Uncategorized

Qadınlar tərəfindən ən çox arzulanan 10 AVTOMOBİL – 2019

Araşdırmalara və ekspertlərə istinadən, qadın sürücülər maşınlarda təhlükəsizliyə, praktikliyə, etibarlılığa və rahatlığa üstünlük verirlər.

Təəccüblü deyil ki, qadınlar və kişilərin təzadlı zövqlərinə maşınlar da daxildir. Belə ki, kişilər maşın seçimlərində daha çox performans və stilə önəm verdikləri halda, qadınlar çox güman ki, analıq instinktlərinə dayanaraq təhlükəsizlik, rahatlıq və etibarlılığı seçirlər.

Avtomibil sahəsində araşdırma və axtarış saytı olan İSEECARS 3 ilə yaxın bir müddət ərzində 500 000 istifadəçi axtarışı və 54 milyon maşın satışına əsaslanaraq bir araşdırma aparıb, nəticələr bu il ictimaiyyətə açıqlanıb. Bu araşdımaya əsasən aşağıda adı çəkilən 10 maşının perspektivli alıcılarının 60%-nin qadınlar olduğu üzə çıxarıb.

“Qadınlar maşınlarda daha çox etbarlılıq və təhlükəsizlik üçün narahat olurlar“ deyən, sürücülərə güvənli avtomobil hissələri dükanları tapmaqda yardımçı olan Avtomotive Group-un direktoru Jill Trotta həmçinin qeyd edib ki, qadınlar istifadəyə rahat maşınlara üstünlük verirlər və buna görə maşın seçərkən idarə etməsi rahat və uşaqları aparıb-gətirməyə əlverişli olan maşınlara diqqət yetirirlər. Hyundaı və Kia firmaları bu məsələdən xəbərdar olduqları üçün, istehsal etdikləri maşınların bu ehtiyacı qarşıladıqlarını bildirirlər.

Bəs bu maşınlar hansılardır?

1. HYUNDAI Tucson (orta.qiymət 16.722 $/ qadın alıcıların müraciət sayı:  66.2%)

The Hyundai Tucson is one of the best cars for women, statistically.

Qadınlar tərəfindən irəli sürülən bir çox meyarlara cavab verən bu compact crossover SUV  modelinin siyahının zirvəsində yer alması heç də təəccüblü deyil. bu model hər yeni avtomobil nəsli ilə daha da cazibədar olur.

hyundai tucson interior

Trotta bildirir ki, Tucson modeli etibarlılığı və təhlükəsizliyinə görə çox yüksək qiymətləndirilir və bu model zövqlü dizaynı ilə yanaşı həmçinin çox saylı imkanları və geniş baqajına görə də bəyəniləndir.

 

2. NİSSAN Versa (orta.qiymət 12.144 $/ qqadın alıcıların müraciət sayı: 64%)

nissan versa

Nissanın bu heçbək mini MPV modeli dünya avtomobil bazarlarında yoxlanılmış və inanılmış bir model kimi tanınır. Trottanın sözlərinə görə Versa park adilməsi çox asan olan bir modeldir. O eyni zamanda çox əlverişli və sadədir. İlk maşın kimi çox məsləhət görüləndir.

nissan versa interior

Onun yeni e-Power hibrid varianti Yaponiyada Toyota Prius-u satışlarda geridə qoymağa müvəffəq olub, belə getsə Versa enerjidə qənaətcil olmaq istəyən xanımlar üçün daha cəzbedici olacaq. 

 

3. Wolkswagen Beetle (orta.qiymət 18.179 $/ qadın alıcıların müraciət sayı: 63.9%)

volkswagen beetle

Şübhəsiz ki, siyahıdakı ən xarizmatik maşındır, bu 3 qapılı kompakt Volkswagen  öz praktikliyini qeyri-adi retro görünüşünə və böyük arxa qapısına borcludur.

volkswagen beetle interior

Arxa oturacaqlarda böyüklər yalnız qısa səyahətlərdə özlərini rahat hiss edə bilər, lakin idarəedilməsi çox asandır, ekran toxunuşla idarə edilir, məlumat və əyləncə sistemi ilə təchiz edilib, ailəvi maşın olmasa belə, idarəetmədən zövq almamaq mümkün deyil, əsl Alman yürüşünü sevənlər üçündür. 

 

4. KİA Forte (orta.qiymət 13.730 $/ qadın alıcıların müraciət sayı: 62.8%)

kia forte

Sedan və heçbək kimi mövcud olan və öz uyğun qiymətində eleqant xətlər və ənənəvi sonsuz imkanlar gizlədən bu model 201 at gücündə olması ilə yanaşı eyni zamanda Apple Car play və Android inteqrasiyalı sistemə malikdir.

kia forte interior

Trottanın sözlərinə görə Kia Forte münasib qiymətli maşındır və bu qiymətə bir çox maşınlarda olmayan xüsusiyyətlər və imkanlar təklif edən avtomobil həm də çox gözəl dizayna malikdir.

 

5. Ford Fiesta (orta.qiymət 13.237 $/ qadın alıcıların müraciət sayı: 62.8%)

ford fiesta

Dayanıqlı supermini Ford Fiesta 7-ci nəsil üçün bəzi dəyişikliklər edib. Sedan və 4 qapılı heçbək kimi təklif olunan bu model texnoloji yüklü və son dərəcədə rahatdır.

ford fiesta interior

Fiesta subkompakt faydalılıq kategoriyasına daxildir və balaca ölçülü olmasına baxmayaraq, yaxşı təhlükəsizlik dərəcəsinə, daxili otağa və geniş baqaja sahibdir.

Qadınların bətəndiyi avtomobillər

6. Kia Sorento (orta.qiymət 18.668 $/ qadın alıcıların müraciət sayı: 62%)

kia sorento

3-cü nəsil  istehsalı üçün bu ailəvi, orta ölçülü (5-7 sərinişin üçün uyğundur) model praktikliyini və istifadəyə asanlığını inkişaf etdirmək üçün daha uzun və daha alçaq şəkildə yenidən modelləşdirildi.

kia sorento interior

Kianın bang-for-your-buck (puluna qənaət) reputasiyasını qorumaq üçün Sorentoya Apple Cars Play və Android Auto sistemləri, təhlükəsizliyi yüksəltmək üçün təcili tormozlama və adaptive fənərlər əlavə edildi.

 

7. Jeep Patriot (orta.qiymət 15.615$/ qadın alıcıların müraciət sayı: 61.4%)

jeep patriot

Patriot modelinin istehsalı keçən dekabrda dayandırılsa da, Jeep dillerlərində stoklar tükənməyə doğru gedərkən yepyeni modellərə hələ də rast gəlmək mümkündür.

jeep patriot interior

Asan təmizlənə bilə kabinə sahib olan bu model uzun yollar üçün uyğun olan nadir ailəvi sport maşınlardan hesab olunur.

8. Mitsubishi Outlander (orta.qiymət 15.173$/ qadın alıcıların müraciət sayı: 60.9%)

mitsubishi outlander

Siyahıdakı yeganə modeldir ki, istəyə bağlı olaraq V6 mühərriki təklif edir. Bu balaca idman maşını bir az daha geniş yer və çox çeşidli zənglər və siqnallara sahibdir.

mitsubishi outlander interior

Üçüncü dərəcəli orta ölçülü bu model bütün ailəni rahatlıqla daşıya bilir və 2017- ci il Outlanderi əsas modelə bütünlüklə ötürücülük, yenilənmiş təhlükəsizlik xüsusiyyətləri və ən müasir smartfon inteqrasiyasını əlavə etmişdir.

 

9. Kia Rio (orta.qiymət 14.431$/ qadın alıcıların müraciət sayı: 60.6%)

kia rio

Bu modelin 2000-ci ildən bəri 4-cü seriyasıdır və öz seqmentində ən güclü motora, ən rahat arxa uşaq oturacaqlarına sahibdir.

kia rio interior

 Rio-nun sedan və heçbək modelləri yeni halıyla daha zərif görünüşə nail olmuşdur.

 

10. Kia Soul (orta.qiymət 14.431$/ qadın alıcıların müraciət sayı: 60.6%)

kia soul

Kvadrat formalı Soul qadın sürücülərə daha əlverişli şərtlər təklif edir. Belə ki,  Soul böyük baqaj, geniş oturacaqlar ,daha aşağı istehal qiymeti və yaxşı təhlukəsizlik dərəcəsinə malikdir.

kia soul interior

Baxmayaraq ki, qadınlar və kişilərin maşın zövqləri də tamamən fərqlidir lakin burada da qadınlar üstünlük əldə edirlər. Ona görə yox ki, onlar rahatlığı və etibarlılığı seçirlər, ona görə ki, bu modellər həm də qiymət baxımından da qənaətlidirlər.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa