Şəxsi İnkişaf

Seçimin çoxluğu bizi seçimsiz qoyur

Geniş seçim imkanının olması iki neqativ aspekt yaradır

1. O, insanı daha çox iflic edir, nəinki azad. Çoxlu variant qarşısında qalan insanlara ümumiyyətlə hər hansı bir qərar qəbul etmək olduqca çətin görünür. Bir çox insanlar mümkün qədər tapşırıqların həllini sabaha təxirə salmağa daha çox üstünlük verir, təki seçim etmək “əzabı” qarşısında qalmasın.

2. Hətta biz iflici aradan qaldırıb, hər hansı bir qərar qəbul etsək də, sonda etdiyimiz qərarın nəticəsindən daha az məmnunluq hissi yaşayırıq, nəinki əlimizdəki variantların sayı məhdud olanda.

Bunun ən azı 2 səbəbi vardır:

1. Məsələn salatlar üçün belə bir böyük ədva seçimi imkanı olanda, əgər siz hər hansı birini alsanız və o, sizə ideal təsir bağışlamasa, siz dəhal təsəvvür etməyə başlayınız ki, əgər başqa bir ədviyyat alsaydınız, hansı effekti əldə edərdiniz. Belə alınır ki, təsəvvür etdiyiniz alternativ, sizi qəbul etmiş olduğunuz qərara görə təəssüflənməyə məcbur edir. Bu məyusluq və təəssüf hissi isə sizin qəbul etdiyiniz qərarla bağlı hiss etməli olduğunuz məmnuniyyəti azaldır, hətta baxmayaraq ki, sizin etdiyiniz seçim əslində yaxşı olub. Seçim şansı nə qədər çox olarsa, onda heç bir səbəb olmadan belə öz etdiyinin seçimlə bağlı yaşadığın təəssüf hissi bir o qədər artıq olur.

2. Bunu iqtisadçılar itirilmiş imkanlar dəyəri adlandırır. Hələ Den Hilbert deyirdi: «Bizim əşyaları nə dərəcədə qiymətləndirməyimiz, onları nə ilə müqayisə etməyimizdən asılıdır». Beləliklə, alternativ variantlar çox olanda, imtina edilmiş variantların cəlb edici tərəflərini beyində canlandırmaq olduqca asandır. Bu zaman biz öz seçimimiz üstündə saxladığımız variantdan daha az razı qalırıq, nəticə etibarı ilə daha az məmnuniyyət hissi yaşayırıq. İtirilmiş imkanların dəyəri bizim gerçək qərarımız nəticəsində etdiyimiz seçimdən aldığımız məmnuniyyət hissini azaldır, baxmayaraq ki, bu qərar son dərəcə doğru və yaxşıdır. Biz nə qədər çox variantı nəzərdən keçirsək, itirilmiş imkanların dəyəri də, bir o qədər çox olur, belə ki, o özündə daha çox imtina edilmiş variantın cəlbedici tərəflərini əks etdirir.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa