Faktlar

Şərab haqqında maraqlı faktlar və orqanizmə təsiri

Şərabın nə olduğunu yəqin ki, çoxumuz bilirik. İndi isə şərabın tarixi və onun haqqında maraqlı faktları birlikdə öyrənək.

1. Şərabın ilk kəşfi e.ə 6000 il öncəyə dayanır. Ən maraqlısı da odur ki, arxeoloqlar qazıntılar zamanı şərabın ilk dəfə Gürcüstanda kəşf edildiyini müəyyən ediblər.

2. Bilirik ki, şərabın bir neçə növü var. Bəs sizcə dünyada hal-hazırda ən çox qırmızı şərab istehlak edən ölkə hansıdır? Ağlamıza gəlməyən cavab Çindir. Çinlilər qırmızı şərabı çox sevirlər, onlar üçün qırmızı uğurlu rəng sayılır. Sağlamlıqlarını da qırmızı şərabla qorduqlarını düşünürlər.

3. Ümumi şərab istehsalı üzrə İtaliya birinci yerdə olmasına baxmayaraq, istehlakda 4-cü sıradadır. Şərabın bütün növlərindən ən çox istifadə edən, dünyada ilk yeri tutan Fransadır.

4. Şərabın sağlamlığa xeyiri var, ancaq hər şərabın yox. Belə ki, içki seçimində diqqət edin. Bir gündə 1-2 qədəhdən çox içmək sağlamlığa zərərdir.

5. Şərabların adlarında əsasən istehsal olunduğu məkanın və ya hazırlandığı üzümün növünün adından istifadə olunur. Məsələn, “Bordeaux” şərabının adı Fransanın eyni adlı regionunun adından götürülmüşdür.

6. Onun rəngi sizə haranın olduğunu bildirəcək. Şərabın rənginə baxdıqda onun hansı üzümdən, hansı bölgədə və iqlimdə istehsal olunduğunu bilə bilərsiniz. Tünd rəngli şərablar isti ölkələrdə, açıq rəngli və yüngül şərablar isə soyuq iqlimdə hazırlanır.

7. Şərab içərkən qadınlar kişilərə nisbətən daha tez sərxoş olur. Bu qadınlardakı orqanizm fərqliliyinə görədir.

8. Dünyada şərab sevənlər olduğu kimi, ona nifrət edənlər də var. Şəraba nifrət etmək “oenophobia” adlanır.

9. Şərab pivədən fərqli olaraq insanı kökəltmir. Ekspertlər düşünürlər ki, hətta şərab içən şəxslər içməyənlərdən daha az çəkili olurlar. Belə ki, əgər siz dietaya başlamağı düşünürsünüzsə, şokoladlı pudinginizə və ya dessertinizə şərab əlavə edə bilərsiniz.

1 Şərh

1 Comment

  1. Pingback: Hər bir xanım şərab haqqında bunları bilməlidir - 1Lady.az

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa