Həyat tərzi

Xoşbəxt həyat üçün sadə yaşayın – Həyatınızı bu cür qurun

Həyat çətin və kifayət qədər qarışıqdır. Gündəlik işlər, sosial yaşayış, iş həyatı və s. deyə-deyə insan başını itirir. Bu mübarizənin içində nə qədər sadə yaşanılsa da o qədər də insan ruhu dinclik tapar.

Bəs addım-addım necə sadə yaşamaq lazımdır?

Qızıl qayda 

Sahib olduğunuz hər şey dəyərlərinizə və əsas həyat amalınıza xidmət etsin.

Kirayə götür

Ev və ya maşını almaq yerinə kirayə götürmək ilə bağlı məsləhətləri çoxlarımız eşidirik. Kirayə isə sadəcə evdən və maşından ibarət deyil, kitab, geyim, velosiped və s də kirayə götürüldükdə daha sərfəli ola bilər. Məsələn, xoşladığınız hansısa kitab, paltar çox bahalı olur. Ya almayaraq kefiniz pozulur, ya da çox pul xərcləyərək büdcənizə zərər vurursunuz. Bunun əvəzinə kirayələmək daha münasibdir. Həm kefiniz yaxşı olar, həm də büdcənizə zərər vurmuş olmazsınız.

Səbəbsizcə alınmış elektron əşyalar

Əksər insanlar marka əşyaların yeni seriyası çıxdıqca alır. Nəticədə evdə bir çoxlu sayda əşya toplanır. Lazımsız əşyaları internetdə satışa çıxarmağı və başqası ilə dəyişməyi sınayın.

Lazımsız toplanan əşyalar

Evlərdə yalnız “qonaq gələndə istifadə edərəm” deyə düşünərək saxladığımız çoxlu əşyalar olur: buraya bahalı yemək – çay dəsgahları, fərqli bakallar, qədəhlər, güldanlar, dəsmallar, yorğan-döşək dəstləri və s aiddir. Unutmayın ki, sizin ən dəyərli qonağınız məhz özünüzsünüz. Mütəxəssislər istifadə etmədiyiniz hər şeydən qurtulmağı, bağışlamağı, ehtiyacı olanlarla paylaşmağı və ya onlar üçün yeni istifadə təyinatı tapmağı tövsiyə edir.

“Gün gələndə istifadə edərəm” düşüncəsi

“Arıqlayanda, modası yenidən gələndə istifadə edərəm” kimi düşüncələrlə çoxlu lazımsız paltarlar alınır. Ancaq düşünün ki, lazım olsaydı və istəsəydiniz onsuzda geyinərdiniz. Əgər geyinə bilmirsinizsə məcbur etməyin özünüzü. İcazə verin başqaları yararlansın. Bunun üçün ya satın, ya da ehtiyacı olan insanlara verin. 

Potted Succulent Plants on the Bookshelf

Sənədləri yenidən nəzərdən keçirin

Bir çoxları əlinə keçən hər kağızı, sənədi bir rəfə qoyaraq bir daha baxmır. Mütəxəssislər isə lazımsız kağızları atmağı tövsiyə edir. Bununla da evinizi təmizləyin. Lazımlı sənədləri, telefon nömrələrini saxlamağınız məsləhət bilinir.

Ya bir gün lazım olarsa…

Evinizdən istifadə etmədiyiniz əşyaları çıxardın.

Son bir ildə əlinizi vurmadığınız, “lazım gələrsə” deyə saxladığınız əşyaları atmağınız tövsiyə olunur. Ehtiyacı olan dostunuza verib, onun da sevinməyinə vəsilə ola bilərsiniz.

Dar, sıxıcı evlər

Bir çoxlarının geniş evləri olsa da onu iri əşyalarla doldurur, çox əşya daha çox xoşbəxtlik gətirmir. Nəticədə evlar dar və cansıxıcı hala gəlir. Psixoloqlar isə bunun insanlara yaxşı təsir etmədiyini bildirir. Lazımsız əşyaları evinizdən çıxardın. Özünüzü yalnız sizi xoşbəxt edən insanlar və əşyalar ilə əhatə edin və ən əsası çalışın, əşyalara deyil, təcrübələrə pul xərcləyin. 

Modern Living Room

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa