Sağlam Həyat

Uşaqları Halloweendən qorumağa ehtiyac varmı? Psixoloqdan açıqlama

Nigar Cəbrail: “Qorxulu simalar hər yaşda olan uşağa neqativ təsir bağışlaya bilər”

Halloween, hər il oktyabrın 31-1 noyabr tarixlərində keçirilən 2000-ildən çox keçmişi olan bayramdır. Bu terminin yaranması məhz “Müqəddəslər gecəsi” və ya “Müqəddəslər günü” ərəfəsi ifadəsi ilə bağlıdır. ABŞ, Böyük Britaniya, Zenlandiya və digər böyük ölkələrdə təntənə ilə qeyd edilir.

Bu bayram həmçinin qədim kelt bayramıdır (pis qüvvələri qorxutmaq üçün keçirilən ruhani bayramı).

Belə ki, qarılar, vampirlər kimi pis neqativ varlıqları qovmaq üçün insanlar boranını təmizləyib içinə şam qoyub evlərini işıqlandırırlar. Bununla pis qüvvələrdən evlərini qorumaq istəyirlər.

Son illər müxtəlif mədəniyyətlər arasında mübadilə intensivləşir və güclü ölkələrin bayramları bir az da marketinq və beynəlxalq satışlar niyyəti ilə digər ölkələrə sürətlə inteqrasiya edir. Beləliklə insanlar bir zamanlar onlara tamamı ilə yad olan bayramları qeyd etməyə başlayır. 

Nəticədə digər xarici ölkələrdə olduğu kimi Azərbaycanda da Halloween populyarlaşıb. Bir çox təhsil ocaqlarında, bağçalarda isə bunu məhz qorxulu şəkildə qeyd etməyə üstünlük verilir. 

Bəs bu növ keçirilmə tərzi doğrudurmu?

Bayramın qorxulu şəkildə keçirilməsi uşaqların psixikasına necə təsir göstərir?

Mövzuyla bağlı 1lady.az-a açıqlama verən uşaq, klinik psixoloq, psixoterapevt Nigar Cəbrailin sözlərinə görə, bəzi xarici deputatlar, alimlər bu bayramı heç də xoş qarşılamırlar. Bir çox ölkələrdə həmin bayramı qadağa etmək də istəyirlər. Azərbaycanın bir çox təhsil ocaqlarında bağçalarda da bu bayram qeyd olunur:

Nigar Cəbrail

 “Sağlam psixikası olan uşaq və gənclərə bu heç də çox təsir edə bilməz. Lakin həssas, təşvişli, fobiyalı uşaqlara böyük mənfi neqativ təsir edə bilər. İlk olaraq valideynlər bu adət-ənənənin mahiyyətini övladlarına izah etməlidir, sonra isə neqativi pozitivlə əvəz etməklə övladının bu bayramda şirniyyat paylamağa, müsbət bir hərəkət etməyə yönəltməlidir. Məsələn qanlı qara libaslardansa gözəl Walt Disney qəhrəmanlarının libaslarını geyinmək olar. Daha pozitiv və xeyirxah qəhrəman olaraq da pis ruhları qovmaq olar”.

Psixoterapevt, uşaq psixologiyasının çox incə və həssas olduğunu dilə gətirərək bu mövzuya valideynlərin daha diqqətli yanaşmağının vacibliyini bildirib:

“Uşaqlar böyüklərə fokuslanıb, onların davranışına diqqət edirlər. Əgər böyüklər qara, bədbin, qanlı vampir geyimləri geyinib təbliğat aparacaqlarsa uşaqda da bu istək yaranacaq”.

Mütəxəssis, psixologiyada neqativ düşüncələrin pozitiv düşüncələr ilə əvəz edilməsi adlandırılan qızıl qaydanın mövcud olduğunu bildirib. Nigar xanım Bakıda bu bayramı əyləncəli formada təşkil edən təhsil kompleksindən də bəhs edib:

“Bakıda ilk belə məktəb BMİS-dir (Baku Modern İnternational School) ki, onlar sözügedən bayramı dəyişib başqa cür – Fall festival olaraq təşkil ediblər (neqativ bir bayramı pozitivlə əvəz ediblər). Məsələn, balqabaq tərəvəzini pozitiv gülüş smaylikləri ilə əvəz edirlər. Deyə bilərəm ki, artıq ABŞ-da da bayramı daha əyləncəli versiyada qeyd etməyə başlayıblar. Ümid edirəm  digər məktəblər də bu örnək təşəbbüsü davam edəcəklər.”

Qorxulu simalar hər yaşda olan uşağa neqativ təsir bağışlaya bilər.

“Emosional uşaqlar daha da çox gərgin olub, həyəcanlana bilərlər, sakit (introvert ) uşaqlar isə – pis yuxular görüb, gərgin ola bilərlər”,-deyə uşaq psixoloqu əlavə edib.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa