Məşhurlar

Slovakiyanın ilk qadın prezidenti – Zuzana Çaputova

Zuzana Çaputova Slovakiya tarixində ilk qadın prezidentdir, onunandiçmə mərasimi  2019-cu il, iyunun 15-də baş tutub, o korrupsiyaya qarşı mübarizə aparan hüquq müdafiəçisi kimi tanınıb.

Zuzana prezident postunda Andrey Kiski əvəz edir, prezident seçkiləri isə 2018-cu ilin 31 martında baş tutur, o 58% səs çoxluğu ilə qalib gəlir. Təxminən 1,056 mln seçicinin səsini toplayır, bu isə bütün ölkə əhalisinin beşdə bir hissəsinə bərabərdir. Ölkə konstitusiyasına əsasən prezident səlahiyyətləri kifayət qədər genişdir, bura bağışlama və amnistiya hüququ, baş nazir və Konstitusiya Məhkəməsinin üzvlərini təyin etmə, parlament tərəfindən təqdim olunan qanun layihələrinə veto qoymaq kimi hüquqlar da daxildir.

O, həm də ölkənin ən gənc prezidenti oldu. İyun ayının 21-də Zuzana 46 yaşını tamamladı.

Siyasətçi kimi təcrübəsi elə də çox deyil, amma daha çox ictimai aktivist kimi tanınır. O bir müddət Pezinok şəhərinin icra hakiminin müavini vəzifəsində çalışıb.

Slovakiyanın ilk qadın prezidenti - Zuzana Çaputova

Slovakiyanın ilk qadın prezidenti – Zuzana Çaputova

Sakinlərinin cəmi sayının 20 min olduğu bu balaca şəhərlə onu çox şey bağlayır, məhz burada o bir işçi ailəsində doğulub, böyüyüb və tərbiyə alıb, indi də orada özünün 15 və 18 yaşlı iki qızı ilə yaşayır. Həyat yoldaşından boşansa da ərinin soyadını daşımağa davam edir.

Gələcək prezident təhsilini Bratislava şəhərində Komenks universitetində alıb. O, öz hüquqşünas kariyerası ərzində qadın və uşaq hüquqlarını müdafiə edərək qeyri-kommersiya sektorunda çalışıb. Həmçinin xanım Çaputova 16 il ərzində insan hüquqlarının müdafiəsi, demokratiyanın inkişafı, həyat keyfiyyətinin yaxşılaşması və ətraf aləmin hüquqi baxımdan mühafizəsi üzrə ixtisaslaşmış VIA IURIS vətəndaş birliyində çalışıb.

Slovakiyanın ilk qadın prezidenti – Zuzana Çaputova

VIA IURIS-da çalışarkən, doğma şəhərin 280 metr yaxınlığında tullantılar üçün yeni zibilliyin tikintisi ilə bağlı qərar verilir, onun ölçüsü 12 stadion ölçüsünə bərabər olacaqdı. Şəhər əhalisinin 82%-i qərara qarşı idi, açılmış məhkəmə prosesində şəhər sakinlərinin haqqlarının müdafiəsini isə məhz Çaputova öz üzərinə götürür, beləliklə vətəndaş mövqeyini ortaya qoyur,

Bu müddətdə o, 15 ictimai etiraz aksiyası keçirməyə müvəffəq olur, xalqı səfərbər edir. 14 il davam edən mübarizədə iş Avropa Məhkəməsinə qədər gedib çıxır və hakim ətraf mühit keşikçilərinin xeyrinə qərar qəbul edir.

Çaputovanın zəhməti də qiymətləndirilir, o 2016-cı ildə Goldman mükafatına layiq görülür. Mükafat daha çox fəal ekoloqlara verildiyindən həm də “Yaşıl Nobel” də adlandırılır.

Marian Koçner ilə mübarizə

Zibilliyin tikilməsinə qarşı mübarizədə Çaputovanın əsas rəqibi milyonçu, slovak iş adamı və adı mütəşəkkil cinayət aləmində ciddi şəkildə hallanan Marian Koçner idi.

“Bu oyunda çox böyük pullar oynanılırdı. Əlbəttə ki, düşmənin güc və hiddəti hiss olunurdu”- öz intervülərinin birində o xatırlayır, hətta etiraf edir ki, elə vaxt olurdu ki, hətta uşaqlarını tək küçəyə buraxmaqdan çəkinirdi.

Bu ilin mart ayında Koçner, gənc 27 yaşlı jurnalist Yan Kutsiak və onun nişanlısı Martina Kuşnirovanın qətlində ittiham olunaraq həbs edildi. Cinayət hadisəsindən bir il ötməsinə baxmayaraq, bu məsələdən söhbət düşəndə xalqın qəzəbi hələ də hiss olunurdu. Hər kəs belə cinayətlərin cəzasız qalmamasını və təkrarlanmamasını istəyirdi.

“Dəyişikliklər gözlənilirdi və mən də bu dəyişikliklərin bir hissəsi, icraçısı olmaq istədim”, – deyə o öz müsahibəsində qeyd edir.

Dəyişikliklər dalğası

Zuzana Čaputová, Slovakiyanın yeni seçilmiş prezidenti

İndi Çaputova ədalət uğrunda mübarizəni, barikadanın digər tərəfindən davam etdirəcək. Onun proqramının ən əsas hədəflərindən biri ölkədə təbiətin mühafizəsidir, xüsusilə də o meşələrin qırılmasına son qoymaq istəyir. Həmçinin seçkiqabağı kampaniya zamanı o söz verib ki, ölkədə rüşvətxorluğun kökünü kəsəcək, sosial sahədəki xərcləri artıracaq, ölkənin hüquq müdafiə məhkəmə sistemini reformasiya edəcək.

Çaputovanın ailə institutuna münasibəti də olduqca müasirdir, o qadının abort hüququnu müdafiə edir, həmçinin eynicinsli ailələr tərəfindən uşaqların övladlığa götürülməsinə müsbət yanaşır. Seçkiqabağı kampaniya zamanı o, LGBT icmasını dəstəklədiyi üçün kilsənin narazılığına səbəb olmuş və kilsənin dəstəyindən özünü məhrum etmişdir. Ölkənin arxeyeposkopu Yan Oroş isə bildirib ki, Çaputovaya səs vermək “ciddi günahdır”.

Çaputova isə bütün kampaniya ərzində kifayət qədər diplomatik davranıb. Çıxışlarından birində o belə qeyd edib:

“Siyasətə öz şəxsi mövqeyinlə gəlib, populizmə uğramamaq da olar. Aqressiv çıxışlar və kiməsə şəxsi həmlələr etmədən də, güclü və inamlı təsir bağışlamaq olar”.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa