurunun işlənməsinə xüsusən diqqət ediləcək, aksessuarlarda olduğu kimi hörüklər də ürəklərdən yayına bilməyəcək. Xüsusən uzun saçları olan xanımlar bu modllərə şans verə bilər, saçları dalğalandırıb, daha sonra bəzi hissələrini ürək formasında hörmək də olar.

Təbii dalğalar

Həm romantik, həm də təbii görünmək istəyənlərin seçimi gözəl və xəfif buruqlardan və ya dalğalardan ibarət, həcmli və zərif saç modelləridir. Bu saç modelini elə özünüz də təbii vasitələrdən və fendən istifadə edərək ev şəraitində hazırlaya bilərsiniz. Saçlarınızı iki hissəyə ayırın və saçın alt tərəfindən başlayaraq xəfif dalğalar yaradın. Onda görünüş daha həcmlı alınacaq. 

Doğal dalgalar

Romantik dalğalardan ilham almaq istəsəniz, saçları daha öncə dalğalandırın, sonra isə bir hissəsini toplayın. Saçların ön tərəfindən hissə-hissə ayırıb, arxa tərəfdən ürək şəklində toplayın. Saçların qalan hissəsinə isə saç köpüyü ilə həcm verin. Bunun sayəsində saçlarınız daha dolğun görünəcək.

 

İmtinaedilməz klassika: dağınıq topuz

Dağınıq topuzlar romantik günlərin ayrılmaz bir elemntinə çevrilib. Bu saç modeli zamanın sınağından hər zaman üzü ağ çıxıb, ən çətin anlarda etibar edə biləcəyiniz saç düzümüdür. Əgər sevdiyiniz şəxs sizi baş-başa şam yeməyinə və ya ziyafətə dəvət edirsə, bu saç düzümünə tərəddüd etmədən müraciət edə bilərsiniz. 

Vazgeçilmez klasik: dağınık topuz

Fərqli topuz, yarım topuz modelləri, həmçinin klassik sadə topuz modellərini də sınamaq mümkündür. Topuzlarda da ürək detalından istifadə mümkündür. Həmçinin aksessuarlar ilə adi topuzlara xüsusi görkəm bəxş etmək olar. Saçların eleqant, dolğun və həcmli göründüyü saç düzümləri ilə könülləri bir daha fəth edə, onu özünüzə yenidən aşiq edə bilərsiniz.

Həmçinin elə bir saç düzümü seçə bilərsiniz ki, iş günü bitənə qədər öz “cool” imicinizdən imtina etmiş olmayasınız. Xəfif toxunuşlar, qara bantlar ilə topuzu həm daha eleqant, həm də daha təmkinli görkəmə salmaq olar.

 

Sevgililər gününə ürəkləri fəth edən saç modelləri
Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa