karyera

İş şansınızı bu yolla yüksəldin

Hər kəs həyatında bir dəfə də olsa iş barəsində olan fikirlərini doğru yerə çatdırmaq və doğru məqama gələcək qədər şanslı və zəkalı olmağı xəyal edib. Uğurlu insanların sadiq qaldıqları ortaq iş prinsipləri vardır. Bəzi insanlar isə nə qədər çox çalışsalar o qədər daha çox şans əldə edəcəklərini düşünürlər. Hər bir insanın ətrafında gündə 20 saat çalışan, bunun qarşılığında isə hələ “çox məşğul” olan ancaq xəyalını qurduqları nəticələri əldə edə bilməmiş insanlar mütləq şəkildə vardır.

Bəs iş şansımızı necə yüksəldə bilərik?

Aldığınızdan daha çox verin.

İş dünyasındakı ən müvəffəqiyyətli insanlar adətən sahib olduqları ünvanların verə biləcəyi hislərdən qaçınan, iş dostları ilə yarışan, yaxşılıq dilənməyən insanlardır. Bu tip insanlara, kimlərəsə nəisə vermək almaqdan daha çox  şans qazandırar.

İşiniz yolunda getməyəndə bəhanələr tapmayın.

İş dünyasında uğur qazanan insanlar üçün şans, gözləmədikləri şeylər üçün bəhanədir.

Xətaları hər zaman nələrsə öyrənmək üçün fürsət olaraq görün.

 Xətalar əslində yoxdur, bunlar sadəcə uğurlu nəticələnməyən bir sıra həyat təcrübələridir. Bu səbəblə işində yaxşı olan hər iş adamı belə bir vəziyyətdə sürətli şəkildə qərar alaraq mövcud olanları dəyişdirir,yaşadığı uğursuz təcrübədən dərs çıxara bilir və bu təcrübəni əsla uğursuz olaraq görməz.

Ətrafınızdakı insanlara hörmət edərkən özgüvəninizi qoruyun.

Özünə güvənli olmaq o demək deyil ki, qarşısındakına güvəniz, kobud davranılmalıdır. Unutmayın ki, ən yaxşı uğur qazanan insanlar öz qüsurlarını bilən və kömək etmək istəyənlərdir. Doğru insanlarla doğru münasibətlər qurmaq sizin üçün ən böyük şans qaynağına çevrilə bilər.

İş birliyi içərisində çalışa bilmək bacarığınızı və həvəsinizi gücləndirin.

Bəlkə bir məhsul bir insan tərəfindən kəşf edilə bilər ancaq bacarıqlı insanların sayəsində daha da uğurlu hala gələr. Bu səbəbdən tək bacarmağa çalışmayın. Hər zaman başqalarının dediyi fikirlərə diqqət edin.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa