Biznes ledi

“Qalstuk”– işgüzar qadınlar üçün qeyri-adi aksesuar

Qalstuk – İlk baxışdan faydasız görünsə də kişilərin qarderobunda əvəzolunmaz yeri olan bir geyim aksesuarıdır.  Dəbli bir kostyumun tamamlayıcı atrebutu, ənənənin neçə illərdi davam etdiyini göstərən, çox dəbli bir şəkildə köynəyi pencək ilə bütünləyən bir aksesuar.

Kişilərin əlindən alırıq

Bir neçə əsr öncə bir qadını bu kişi aksesuarı ilə görmək mümkün deyildi. Lakin artıq keçən əsrdən qadınlar ancaq kişilərin geyimi sayılan şalvar və damalı köynəkləri, pencək və jiletləri o cümlədən silindr papaqları və qalstuklar geyinmə hüququnu qazanmışdılar. Tarixdə iz qoyan xanımlar bu yeni dəblə geyinməyə başlamışdılar: Amerikalı aktrisa Marlen Ditrix, fransız yazıçı Jorj Sand və digərləri. İndiki dövrdə də çoxları bu geyim aksesuarından istifadə edirlər, daha çox da işguzar xanımlar. Yəqinki heç də çox xanım məhz “qalstuk” üçün alış – verişə çıxıb çoxlu sayda almırki, oları öz kostyumları ilə geyinsinlər, amma hər halda tək sayda da olsa çox eleqant, zərif,  yadda qalan və effektli “qalstuk”lar  qarderobda 100% var. “Qalstuk” sizin ciddiliyinizi, işguzarlığınızı, stil və qadınsılığınızı tərənnüm edəcək.

Qadın üçün “qalstuk”: Özəllikləri nələrdir   ?

Qadın tərəfindən taxılan qalstuk onun geyiminin bir hissəsinə çevrilir və xüsusi diqqət cəzb edir. Bəzən bu kişi qalstukuna da oxşaya bilər, bəzən də həm formasına həmdə rənginə görə kəskin fərqlənə bilər.

Parça

Adətən kişi “qolstuk”ları ilə eyni parçadan hazırlanır : Atlas və yun, pambıq və ipək. Bəzən trikotaj, dəri və ya cins parçadan da hazırlanır.

Ölçü

Əgər hesab etsək ki, klassik kişi “qalstuklar”ının uzunluğu adətən kəmərin toqqasına qədər olur, qadın üçün olanlar isə adətən daha qısa, eni isə istənilən ölçüdə ola bilər.

 Necə və nə ilə geyinməli?

Qalstuk geyinən xanım kişisayağı görsənməməlidir, yəni eynilə kişi stilini təkrarlamamalıdır. Bir qayda olaraq qadın qalstuku çox sıx və kobud bağlamamalıdır, əksinə sərbəst və rahat şəkildə bağlanmalıdır. Adətən nazik və ensiz qalstuklar düyməli qadın köynəkləri ilə çox effektiv görünür.

Güllü Nağıyeva

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa