Qarderob

Qış obrazında ən çox yol verilən səhvlər: Daha dəbdə deyil

Qış obrazında yol verilən tipik səhvləri araşdırırıq. Nə qədər bəsit görünsə də, əksər xanımlar bu səhvlərə yol verir. Onlardan yayınmaq istəyirsinizsə, bizi oxumağa davam edin.

1. Təzad yaradan uzunboğaz çəkmələr

Parlaq rənglərdə çəkmə geyinməyi heç kəs sizə qadağan etmir. Amma gündəlik tərz üçün neytral çalarda, universal uzunboğazları seçmək daha yaxşıdır. Ya da obraz seçə bilərsiniz, yeganə və əsas aksent məhz çəkmələrdə olsun. Belə halda onlar daha lakonik və bahalı görünəcək.

Qış obrazında yol verilən səhvlər

2.  Uzunboğaz çəkmələr + darbədənli cinslər (skinni)

Dar cinslər əksəriyyətin düşündüyü qədər də praktik deyillər. Qışda onlardan qurtulmaq və onları düz biçimli, sərbəst modellər ilə əvəz etmək olar. Bu gün stilistlər enli cinsləri kovboy çəkmələri ilə kombin etməyi tövsiyə edirlər. Dar mavi cinlər ilə botfortların ahəngi isə artıq aktual deyil.

Qış obrazında yol verilən səhvlər

3. Başa yapışan nazik papaqlar

Günün qalan hissəsini korlanmış bir saç düzümü və alnında rezin izləri ilə keçirmək heç kəsin ürəyincə olmayacaq. Buna görə də nazik, başa tam oturan papaqları tərk etməyi məsləhət görürük. Mövcud alternativ iri həcmli, toxunma, qalın papaqlardır. Bu model saç tərzinizi qoruyacaq, istilik və rahatlıq hissi verəcək.

Qış obrazında yol verilən səhvlər

Qış obrazında yol verilən səhvlər

4. Yalın  topuqlar

Şiddətli şaxta zamanı obrazda böyük boşluqlar (deşiklər) buraxmaq xüsusilə gülünc görünür. Bundan əlavə, bu, sağlamlıq üçün də təhlükəlidir. Müasir bir görünüş yaratmaq istəyirsinizsə,  uzunluğu topuq civarında kəsilmiş düz cinslərə diqqət yetirmək daha yaxşıdır. Ən müvəffəqiyyətli modellərdən biri isə topuqların heç bir şəkildə açıq qalmayacağı, balaqların kənarı tikilməmiş düz biçimli uzun cinslərdir.

Qış obrazında yol verilən səhvlər

Qış obrazında yol verilən səhvlər

5. Nazik dikdabanlar

Hündür və nazik dikdabanlar kifayət qədər narahatdır və qəti praktik deyil. Hələ üzərində doğru-dürüst gəzməyi bacarmırsınızsa, onlardan uzaq durun, xüsusən də yolların buz bağladığı və sürüşkən olduğu dövrlərdə. Onları enli və dayanıqlı topuqları olan çəkmələr ilə əvəz etmək olar. Belə ayaqqabılar iş həyatının qaçaqaçına və şəhər gəzintilərinə uyğun olacaq.

Qış obrazında yol verilən səhvlər

6. Snud şərflər

Əgər  snud şərfləriniz varsa, onları dolaba qoyub, yenidən dəbə qayıdacağı zamanı gözləyin. Bu mövsümdə uzun, enli və ənənəvi şərflər dəbdə olacaq. Neytral çalarlara üstünlük verin, belə şərfləri sadəcə açıq şəkildə boyununuza sala və ya bir çiyin üzərindən aşıra bilərsiniz.

7. Hündür pəncə platformalı uzunboğazlar

Qış mövsümünün son anti-trendi isə pəncə  plaftorması olan boğazlı çəkmələrdir. Belə çəkmələrin heç kəsə xeyri yoxdur. Onlar insanın yerişini yetərincə ağırlaşdırır, çox zaman kürəkdə və ayaqlarda ağrılara səbəb olur. Daha yaxşı olar ki, sivri burunlu, adi pəncəli botlara və ya uzunboğazlara üstünlük verəsiniz.

Bəyəndiniz?

Son trendlərdən xəbərdar olmaq üçün Qarderob bölməsini izləməyi unutmayın.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa