Müsahibə

Yerimizə bir kişi olsaydı bu qədər müvəffəqiyyət qazana bilməzdi

Bu dəfə 1Lady.az portalının müsahibi Purplecake boutique”-nin həmtəsisiçilərindən olan Halimə Coşqundur. Halimə xanımla ilkin yatırım olmadan, öz işini necə qurmaq və xobbini gəlirə çevirmək haqqında danışdıq. 

İlk olaraq özünüzü təqdim etməyinizi xahiş edərdim.

– Mən “Purplecake boutique”-nin qurucu ortaqlarından Halimə Coşqunam. Bu şirkətin iki qurucu ortağı var. Digər rəhbərin adı isə Diyana Güvəndir.

– Bu işə necə başladınız? 

– Təxmini 10 il əvvəl bu şirkəti yavaş-yavaş qurduq. Tamamilə xobbi olaraq başladıq. Heç bir qazanc gözləmirdik. Birimiz hüquq sahəsi ilə məşğuluq, digərimiz isə memardır. Əslində bu sahə ilə heç bir əlaqəmiz yoxdur. Bu şəkildə bu işə başladıq. Başladığımız zaman Azərbaycanda bu işlə məşğul olan – yəni marcipanla tort hazırlayan kimsə yox idi. Biz də ilk olaraq başladıq və gözlədiyimizdən daha çox tələbat gördü. Bu işi ilk görməyin effektini hələ də görürük. Diyana xanım və mənim də bu sənətə qarşı böyük marağımız var. Sənətlə tort işini birləşdirdiyimiz zaman ortaya belə əyləncəli, müvəffəqiyyətli şirkət çıxdı.

– İlk başladığınız zaman bu qədər uğur qazanacağınızı zənn edirdiniz? Bu işdə kimlər kömək oldu?

– Dediyim kimi ilk olaraq xobbi məqsədli idi. Belə bir sektor içərisinə girəcəyimizi təsəvvür etmirdik. Belə bir məqsədimiz də yox idi. Bu işlə məşğul olduqca bizə fərqli gəldi, zövq almağa başladıq, görünüşünün də fərqli olmağı bizdə bu sahəyə qarşı daha da inam yaratdı. Bizi bu işdə daxili aləmimiz dəstəklədi deyə bilərəm. Nə ailəmiz, nə ətrafımızdakı insanlar bu işlə məşğul olduğumuzu belə bilmirdilər. Sadəcə müştərilər bunu iki xanımın etdiyini bilirdilər.

Yeni başladığınız zaman nə qədər məbləğ xərclədiniz?

– İlk başladığımız zaman bu işə heç bir məbləğ yatırmadıq. Cibimizdən hansısa pulu xərcləmədik. Qazandığımızı yavaş-yavaş bu sahəyə yatırmağa başladıq və bu iş belə başladı. Hələ də evdən və ya yoldaşımızdan pul alaraq bu işlə məşğul olmuruq.

“Qazanmadığımız heç bir pulu bu işə yatırmırıq– belə bir inancımız, totemimiz var. 

Bu şirkət sadəcə öz pulu ilə dövr edib fəaliyyət göstərir. İnşallah gələcəkdə hər kəs bizi daha coşqulu halda görəcək.

– Bu işin başında neçə nəfər var?

– Biz iki xanım təsisçilər olaraq rəhbərlik edirik. Bizdən alt qrupda isə müdirlər, asistantlar var. Böyük bir qrupumuz mövcuddur.

Şirkətdə neçə işçi vardır? 

– Belə deyə bilərəm ki çox çalışanımız var. Çünki bölmə üzrə iş çoxdur – tortu hazırlayanlar, bişirənlər, marketinq, çiçək bölməsi və s. Buna da uyğun işçi sistemimiz vardır.

–  Bu işi qadınlar ya kişilər daha yaxşı bacarır?

– İlk başladığımız zaman bizim yerimizə bir kişi olsaydı bu qədər müvəffəqiyyət qazana bilməzdi. Çünki kişilər məncə əziyyət çəkməyi çox bilmirlər. Hazır yatırılan pulla iş görməyi daha çox sevirlər deyə düşünürəm. Biz bu mövzuda çox hirsliyik, əzmkarıq. Qadınlar biznes sahədə çox uğurludurlar. İlk başladığımız zamanda heç bir qazanc düşünmədən gecələr 5-ə qədər  tort hazırlayaraq, səhər 08:00-da da yenidən qalxıb uşaqlarımıza analıq edərək və təkrar işə gedərək həmçinin digər başqa işlərimizi görərək günümüzü belə keçirdirdik. Hər gün bu sistemlə işləyirdik. Buna hər insan dözməz.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa