Xəbərlər

Qreta Tunberq “Time” jurnalı tərəfindən ilin adamı seçilib

“Time” jurnalı İsveçdən olan ekoaktivist Qreta Tunberqi ilin adamı seçib.

Bu barədə 1Lady.az portalı yerli mətbuata istinadən xəbər verir.

Nəşr qeyd edir ki, Q.Tunberq məktəbə getməyərək iqlim dəyişikliyinə qarşı qlobal hərəkata başlayıb.

“2018-ci ilin avqustundan başlayaraq o, günlərini əlində qara fonda “İqlim üçün məktəb tətili” yazısı olan plakatla İsveç parlamentinin qarşısındakı çadır düşərgəsində keçirib. Geridə qalan 16 ay ərzində o, BMT-də dövlət başçıları qarşısında çıxış edib, Roma Papası, ABŞ prezidenti ilə görüşüb və 4 milyon insanı qlobal iqlim dəyişikliyinə qarşı tətilə qoşulmağa ilhamlandırıb”, – nəşr yazıb.

Qretanın bu sözləri hər kəsin yaddaşında möhkəm yer tutub:

“Bir çoxları bu işlərlə məşğul olmaq əvəzinə məktəbə getməli olduğumu, bəziləri isə məktəbə gedərək bu problemi daha asan həll edəcəyimi söyləyirdi. Bəlkə də olmayacaq bir gələcək üçün təhsil almağın nə mənası var? Əgər bizim cəmiyyət üçün bütün bu olanlar heç bir əhəmiyyət kəsb etmirsə, təhsil almaq nəyə lazımdır?”

Qeyd olunur ki, onun xarici görünüşü Hellouen bayramındakı geyimlərdə kopyalanıb, kanadalı yazıçı Marqaret Etvud isə onu Janna d`Ark ilə müqayisə edib.

Dünyanı xilas etməyə çalışan 16 yaşlı Nobel Namizədi: Greta Thunberg

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa