Xəbərlər

Finlandiyanın Baş nazirliyinə namizəd Sanna Marin kimdir?

Finlandiya tarixində parlamenti idarə edəcək üçüncü xanım sədri seçməyə yaxındır. Belə ki, dekabrın 3-də keçmiş baş nazir Antti Rinne öz vəzifəsindən istefa edib. 

Finlandiyada sosial-demokrat partiyası tərəfindən Sanna Marin ölkənin baş naziri postuna namizəd olaraq irəli sürülüb Beləliklə, o, bu vəzifəni icra edən ən gənc baş nazir olacaq. Nəticədə xanım baş nazir və parlamentdə koalisiya yaradan digər xanımlar son günlərin ən çox müzakirə olunan şəxslərinə çevriliblər. 

Buna qədər isə Sanna Marin nəqliyyat və rabitə naziri idi, onun namizədliyi partiya tərəfindən Antti Rinnenin 3 dekabrda istefasından sonra irəli sürülüb. A. Rinne isə bu vəzifədə cəmi yarım il baş nazir kimi çalışıb. Onun vəzifəsindən istefasının səbəbini nayabr ayının 11-dən 27-nə qədər davam edən poçt əməkdaşlarının tətili ilə izah edirlər. Əməkdaşlar hüquqi şəxsin əvəz olunması və əməkhaqqılarda dəyişiklikdən dolayı narazı idilər. 

«Etimadı bərpa etmək üçün hələ çox işlər görməliyik» – Marin jurnalistlərə açıqlamasında bildirib. Xanım siyasətçi ilin əvvəlində baş-nazir Rinne xəstəlik məzuniyyətində olduğu müddətdə müvvəqqəti də olsa onun vəzifələrini icra edib.

View this post on Instagram

A post shared by HS – Helsingin Sanomat (@helsinginsanomat) on

Bütün parlament xanım Sanna Marinin namizədliyinə səs verdiyi halda, prezident onu ölkənin baş naziri postuna təyin edə bilər. Marin ölkənin tarixində Finlandiya parlementinə rəhbərlik etmiş üçüncü xanım olacaq. 

Koalisiyadakı qalan dörd partiyanın da rəhbərləri qadındır. Onlardan üç nəfəri də 30-la 40 yaş arasındadır ki, bu da Finlandiya üçün görünməmiş hal sayılır. Buna görə də həm Marinin təyinatı, həm də digər xanım liderlər sosial şəbəkədə #newgeneration heştegi ilə aktiv müzakirə olunur.

Sanna Marin kimdir?

Sanna Marin Helsinkində dünyaya göz açıb və qəyyumluğa götürüldüyü ailədə böyüyüb, bioloji atası isə alkoqol alüdəçisi olub. O, eynicinsli ailədə böyüyüb, uşaq yaşlarında eynicinslilər arasında nikahın ölkədə tabu olduğunu  və məktəb yoldaşlarının hər zaman ona valideynləri haqqında sual verməkdən çəkindiyini xatırlayır. Ona görə də onun başlıca vəzifələrindən biri diskriminasiya əngəllərini aradan qaldırmaq olacaq.

Siyasətçinin özünün sözlərinə əsasən yaş və cins amili heç zaman onun karyerasını yönləndirməyinb. O, 15 yaşında işləməyə başlayıb və ilk iş yeri Talkio dispetçer mərkəzi olub. Həmçinin Sokos hiper-marketində kassir kimi işləyib. Siyasətə isə 21 yaşında Sosial-demokrat partiyasının (SDP) gənclər təşkilatının üzvü olmaqla gəlib. Tamper universitetində oxuduğu zaman isə şəhər idarəsinin sədri seçilib. 

Marin gənc anadır, 2018-ci ildə qızı dünyaya gəlib. Öz instagram səhifəsində o, körpəsinin fotolarını paylaşır, belə fotolardan birində ananın uşağa döş verməsi də əks olunub. İndi Marin aktiv siyasi fəaliyyətə qayıtdıqdan sonra çox güman ki, körpənin qayğısı ilə bağlı işlər həyat yoldaşı Markus Raykkonenin çiyinlərinə düşəcək.

Namizədliyi təsdiq olunarsa, xanım baş nazir Sanna Marin Yeni Zelandiyanın baş Naziri Casinda Ardern və İsveçin mədəniyyət naziri Amanda Lind kimi yaşı hələ 40 yaşını tamamlamayan, gənc siyasi liderlərin sırasına qatılmış olacaq. 

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa