Biznes ledi

Qadın sahibkarlar üçün “Scale Up” proqramı işə düşdü

Qadın sahibkarlar üçün “Scale Up” akselerator proqramı fəaliyyətə başlayıb.

Proqramda iştirak etmək üçün 2019-cu ilin dekabr ayından etibarən başlayan ərizə qəbulu 18 müraciətçinin seçilməsi ilə tamamlanıb. Beləliklə, finalçılar 6 həftə boyunca kiçik və orta sahibkarlıqla məşğul olan qadınlar üçün hazırlanmış xüsusi maarifləndirici proqramda iştirak etmək hüququ qazanıb. Müraciətçilərin seçimi zamanı biznes quruculuğu təcrübəsi, sahibkarlıq mühitində çətinliklərin öhdəsindən gəlmə yolları, gələcəkdə biznesin genişləndirilməsi potensialı, eləcə də “Scale Up” proqramının onların fəaliyyətinə, peşəkar və fərdi inkişafına nə kimi töhfə verəcəyi  əsas götürülüb.

Proqramda iştirak etmək hüququ qazanan xanımlar turizm, təhsil, biznes məsləhətçiliyi, qida və dəb sənayesi də daxil olmaqla, iqtisadiyyatın müxtəlif sahələrində bizneslərini yürüdən sahibkarlardır.

“Scale Up” akselerator proqramı “Azərbaycan İşgüzar Qadınları” təşkilatının təşəbbüsü, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABŞ-ın Azərbaycandakı Səfirliyi, PAŞA Bank və “PwC Azerbaijan” şirkətinin birgə dəstəyi ilə ərsəyə gəlib.

“Scale Up” akselerator proqramının əsas məqsədi kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlara bizneslərini daha uğurla idarə etmək üçün zəruri biliklər vermək, eləcə də onların ölkə iqtisadiyyatının inkişafındakı rolunu və təsirini artırmaqdır.

Bu slaydşou üçün JavaScript lazımdır.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa