Biznes ledi

Rosa Parks: “Davamlı ədalətsizliyə məruz qalmaqdan çox yorulmuşdum”

İşıq qadın. Bəziləri dərinin, bəziləri ürəyin rəngini üstün tutur. Rosa Parks qaradərili, ildırım ürəkli qadın idi. Bir avtobus, bir qadın, dəyişən tarix. 42 yaşındakı qaradərili dərzi Rosa( 4 fevral 1913) , Alabamanın Montgomery əyalətində yaşayırdı.

1 Dekabr 1955-ci il. Heç özü də təsəvvür etməzdi ki, bu tarix onun “Artıq yetər!” fəryadına şahid olacaq. İrqçilik bələdiyyə avtobuslarının oturacaqlarına qədər gedib çatmışdı. İlk 4 sıra ağdərililərə aid idi.

Qaradərililər ən arxa oturacaqlarda otura bilərdilər. Hərçənd ki, onlar sərnişinlərin ümumi olaraq 75%-ni təşkil edirdilər. Qaradərililər ilə ağdərililər eyni sırada otura bilməzdi. Şofer lazım gələrsə, “Qaralar” işarəsinin yerini dəyişə bilərdi. İlk sıralarda ağdərililər varsa, qaradərili ön qapıdan minib pulu verdikdən sonra təkrar enib arxa qapıdan minməli idi. Ortada “Dəyişkən” statuslu oturacaqlar vardı. Əgər ağdərili ayaqda qalıbsa, qaradərili durub arxada oturmalı, yer yoxdursa, ayaqda dayanmalı, ayaqda dayanmaq da mümkün olmasa, avtobusdan enməli idi. Bütün qaradərililər narazı idilər, yorulmuşdular. Həmçinin qorxurdular. “Sistemə qarşı çıxmaq” düşüncəsinə təkan verəcək kimsə yox idi.

Amma, artıq tarix də yorulmuşdu. Biri gəlməli və onu dəyişməli idi. Öz-özünə dəyişməsi mümkün deyildi. Gözlənən gün gəlmişdi. Daha sonralar Martin Luther King olub bitəni bu cümlələrlə izah edəcəkdi.

rosa parks ile ilgili görsel sonucu

“Kimsə stəkanın dolma qaydasını bilmədən Rosa Parksı anlaya bilməz. Vaxt gələr insan “artıq, kifayətdir!” deyər. “Artıq gücüm çatmır”- deyər və dolar.” Bir gün Parks avtobusa minir və pulu ödəyir. James Blake adlı sürücü ona enməsini və arxa qapıdan minməsini söyləyir. Rosa Parks enir və sıradakı avtobusu gözləyir. Blake-in avtobusuna heç vaxt minmir. Nəhayət məlum tarixdə, Rosa çox yorğun idi və sürücünün Blake olduğuna fikir verməyib avtobusa tərəf addım atdı. O addım bəsit bir addım olmadı. Tarix bu addımı yazdı. Keçdi və “dəyişkən” statuslu yerdə oturdu. Bəzi ağdərililər ayaqda qalmışdı. Şofer məlum oturacaqlara tərəf getdi. Qaradərililərə “qalxın” deyə işarə göstərdi. “Dəyişkən” statuslu oturacaqların ilk sırasındakı 3 qaradərili kişi qalxdı. Parksın yanında oturan kişi də qalxdı. Parks da hərəkətə keçdi. Lakin, gözlənənin əksinə qalxıb pəncərə kənarına keçdi. Yorğun şəkildə qeydsizcə sürücünün gözlərinə baxdı. (Parks “Sürücünün gəldiyini görəndə rəngli bədənimi, paltarlarımın arasında gizlətməyə çalışdım.” deyərək xatırlayırdı o anı.) Bu hamını təəccübləndirmişdi. Sürücü “Niyə qalxmırsan?” deyə qışqırdı. Rosa bütün tərəddüdlərini geri plana itələdi və “Çünki qalxıb yerimi bir başqasına verməli olduğuma inanmıram.” dedi. Polis çağırıldı, Rosa tutulub cərimə (100 dollar) ilə azadlığa buraxıldı.

rosa parks ile ilgili görsel sonucu

Artıq, geri addım atılmayacaqdı. İkinci səfə məhkəmə oldu. 5 Dekabr məhkəmə günü hava yağışlı idi. Amma, 40 min insan işə yeriyərək getdi. Məhkəmədə Rosa 14 dollar cərimə edildi. 381 gün heç bir qaradərili avtobusa minmədi. Maşınlar tapıb özləri sürdü, piyada yeridilər bəzi ağdərili evdar qadınlar maşınları ilə kömək etdi. Avtobus şirkətləri zərərə uğradı. Avtobuslar həqiqi mənada çürüməyə başladı. WPC dəstək verən ilk qrup oldu. Martin Luther Kingin evinə bomba atılmasından sonra “Şiddətə şiddətsizliklə qarşılıq verəcəyik. Məni dayandırsalar belə bu hərəkəti dayandıra bilməyəcəklər.” dedi. Martin tutulanda “Qürur duyuram” demişdi. Ağdərililər dayanmadı. Qaradərililiəri döydülər. Hücum çəkdilər. Amma, qaradərililər də vazkeçməyəcəkdi. “İlk gələn oturar” qanunu çıxana qədər davam edəcəkdilər.

Rosanın təkanı ilə başlayan dirəniş zəfərə yetişdi. 1956-cı il 20 Dekabrda hərəkət dayandı. Artıq, məhkəmə avtobuslardakı irqçiliyin, ayrı-seçkiliyin dayandırılması qərarını verdi. Ağdərililərin reaksiyası sərt oldu. Qaradərililəri avtobuslarda döydülər. Amma, artıq iş işdən keçmişdi. Rosa Parks 1957-ci ildə hədə qorxuların və işsizliyin ucbatından əvvəl Virciniyaya sonra ömrünün sonuna qədər yaşadığı Detroitə köçdü. Rosa Parks deyirdi.. “Alçaldılmaq istəmirdim. Pulunu ödədiyim yerdən qaldırılmaq istəmirdim. Həbs edilmək kimi bir niyyətim yox idi. Zatən işim çoxdur. Ancaq, o yol ayrıcına gələndə, dirənişi seçməkdə tərəddüd etmədim. Çünki yetərincə dözmüşdük. Nə qədər güzəşt etsək, sussaq bizə qarşı olan təzyiq də o qədər artırdı. “

rosa parks ile ilgili görsel sonucu

1972-ci ildə rəfiqəsi Elaine Eason Steele ilə birlikdə Rosa və Raymond Park Özünü Təkmilləşdirmə İnstitutunu qurdu. 1992-ci ildə Rosa Parks hekayəm adlı bioqrafiya nəşr etdi. 1995-ci ildə “Səssiz Qüvvət” adlı kitabını nəşr etdi və xatirələrini yazdı. Rosa Parks NAACP-nin ən yüksək mükafatı, Spingarn Medal ilə yanaşı, prestijli bir mükafat, Martin Lüter King Jr mükafatı almışdır. 1996-cı il sentyabrın 9-da ABŞ prezidenti Bill Klinton Rosa Parksa Azadlıq Medalı verdi. Bir il sonra Konqres onu qızıl medala layiq görmüşdür. Rosa Parks, 24 oktyabr 2005-ci ildə, Michigandakı Detroit şəhərində evində 92 yaşında öldü.

Cənazə mərasiminə 50 min adam qatıldı. 1 Dekabr 2013-cü il də ABŞ-ın köhnə prezidenti Barack Obama bu gün artıq Detroitdəki Henry Ford müzeyində sərgilənən həmin avtobusda, Rosa Parksın oturduğu yerə oturdu. Qaradərililərə avtobusda yer vermək istəməyənlərin ölkəsinin prezidentlik kürsüsündə qaradərili biri oturdu. Tarix bir rəngin yüksəlişinə şahid oldu. “İnsanlar deyir ki, mən o gün çox yorğun olduğum üçün yerimi tərk etməyi rədd etmişəm. Doğrudur, yorulmuşdum , amma bunun səbəbi bu deyildi. İş gününün verdiyi fiziki yorğunluq deyildi bu. Qoca deyildim, 42 yaşındaydım. Çox yorğun idim. Davamlı ədalətsizliyə məruz qalmaqdan və bunu qəbul etməkdən yorulmuşdum. ” Rosa Parks.

Müəllif: Hicran Əliyeva

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa