Münasibətlər

Sevgililər gününə özəl yaradıcı hədiyyə ideyaları

Sevgililər günü yaxınlaşır. Gənclər sevənlər üçün hər günün özəl olduğunu desələr də, bu günü xüsusi qeyd etməyi sevirlər. Bir çoxları tərəf müqabillərini təəccübləndirmək və sürprizlər etmək üçün bu günü xüsusi planlaşdırır.

Hədiyyə mövzusuna gəlincə isə, bu, xüsusi diqqət tələb edir. Çünki insanları, özəlliklə də xanımları artıq təəccübləndirmək heç də asan deyil.

Günün məna yükünü artırmaq üçün bahalı hədiyyələrə qaçmaq əvəzinə sevdiyinizi özəl hiss etdirən hədiyyələrə üstünlük verə bilərsiniz. Bəzən bahalı hədiyyə seçmək asana qaçmaq kimi görünə bilər. Yaradıcı tərəfinizi işə salaraq günü unudulmaz edə bilərsiniz.

Bəs hansı hədiyyələrə üstünlük vermək olar?

Bu gün sizlər üçün bir sıra yaradıcı hədiyyə fikirləri verəcəyik. Əgər sizin də ağlınıza yaradıcı fikirlər gəlibsə, bizimlə bölüşün və sizin ideyanızı da oxucularımızla bölüşək.

Videorolik hazırlayın

Dostunuzun yardımı ilə bir kamera kirayələyib maraqlı videorolik hazırlaya bilərsiniz. Belə ki, paytaxt sakinlərinin daha çox toplaşdığı yerlərə gedərək duyğularınızı müxtəlif sayda insanların dilindən deyə bilərsiniz. İşə bir az da yumor qataraq sevginizi ifadə edən müxtəlif peşələrə aid cümlələr qurub, onu həmin peşə sahiblərinin dilindən təqdim edə bilərsiniz. Sonda isə özünüz görüntüyə daxil olaraq mövzunu tamamlaya bilərsiniz. Və ya tamam fərqli bir konsept üzərindən irəliləyə bilərsiniz. Pankartlar vasitəsilə də videonu hazırlamaq mümkündür. Əsas odur ki, tərəf müqabiliniz onun üçün əziyyət çəkdiyinizi bilsin.

Maraqlı ideya: Dünyanın fərqli yerlərində – San Fransisko, London, Paris, Roma, Nyu-York, Qahirə, Barselona Praqa və ya digər bir şəhərdə olan dostlarınız sevdiyiniz insana qısa bir video ilə sizin təbrik mesajınızı çatdıra bilər.  Yetər ki, fonda videonun hansı şəhərdə çəkildiyi bəlli olsun. Sonra bu videoları montaj etmək və öz təbrikinizi əlavə etmək qalır. Bu isə sevgi dolu bir dünya hədiyyə etməkdir.

Man Holding Camera and Woman Playing Violin

Özəl hiss etdirin

Özəl günlərinizi unutmadığınızı göstərin. Onu ilk gördüyünüz gün, ilk tanışlıq, ilk mesaj, ilk görüş yeri və s. kimi xatirələrinizi əks etdirən albom jurnalı hazırlaya və ora həmin tarixlərdə hansı hisləri keçirdiyinizi qeyd edə bilərsiniz. Səmimi etiraflar hər zaman işə yarayır. Ona bugünkü gündə həyatınızdakı yerini ifadə edin. Həmçinin alboma müxtəlif fotoşəkillərinizi də əlavə edə bilərsiniz.

Maraqlı ideya: “Lovebookonline” vasitəsi ilə sevdiyiniz şəxsə sizin sevgi və ya tanışlıq hekayənizi nəql edəcək özəl sevgi kitabı hədiyyə edə bilərsiniz. Bunu üç addımda etmək mümkündür. Sayta daxil olub, sizə və sevdiyiniz şəxsə bənzər emojilər yaradırsınız. Dərinin rəngini, saçın və bədənin formasını, gözləri, burnu və s. seçmək və dəyişmək olur. Daha sonra kitabınız üçün üz qabığı seçirsiniz, sonra isə hər səhifəni ayrılıqda hazırlayısınız. Kitabın cildindən asılı olaraq, qiymət 46-51 dollar arasında dəyişir. Sevgililər günü, il dönümü, ad günü üçün əvəzsiz hədiyyədir. Onlayn alış-verişləri də Bolkart vasitəsi ilə edə bilərsiniz.

Şəhərin ən gözəl məkanlarından birində romantik şam yeməyi

Yazılanların bir çoxunu yerinə yetirmək üçün az da olsa pul məsrəfi tələb olunacaq. “Onsuz da evdə çox vaxt keçiririk, ən azından özəl günlərdə özümüzü və sevgilimizi sevindirək” deyənlərdənsinizsə, bu tövsiyə məhz sizin üçündür. Fevralın ilk 10 günlüyündə çox xərcləməkdən çəkinməyin. Və yaxşı olar ki, bu xərcləri Bolkartla edəsiniz, çünki 01-10 fevral tarixlərində Bolkartla ən çox alış-veriş edən şəxs 14 fevral tarixinə GATE 25 restoranında 200 AZN dəyərində 2 nəfərlik şam yeməyi qazanacaq. Qeyd edək ki, həmin gün GATE 25 restoranında xüsusi menü və maraqlı canlı musiqi proqramı sizi gözləyir. Əgər Bolkartınız yoxdursa, elə indi sifariş edə bilərsiniz: Sifariş et!

Romantik kitab hədiyyə edin

Kitab kiçik dünyadır. Kitab hədiyyəsi isə məncə, ən önəmli hədiyyələrdən biridir. Tərəf müqabilinizə sevərək oxuduğunuz bir kitabı hədiyyə edərək ona özəl olduğunu hiss etdirə bilərsiniz. Və ya günün özəlliyini daşıyan romantik mövzulu əsər və ya roman seçmək, bəlkə də daha çox yerinə düşər. Hansı kitabı seçəcəyinizdən əmin deyilsinizsə, hazırladığımız siyahı ilə tanış ola bilərsiniz: Bu fevral oxumağı tövsiyə etdiyimiz 4 kitab

Pink Rose Flowers and Book

Sevdiyi sənətçinin konsertinə bilet alın.

Tədbirləri daimi olaraq izləyin. Tərəf müqabilinizin heyranlıq duyduğu ifaçı və ya musiqi qrupunun konsertinə bilet maraqlı hədiyyə ola bilər. Həm onun zövqlərinə önəm verdiyinizi göstərə, həm də maraqlı bir gün keçirməyinizə səbəb ola bilərsiniz.

Group of People in Front of Stage

Romantik iki nəfərlik kino seansı

Əgər birini sevirsinizsə, onun zövqünə bələd olmalı, maraqlarını paylaşmalısınız. Bunu göstərməyin ən yaxşı yolu isə onun zövqünə uyğun bir film tapmaq və romantik bir mühitdə onu film seyrinə dəvət etməkdir. Təbii ki, münasibətlərin formasından asılı olaraq, bu seyri popkorn və alkoqolsuz içkilər ilə tamamlaya bilərsiniz. Niyyətiniz daha ciddi və dərin münasibətlərdirsə, daha iddialı menyu, çərəz çeşidləri, işti şokolad və ya ağ şərabla içiləcək pendir sortları və digər qəlyanaltılar hazırlamaq olar.  14 Fevralın sevilən filmlərindən biri isə Səndən Öncə Mən (Me Before You 2016) filmidir.

Sevgililer Günü'nü romantik geçirmenin en masrafsız yolu!

Romantik məkanlara tur

Tur şirkətlərinin təklif etdiyi romantik məkanlara səyahətlə bağlı kiçik araşdırma aparara bilərsiniz. Səyahət paketi seçərkən tərəf müqabilinizin də sevdiyi məkanları diqqətdə saxlamalı və iş planlarına uyğun olaraq həmin tarixdə sizinlə səyahətə çıxa biləcəyindən əmin olmalısınız. Bu hədiyyə ilə özəlliklə xanımların ürəyini fəth etmək mümkündür. Əgər səyahət paketi almaq üçün yetərincə maddi imkanınız yoxdursa, Bolkart kredit kartının köməyindən istifadə edə bilərsiniz.

White Canopy Tent Near Coastline

Sizin planlaşdırdığınız Sevgililər günü hədiyyələrinizi bizimlə paylaşa bilərsiniz. Biz də həmin ideyalar sayəsində siyahımızı genişləndirə bilərik.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa