Qarderob

Qələm-ətək və vodolazka: Jennifer Lopez biznes-ledi obrazını nümayiş etdirir

Cəmi bir neçə saat bundan öncə Jennifer Lopez və sevgilisi Alex Rodriguez Stanford şəhərində görünüb və elə oradaca məşhur amerikan ulduzun instagram səhifəsi üçün bir neçə foto çəkdiriblər. JLO bu dəfə ideal biznes-ledi obrazında təşrif buyurub, sayılı saatlar ərzində rəsmlər İnstagram səhifəsində milyondan artıq bəyənmə toplayaraq, böyük diqqət və marağa səbəb olub. Jennifer  qələm-ətək və boğazlı –“vodolazka” köynəyə üstünlük verib, xanım libasları Chanel-dən olan dəri kəmər və fransız Hermès moda evindən olan, ilan dərili çanta ilə tamamlayıb. Kəmər onun gözəl əndamını və incə belini vurğulamağa hesablanıb.

Юбка-карандаш и водолазка: Джей Ло демонстрирует образ бизнес-леди (фото 2)

Qeyd edək ki, məşhur müğənninin stilistləri Rob Zanqardi və Mariel Xaen ulduz xanım üçün olduqca fərqli obrazlar yaratmağa nail olur, beləliklə pərəstişkarlar sadəcə əyləncə gecələri üçün seksual libaslar deyil,  həmçinin gündəlik həyatda istifadə oluna biləcək, yaxşı düşünülmüş obrazlardan  yararlana bilir.

Zərif donlar, qısa dəri minilər və vücuda oturan bleyzerlərdən savayı, 49 yaşlı JLO tez-tez ciddi geyimlərin, klassik üslub sevərlərin zövqünü oxşayan ideal seçimlərə üz tutur. Hətta bu cür işgüzar obrazlar belə latın amerikalı divaya xas həssaslıq çalarlarından məhrum deyil.  Son yarım il ərzində demək olar ki, Jennifer yenidən çiçək açıb, bunun səbəbi təkcə düzgün qidalanma və intensiv məşqlər deyil, həm də yaraşıqlı Alex Rodriguez ilə olan sevgi romanıdır.

Юбка-карандаш и водолазка: Джей Ло демонстрирует образ бизнес-леди (фото 1)

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa