Dekor

Şamları necə düzgün yandırmalı və qulluq yolları

Şamlar Yeni il süfrəsində geniş istifadə olunur, onlar evdə bir az sehrli, bir az da romantik əhval ruhiyyə yaradır. Amma bizim heç xəbərimiz yoxdur ki, şam yandırılması həm də xüsusi nüanslara malik bir ritualdır. Sizə şamlarla düzgün rəftar etməklə bağlı 9 ip-ucu veririk.

Şamları necə düzgün istifadə etməli?

Yeni il süfrəsində şamlar

Siçan ilində süfrəyə, kəskin qoxulu şamlar düzmək olmaz, çünki siçanlar təbii qoxuları sevir və çox tünd iylər uzaq sala bilər. Süfrədə göy, yaşıl və gümüşü rəngdə aksessuarlardan istifadə edə bilərsiniz, şamların da rəngləri ağ, qızılı və göy rəngdə ola bilər.

Image result for blue christmas table setting ideas

SOYUQ ŞAMLAR DAHA UZUN MÜDDƏT YANIR

Şamları yandırmazdan öncə onları yaxşıca soyudun – bu yanma prosesini ləngidəcək və daha hamar edəcək. Yeri gəlmişkən yaxşı olar ki şamları soyuducuda saxlayasınız, onlar bu zaman deformasiya olmayacaq.  

Şamları necə düzgün istifadə etməli

Axıntılara yox

Siz masanı dekorativ şamlar ilə bəzədikdə, yanma zamanı axan mum görünüşə ciddi xələl gətirir. Bundan qurtulmağın çox hiyləgər bir yolu var.  Şamın yuxarı hissəsini, fitil olan yeri falqadan olan üzüklə bəzəyin – o yanmanı zəiflədəcək və ərimiş mum damlalarından sizi qoruyacaq.

ƏVVƏLCƏ FİTİLİ KƏSİRİK

Hər dəfə yeni şam yandıranda onun fitilini kəsməyə tənbəllik etməyin – fitilin görünən hissəsinin uzunluğu 5 mm-dən çox olmalı deyil. Bu ondan ötrü lazımdır ki, alov bərabər və parlaq olsun. Əks halda yanma zamanı fitil bükülür və şamın atəşi sönük görünür. Həmçinin bu sizi şüşə şamdandakı xoşagəlməz ləkələrdən qoruyacaq və ilk yanma zamanı yaranan xoşagəlməz qoxudan qurtaracaq.

Şamları necə düzgün istifadə etməli

Şamı necə təmizləməli

Əgər şamlar böyükdürsə və siz onlardan bir neçə dəfə istifadə etməyi planlaşdırırsınızsa, onda onların yuxarı hissəsini yanıqlardan pambıq-kağız parçadan istifadə  edərək təmizləmək məsləhətdir. Parşa bitki yağı ilə isladılmış olmalıdır. Yəni yanma zamanı şamın üzərində heç bir əlavə kənar aşya olmamlıdır, məsələn kibrit qırıqları kimi.

ŞAMDANI NECƏ TƏMİZLƏMƏLİ

Şamdanın dibinə, şamı ora qoymazdan öncə bir iki damla su damızdırın, bu istifadədən sonra onun təmizlənməsini asanlaşdıracaq.

Close Up Photography of Tealight Candles on Black Metal Rack

Mum bərabər şəkildə əriməlidir

Səbrli olun və gombul şamı üst hissəsi tam əriməmiş söndürməyin. əks halda şamda bir krater əmələ gələcək və fitil də onun dibində qalacaq, sonra fitili yandırmaq çətin olacaq. Ona görə də imkan verin ki, şamın kənar hissələri də bərabər şəkildə ərisin.

Şamları necə düzgün yandırmalı

HAVA AXINLARINDAN IZOLYASIYA

Yaddan çıxartmaq olmaz ki, yelçəkən, ventilyoator, açıq pəncərə və keçid yerləri şamın atəşi üçün məhvedicidir.  Hava axınların təkcə şamın yanmasına təsir etmir, həm də şamdanın divarlarında xoşagəlməz hisin yaranmasına səbəb olur.

Şamları necə düzgün yandırmalı

Şamları üfləyərək söndürməyin

Ad günü tortunun üzərində olan şamlar istisna olmaqla, şamları üfləyib söndürmək məsləhət deyil, bu zaman yanan fitilin iyi ətrafı bürüyür. Adətən bizim tərəflərdə şamı balaca qənd parçası ilə söndürürlər, siz isə balaca qapaqdan və ya bu məqsədlə istifadə edəcəyiniz xüsusi söndürücüdən yararlana bilərsiniz.

Candles and Toys on Top of Table

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa