Motivasiya

Hər yaşın öz gözəlliyi var: Qadın və yaş haqqında 20 sitat

Yaş haqqında bu fikirlərdən sonra daha təvəllüdünüzü gizlətməyəcəksiniz.

«Qadın sevildiyi müddətdə gəncdir» Gustave Flaubert

“Yaşa dolduqca gülməkdən imtina etmirsən. Gülməkdən imtina edəndə yaşa dolursan”- George Bernard Shaw

«Özünüzə sual verin: Neçə yaşınız olduğunu bilməsəydiniz, özünüzə neçə yaş verərdiniz?»  Wayne Walter Dyer

« Otuz yaş… Vaxt var idi ki, iyirmi yaşa qədər sağ qalacağımı belə düşünmürdüm, böyüməyə elə tez can atırdım ki. Sonra isə…» Erix Maria Remark

“Əgər hələ də sizi məyus edə bilirlərsə, deməli, hələ ki gəncsiniz.  Sarah Churchill

“Qadının heç zaman unutmadığı yeganə bir şey – onun doğum ilidir – sadəcə qalır o ili seçmək”  Dorothy Parker

«Yaş – sadəcə rəqəmdir, o nə zəka göstəricisi, nə də hər hansı bir davranış üçün səbəb deyil” Cecelia Ahern

Qadın və onun yaşı haqqında 20 sitat

Image result for cecelia ahern

Cecelia Ahern

«Yaşını gizlətməyən qadına etibar etmək olmaz. Belə bir qadın heç zaman düşündüyünü söyləməkdən çəkinməz»  Oscar Wilde.

«İnsan yaşa dolduqca düzəldə bilməyəcəyi şeylərin sayı artır». Haruki Murakami

«Qadınlar rəfiqələrinin iddia etdiyindən yeddi yaş daha gənc, kişilərinsə onlara verdiyindən beş yaş daha böyük olurlar». Gina Lollobrigida

«Xeyirxahlıq və zəka – yaşlılığa xasdır. İyirmi yaşlı xanıma isə ürəksiz və yüngül düşüncəli olmaq daha maraqlıdır.» Ray Bradbury

« 20 yaşında sahib olduğunuz sima təbiətdən gəlir, 30 yaşında isə onu həyat formalaşdırır.. 50 yaşında isə onu siz özünüz yaratmalısınız. cavanlaşmağa nə qədər çox can atsanız, bir o qədər çox qocalırsınız. 50 yaşdan sonra heç kəs gənc deyil. Amma mən 50 yaşında elə xanımlar tanıyıram ki, baxımsız gənc qadınların dörddə üçündən daha cəlbedici görünür ». Koko Şanel

«Məsələ yaşda deyil, ünsiyyət mədəniyyətində və intellektual inkişaf səviyyəsindədir” Winston Churchill

«İyirmi beş yaşda hər kəs dahi ola bilər. Amma əlli yaşda, artıq bunun üçün nəsə etmiş olmalısan” Çarls Bukovski

«Qadının gözəlliyi o yaşa dolduqca artır” Audrey Hepburn

«İstənilən yaşda ya özündən böyük, ya da özündən kiçik insanlar ilə həmsöhbət olmaq daha maraqlıdır, nəinki yaşıdların ilə» Jodie Foster

Image result for jodie foster

Jodie Foster

«Yaş – sadəcə neçə yaşın olması deyil, onları necə hiss etməyindir» Gabriel García Márquez

«İstənilən yaşda füsunkar və seksual olmaq mümkündür. Həmçinin də tam əksinə, özünü qarımış, qartımış, komplekslərin əlindən cana yığılmış hiss edə bilərsən, baxmayaraq ki, ömrünün ən çiçəklənən 18-ci ilindəsən. Məsələ məhz özünüdərkdə və daxili harmoniyadadır» Kim Cattrall

«Özünü yaşına görə aparmayan şəxs hər zaman, bunun hesabını verməli olur!» Volter

«Yaş sadəcə bizim düşüncələrimizdə mövcuddur. Əgər siz yaş haqqında fikirləşmirsinizsə o yox olur» – Mark Tven

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa