Mənim hekayəm

Şiddət görüb, qırmızıya bürünən qadının hekayəsi

Hər yanı qırmızıya boyanmış bir qadın düşünün. Hər yerə qırmızılara bürünmüş şəkildə gedən bir xanım. İlk baxışdan dəli deyə düşünərsiniz.

Ancaq bu rəngin arxasında dərdli bir qadın taleyi durduğunu zənn edərdinizmi?

Sözügedən qadın Türkiyənin Konya şəhərində “qırmızı qadın” olaraq tanınır.

Hər kəsin “dəli” gözüylə baxdığı Sultan Özcanın gerçək hekayəsi əslində görünəndən daha başqa idi. Əslində o çox sevən amma uşağı olmadığı üçün tərk edilən, şiddətə məruz qalan bir qadındır.

Hazırda 65 yaşında olan Sultan Özcan 40 yaşından bəri həyatının hər yanını qırmızı ilə bəzəyir. O, qırmızı istəyini müxtəlif üsullarla izah edir:

“Hakkaridə olduğum zaman bir kürd qızı geyinmişdi qırmızını. Orada çox sevmişdim. Örnək alaraq özümə tikdim çox yaraşdırdım. İllərdir qırmızıdan başqa da makiyaj etmirəm. Özümü fərqli hiss edirəm, hətta mən özümü hamıdan üstün tuturam”.

Maraqlı məqam budur ki, yatağından pərdəsinə qədər belə qırmızıya boyanmış evdə yaşayır, ancaq küçələrdə gəzməyi sevir. Məhəllənin bütün insanları onu tanısa da o, insanlarla sözləri qısa tutaraq gəzinməyə davam edir.

Kimsədən pul almağı qəbul etməyən Sultan, əlindəki pulu ilə bəzən mətbəx alış-verişi edir, bəzən isə makiyaj məhsulları alır. 

Bəs makiaja nə üçün belə bağlıdır?

“Bazardan həmişə qırmızı pomada alıram. Aldığım pomadalar keyfiyyətlidir. Gözümə ancaq qara qələm çəkirəm. Toy, bayram olduğu zaman isə mavi qələmi çəkirəm.

Bəs ürək qırıqlığının, qırmızıya bürünməyinin əsl səbəbi nədir?

Sultanın keçmişi, sevdiyi rəng kimi yaxıcı və xəyal qırıqlıqları ilə doludur. Uşaqlıq sevgisini isə gözləri dolu şəkildə izah edir:

“Məni ailəm başqası ilə nişanlandırırdı. Amma mənim sevdiyim vardı. Bu səbəbdən nişanlımdan ayrıldım. Ona qaçdım. Bir-birimizi çox sevdik. 16 il yaşadıq. Sənətinə görə bir neçə məkan dəyişdik.

Hər şeydən çox sevsəm də taleyim üzümə gülmədi. Böyük sevgimdən uşağımız olmadığı üçün ayrılmaq məcburiyyətində qaldıq. Çox pis olmuşdum. Uşağım olsaydı boşanmazdıq. Trilyon versələr ayrılmazdıq. Biz boşandıqdan sonra evləndi iki oğlu oldu”.

Bu sevda isə onun başına əslində daima bəla olub. Belə ki, Sultan xanım həyat yoldaşından daima şiddət görüb.  Keçirdiyi bu çətin anları isə belə anladır:

“Qısqanırdı, sonra isə döyürdü. Bir adamla danışsam belə qısqanırdı, yanında otursam belə qəbahət olardı.Bazara aparmazdı. 8-10 il həbsdə kimiydim”.

“Bəlkə də bütün günü dəli divanə kimi gəzməyinin səbəbi məhz yaşadığı həbs həyatı olub”

Evini çox sevsə də evində durmaz, səhər saat 10-dan məhəlləyə çıxar. Ən yaxın dostu isə çörək bişirən mağazanın sahibi Hasan Küçükarapınardır. O, xanımın dəli olduğuna inanmadığını söyləyir:

“Məncə sağlamlığı normaldır. Sadəcə qırmızı xəstəliyi var. Təxmini 10 ildir tanıyıram. Məndən hər gün çörək alır. Çox söhbət etməsək də mənə salam vermədən keçməz. Onu çox istəyirəm”. 

Boşandıqdan sonra isə anası ilə yaşayan Sultan onun ölümündən sonra qardaşının evlərinin aşağısında kömür saxlanlan daxmada 8 il yaşayıb. Daha sonra isə bir otağa keçərək orada qalıb.

Yaşadıqlarına görə həyatdan çox qroxsa da gənclərə yenə də sevgini əsas tutmağı tövsiyə edir:

“Sevgi olsun. Sevgi olmadığı zaman sıxıntı olar. Sevərək evlənməyəni adam yerinə qoymaram. Sevməyən insan saman olaraq gələr, saman olaraq bu dünyadan gedər”.

“Ona verilən heç bir pulu isə qəbul etmir”.

2006-cı ildə ildə isə Konya Nümunə xəstəxanasında həkim rəyi olaraq problemli şəxsiyyət olduğu meydana çıxıb. Belə ki, xanıma xronik psixoz diaqnozu qoyulub. 3 aylıq maaş olaraq 1300 türk lirəsi olaraq təyin edilib.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa