Biznes ledi

Qadın sahibkarların əl işləri “Qış Bazarı” satış yarmarkasında

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qadın sahibkarların əl işləri Şahdağ Turizm Mərkəzində təşkil edilmiş “Qış Bazarı” satış-yarmarkasında nümayiş olunur.

Kiçik biznesin qadın nümayəndələri üçün ayrılmış xüsusi stenddə dekorativ tətbiqi sənət nümunələri, rəsmlər, müxtəlif materiallardan hazırlanmış işləmələr və s. məhsullar təqdim edilir.

Yarmarkada qadın sahibkarlar həmçinin, Şahdağ Turizm Mərkəzinə gələn yerli və xarici turistlərdən əl işlərinin hazırlanması üçün sifarişlər də qəbul edirlər.

“Qış Bazarı” satış-yarmarkası 15 yanvar 2020-ci il tarixinədək davam edəcəkdir.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa